Məhkəmə qərarları › İş №2(021)-3221/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3221/2022

15.09.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3221/2022 15.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bərdə regional Asan Xidmət 1saylı Notariat Kontoruna qarşı “məhkəmə xəttşünaslıq ekspertizası və məhkəmə tibbi ekspertizası təyin edilməsi, ekspertizaların rəyinə əsasən X2 ilə X1 arasında olan bağışlanmaya ədalətli qərar verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə-xəttşünaslıq ekspertizası və məhkəmə- tibbi ekspertizası təyin edilməsi, ekspertizaların rəyinə əsasən X2 ilə X1 arasında olan bağışlanmaya ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, cavabdeh kimi Bərdə regional Asan Xidmət 1saylı Notariat Kontoru qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Bərdə regional Asan Xidmət 1saylı Notariat Kontoru cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd olunmalıdır. Sözügedən bağışlanma müqaviləsinin tərəfləri isə cavabdeh qismində qeyd olunmalı olduğu halda, iddia ərizəsində qeyd olunmamışdır. Həmçinin iddiaçı ərizəsində iddiaçı məhkəmə- xəttşünaslıq ekspertizası və məhkəmə-tibbi ekspertizası təyin edilməsini, ekspertizaların rəyinə əsasən X2 ilə X1 arasında olan bağışlanmaya ədalətli qərar verilməsini xahiş etməklə, iddia ərizəsini qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib etmişdir. İddiaçıya izah olunmalıdır ki, məhkəmə ekspertizanı işə baxılarkən işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə təyin edə bilər. Bundan başqa iddia ərizəsində həmin ekspertizaların rəyinə əsasən X2 ilə X1 arasında olan bağışlanmaya ədalətli qərar verilməsini xahiş etməklə mahiyyəti aydın olmayan tələb irəli sürmüşdür. Belə ki, iddia tələbində bağışlanma müqaviləsinin ləğv olunmasını, müqavilənin etibarsız hesab olunmasını yoxsa müqavilənin bağlanmış hesab olunmasını xahiş etməsi müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə regional Asan Xidmət 1 saylı Notariat Kontoruna qarşı “məhkəmə xəttşünaslıq ekspertizası və məhkəmə tibbi ekspertizası təyin edilməsi, ekspertizaların rəyinə əsasən X2 ilə X1 arasında olan bağışlanmaya ədalətli qərar verilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bərdə regional Asan Xidmət 1saylı Notariat Kontoruna qarşı “məhkəmə xəttşünaslıq ekspertizası və məhkəmə tibbi ekspertizası təyin edilməsi, ekspertizaların rəyinə əsasən X2 ilə X1 arasında olan bağışlanmaya ədalətli qərar verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1** (bir yüz) manat ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar