Məhkəmə qərarları › İş №2(021)-3220/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3220/2025

17.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3220/2025 17.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası “Tibii Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12rşı “işə bərpa tələbi”nə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 direktoru Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Tibbi Ərazi Bölmələrini X13 rayon X7 Hüquqi Şəxsin direktoru Cavabdeh tərəfindən barəsində qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, 18- 1-28/3-1-1431/2025 saylı əmrinin məhkəmə qaydasında ləğv edilməsi, yenidən “Qazanxana operatoru” vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01,06.1966-cı ildə ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər rayonunun Çaylı kəndi ərazisində yaralanmışdır. Hazırda əlilliyə görə təqaüd alır. Ona müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasının idarəetmə aparatına daxil edilməyən texniki fəhlə kimi işə qəbul olunmuşdur. Sonradan qazaxanxan operatoru vəzifəsinə təyin olunmuşdur. 13 iyun 2025ci il tarixdə Tibbi Ərazi Bölmələrini X13 Rayon X5 Şəxsin direktoru Cavabdeh tərəfindən işdən kənarlaşdırılmağı barədə əmr imzalanmışdır. Həmin əmrə əsasən Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı əmək zəmanəti üzrə “əmək qabilyyətsiz” kimi qeyd olunduğu üçün xx.xx.2025-ci ıl tarixdən 6 (altı) ay müddətinə iş yeri saxlanılmaqla praktik fəaliyyətindən kənarlaşdırıl” qeyd edilmişdir. Barəsində qəbul olunmuş 13 iyun 2025-ci il tarixli 18-1-28/3- 1-1431/2Ç25 saylı əmrini əsassız və qanunsuz hesab edir.Belə ki. işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər- hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamış, səhhətinin peşə vəzifələrini yerinə yetirməyimə heç bır maneçilik törətmir. Tədris kurslarını müvəffəqiyyətlə bitiıirək sertifikat almışdır.Hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür. Bundan başqa xx.xx.2019-cu il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır.Cavabdeh direktor vəzifəsinə təyin oulnan gündən, dəfələrlə onu öz ərizəsi ilə işdən azad olunması barədə müraciət etməsi barədə onu məcbur edir. Lakin o onun təklifi (təkidi) ilə razılaşmamış, bundan sonra Cavabdeh ona qarşı qərəzli münasibət göstərməyə başlamışdır. Hazırda heç bir yerdə işləmir, ailədə yeganə qazanc gətirən şəxsdir ailələri 6 nəfərdən ibarətdir, ailə vəziyyəti çox ağırdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı oğlıu iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, qazanxanada operator işləməsi üçün sertifikat almış, lakin Bərdə Mərkəzi Rayon Xəstəxanasında yoxlama olduğu zaman ona məxsus Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Kommissiyasının arayışında sonuncu müayinəyə dair məlumatda əmək qabiliyyətsiz yazıldığı üçün işdən kənarlaşdırılmışdır. İddia tələbəinin təmin edilməsini xahiş edir. Cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndəsi X17 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli MŞB/MT039/2025-00369 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışından görünür ki, tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı tərəfindən yazılmış 09 iyul 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Bərdə Rayon Mərkəzi Xəstəxanasına ərizə yazaraq işlə təmin edilməsini xahiş etmişdir. İddiaçı məxsus 09 iyul 2019-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 09 iyul 2019-cu il tarixdən əmək müqaviləsi əsasında Bərdə RMX-də idarəetməyə daxil edilməyən fəhlə vəzifəsinə qəbul edilmişdir, xx.xx.2021-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanası TƏBİBə X15 keçidlə əlaqədar struktur dəyişikliklər aparıldığına görə Dəstək Xidmətləri Şöbəsinin təmir və dəstək bölməsində 1.0 ştat vahidi fəhlə işinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdən sturuktur dəyişikliklə əlaqədar olaraq texniki fəhlə işindən qazanxana işinə keçirilmişdir. İSt Services tərəfindən İddiaçı verilmiş sertifikatdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2026-cı il tarixədək qazanxana operatoru sertifikatı verilmişdir. AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Gəncə küçəsi ev 4-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli, 2105 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Gəncə küçəsi ev 4-də yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı müddətsiz İİ qrup əllilk dərəcəsi verilməklə əmək qabiliyyətsiz hesab edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 direktoru Cavabdeh tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 18-1-28/3-1-1431/2025 saylı əmrin surətindən görünür ki, Bərdə MRX PHŞ-nın Dəstək Xidmətləri X2xanaçısı İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı əmək zəmanəti üzrə “əmək qabiliyyətsiz kimi qeyd olunduğu üçün xx.xx.2025-ci il tarixdən 6 ay müddətinə iş yeri saxlanılmaqla proktik fəaliyyətdən kənarlaşdırılması, Bərdə RMX PHŞ-nın Dəstək Xİdmətləri X2xanaçası İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2000-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “əməyin qiymətləndirilməsi Qaydasına “ uyğun Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı əmək zəmanəti üzrə “əmək qabiliyyətsiz” kimi qeyd olunduğu üçün əmək zəmanətinin yeidən qiymətlənidirilməsi məqsədi ilə bütün tibbi sənədləri ilə birlikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə əyani müayinəyə getməsi tövsiyyə olunmuş, keçiriləcək müayinə nəticələrinə( rəy, tövsiyyə və s) uyğun olaraq işçi ilə əmək münasibətlərinin davam etdirilməsinə yenidən baxılması xx.xx.2025-ci il tarixdən İddiaçı işdən kənarlaşdırıldığı müddət ərzində əmək haqqı ödənilməməsi əmr edilmişdir. Tələb edilən hüquq: Əmək Məcəlləsi Maddə 62. İşçinin işdən kənar edilməsi

1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;

2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Maddə 226. İcbari tibbi müayinələr

1. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

2. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi” Qaydası: 1.1. Bu Qayda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin ikinci abzasına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - nazirlik) Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 46 nömrəli “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə” qərarının (bundan sonra - qərar) 1 nömrəli əlavəsində göstərilən zərərli və təhlükəli istehsalat amilləri (faktorları) olan iş yerlərində və həmin qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan işlərdə çalışan işçilərin icbari ilkin və dövri tibbi müayinələrinin keçirilməsi qaydasını müəyyən edir. 1.2. İlkin icbari tibbi müayinələr (bundan sonra – ilkin müayinə) işçinin sağlamlıq vəziyyətinin görəcəyi işə uyğunluğunun və işçinin əmək fəaliyyətinin nəticəsi olaraq sonradan yaranan xəstəliklərin təyin edilməsi məqsədilə aparılır. 1.3. Dövri icbari tibbi müayinələr (bundan sonra – dövri müayinə) ağır, zərərli və təhlükəli istehsalat amillərinin, işçinin sağlamlığına təsiri, bu təsir nəticəsində yaranan xəstəliklərin ilkin əlamətlərinin aşkar edilməsi, işçilərin səhhətinin dinamik müşahidəsi, bədbəxt hadisələr, peşə xəstəlikləri, infeksion və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə aparılır. 2.1. İlkin və dövri müayinələr işçinin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə müalicə-profilaktika müəssisələri (bundan sonra - MPM) tərəfindən aparılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 dekabr 2012-ci il tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin Siyahısı”: İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərin 4 növü üzrə bölgü müəyyən edilmişdir: 1. Kimyəvi amillər, 2 Bioloji faktorlar, 3. Fiziki faktorlar, 4. Əmək prosesi faktorları. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 dekabr 2012-ci il tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin Siyahısı aşağıdakı qaydada təsnifləşdirilmişdir. Aparılan İxtisaslı Laborator və Müayinələrin işlərin həkimlərin instrumental Tibbi əksgöstərişlər dövriliyi xarakteri iştirakı müayinələr 1 2 3 4 5

“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimat”ın 1-ci hissəsinə əsasən Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2006cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci yarımbəndini rəhbər tutaraq, “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarına əsasən hazırlanmışdır və işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının (bundan sonra - siyahı) tətbiqi qaydalarını müəyyən edir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, iş materiallarında olan sənədləri, eləcə də yuxarıda qeyd edilən hüquq normalarını təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan Bərdə Rayon X7 Hüquqi Şəxsin direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 18-1-28/3-1-1431/2025 nömrəli əmrinin hüquqi əsası qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin b bəndi çıxış edir. Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin b bəndinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə işdən kənar edə bilər. Göründüyü kimi Məcəllə işçinin icbari tibbi müayinə olunmaqdan boyun qaçırdığı və keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirməməməsi əsası üzrə işçinin işdən kənarlaşdırılmasının əsasını müəyyən edir. İcbari tibbi müayinən aparılmasının əsası isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi” Qaydasında müəyyən edilir. Qeyd edilən Qaydalara əsasən isə işçilərin icbari müayinələrinin keçirilməsinin 2 qaydası mövcuddur. 1. ilkin icbari tibbi müayinələr və 2. dövri icbari tibbi müayinələr. İlkin icbari tibbi müayinələr (bundan sonra – ilkin müayinə) işçinin sağlamlıq vəziyyətinin görəcəyi işə uyğunluğunun və işçinin əmək fəaliyyətinin nəticəsi olaraq sonradan yaranan xəstəliklərin təyin edilməsi məqsədilə aparılır. Dövri icbari tibbi müayinələr (bundan sonra – dövri müayinə) ağır, zərərli və təhlükəli istehsalat amillərinin, işçinin sağlamlığına təsiri, bu təsir nəticəsində yaranan xəstəliklərin ilkin əlamətlərinin aşkar edilməsi, işçilərin səhhətinin dinamik müşahidəsi, bədbəxt hadisələr, peşə xəstəlikləri, infeksion və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə aparılır. Qeyd edilən Qaydaların 2.1-ci bəndinə əsasən ilkin və dövri müayinələr işçinin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə müalicə-profilaktika müəssisələri (bundan sonra - MPM) tərəfindən aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda işçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərin 4 növü üzrə bölgü müəyyən edilmişdir: 1. Kimyəvi amillər, 2 Bioloji faktorlar, 3. Fiziki faktorlar, 4. Əmək prosesi faktorları. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş (2 nömrəli Əlavə) İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısında eləcə də İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin Siyahısında qazanxana işçisi qeyd edilməmişdir. Hətta nəzəri olaraq bu siyahıda həmin peşə, vəzifə və ya sahə qeyd edilsəydi belə, cavabdeh təşkilat tərəfindən iddiaçıdan yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə müalicə-profilaktika müəssisələri tərəfindən ilkin və dövri müayinələrdən keçməsi tələb oluna bilərdi. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bildirişdən görünür ki, iddiaçıya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədən keçməsi, hətta dörd həftə ərzində əmək zəmanətinin dəyişdirilməəyəcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyi bildirilir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi Agentliyin əsas fəaliyyət istiqaməti əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyasıdır. İddiaçının əlil olması faktı isə öz təsdiqini tapmışdır. Əlilliyi müəyyən edən quruma işçinin icbari tibbi müayinəyə göndərilməsinin hüquqi əsası yoxdur. İşçinin icbari tibbi müayinədən keçməsi isə yuxarıda qeyd edilən normativ hüquqi aktlara uyğun həyata keçirilməldir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə isə işçiyə yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə müalicə-profilaktika müəssisələri tərəfindən ilkin və dövri müayinələrdən keçməsi ilə bağlı hər hansı xəbərdarlıq, göndəriş təqdim edilməmişdir. Göründüyü kimi Bərdə Rayon X7 Hüquqi Şəxsin direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 18-1-28/3-1-1431/2025 nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı ilə əmək münasibətlərinə xitam verilmədiyindən iddiaçının işə bərpa edilməsi ilə bağlı hissədə iddia tələbi təmin edilməməlidir. Məcburi iş buraxmaya münasibətdə isə məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin məcburi iş buraxma ilə bağlı normalar deyil, boşdayanma vaxtı əməyin ödənilməsi ilə bağlı qaydaları tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bərdə Rayon X7 Hüquqi Şəxsin direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 18-1- 28/3-1-1431/2025 nömrəli əmri ləğv edilməli, iddaçı İddiaçı işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bərdə Rayon X7 Hüquqi Şəxsin direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 18-1-28/3-1-1431/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar