Məhkəmə qərarları › İş №2(021)-3231/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3231/2022

22.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3231/2022 22.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 15 aprel 1995-ci ildə, X6 1* may 1997-ci ildə və X3 2* aprel 1998-ci ildə anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının vətəndaşıdır, o, 1994cü ildə Mohammad Yunis adlı şəxslə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxt Əfqanıstanda yaşamışlar, onların qeyri rəsmi nikahlarından 15 aprel 1995-ci ildə Nuriyyə, 1* may 1997-ci ildə Əminə, 2* aprel 1998-ci ildə Məhəmməd, 2* fevral 2**4-cü ildə Zeynəb adlı övladları olmuşdur. Ərizəçi 2**6-cı ildən Azərbaycanda yaşamağa başlamış, lakin ərizəçinin övladlarının doğumunu təsdiq edən müvafiq sənədlər olmadığından, onlar bu günə kimi doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilməmişlər. Lakin övladları uşaq vaxtı ərazi üzrə poliklinikada qeydiyyatda olmuş və Bakı şəhəri 177 nömrəli tam orta məktəbi bitirmişlər. Ərizəçi övladların doğumunun qeydə alınması üşün 2 saylı Bakı Asan Xidmətinə müraciət etmiş, lakin övladlarının doğum faktının, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə doğumun qeydə alınması mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ərizəçi onun dayısı qızıdır. Dayısı qızının dörd uşağı var. Uşaqlarından Nuriyyə, Əminə və Məhəmmədə doğum haqqında şəhadətnamə almamışlar. İndi də doğumdan uzun vaxt keçdiyindən qeydiyyata aldıra bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1* izahatında göstər. Uşaqları anadan olarkən doğum haqqında şəhadətnamə almamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE *9578779 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1* *8 iyul 1974-cü ildə Kürdəmir rayonunda doğulmuş, Bakı şəhəri, Nizami küçəsi ev 5-də qeydiyyatdadır. İş materiallarında olan AZE 13*48231 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 *1 may 1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(*11)-875/2*14 nömrəli, *1 aprel 2*14-cü il tarizli qətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 15 aprel 1995-ci ildə Nuriyyə Yunus qızının, 1* may 1997-ci ildə Əminə Yunus qızının, 2* aprel 1998-ci ildə Məhəmməd-Yasin Yunus oğlunun, 2* fevral 2**4-cü ildə Zeynəb Yunus qızının anası olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Medika Hospital tərəfindən verilmiş *4 avqust 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, 1998-ci il təvəllüdlü Məmmədxanov Məhəmmədin ağ ciyərlərində patoloji infiltrativ və ya ocaqlı kölgəliklər aşkar edilməmiş, Plevral Sinuslar sərbəstdir, patoloji maye səviyyəsi qeyd olunmamış, divararalığı orqanları orta xətt üzrə yerləşir, yerdəyişmə müşahidə olunmur, ürəyin rentgen-anatomik ölçüləri yaşa uyğundur. İş materiallarında olan Medika Hospital tərəfindən verilmiş *4 avqust 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, 1995-ci il təvəllüdlü Məmmədxanova Nuriyənin ağ ciyərlərində patoloji infiltrativ və ya ocaqlı kölgəliklər aşkar edilməmiş, Plevral Sinuslar sərbəstdir, patoloji maye səviyyəsi qeyd olunmamış, divararalığı orqanları orta xətt üzrə yerləşir, yerdəyişmə müşahidə olunmur, ürəyin rentgen-anatomik ölçüləri yaşa uyğundur. İş materiallarında olan C*17*15 nömrəli atestatın surətindən müəyyən olunur ki, 1* may 1997-ci ildə doğulmuş X5 aiddir. İş materiallarında olan C*17*17 nömrəli atestatın surətindən müəyyən olunur ki, 15 aprel 1995-ci ildə doğulmuş X2 aiddir. İş materiallarında olan C*17*16 nömrəli atestatın surətindən müəyyən olunur ki, 2* aprel 1998-ci ildə doğulmuş X1 aiddir. İş materiallarında olan 2 Saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 avqust 2*22-ci il tarixli, *5/1683/75 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 15 aprel 1995-ci ildə qız, 1* may 1997-ci il tarixdə qız və 2* aprel 1998-ci il tarixdə oğlan övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi 15 aprel 1995-ci ildı qız, 1* may 1997-ci il tarixdə qız və 2* aprel 1998-ci il tarixdə oğlan övladının olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar