Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3233/2021 16.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon 1 saylı Notariat konturuna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalan Bərdə rayonu Şirvanlı kəndində yerləşən ərazi hüdudları JN225 kod 61023018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə müəyyən edilmiş 0,21 ha kənd təsərrüfatl təyinatlı torpaq sahəsinin yəni mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi,qəbul edilmiş mirasa mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Hazırki işdən isə görünür ki, ərizəçi məhkəmə tərəfindən həm mirası qəbul etmə faktının müəyyən olunması, həmçinin mülkiyyət hüququnun tanınması tələbini xahiş etmişdir ki, ərizənin müirasın qəbul etməsi faktının müəyyən edilməsi hissəsində xüsusi icraat qaydasında, mülkiyyət hüququnun tanınması hissəsində isə iddia icraatı qaydasında baxılmalı olduğu halda ərizəçi fakt təsdiqi qaydasında məhkəməyə müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi mirası qəbul etməsi barədə vərəsəlik şəhadətnaməsinin verilməsinə və mülkiyyət hüququnun tanınmasına dair Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Konturuna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Bununlada ərizəçi qeyd olunan maddənin tələbinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməmişdir. Eyni zamanda, MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, Ərizəçi Göygöl rayonu Yeni Zod kəndində yaşayır. Məhkəmə xüsusilə qeyd edir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması üçün Göygöl Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon 1 saylı Notariat konturuna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3233/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3233/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver