Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3221/2024 02.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə qarşı “İşə bərpa” tələbinə dair mülki işə 02 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onunla cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən barəsində qəbul edilən PMŞ-6-28/3-1-2533/2023 saylı əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə görə və itirilmiş əmək haqqının öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə vərərək işin baxılmamış saxlanmasını və sənədlərinin ona geri qaytarılmasını xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. İddiaçı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə qarşı “İşə bərpa” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev