Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3234/2022 19.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlu Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “ Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülmə tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı ərizə ilə məhkəməyə mürаciət edərək Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021) 2581/2022 nömrəli qərardadından görünür ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı ərizə ilə məhkəməyə mürаciət edərək Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında mirasla bağlı mübahisə yarandığından ərizə baxılmamış saxlanmışdır. Belə olan halda ərizəçi yenidən məhkəməyə iddiaçı maraqlı şəxləs isə cavabdeh kimi verilməli olduğundan yenidən məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “ Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülmə tələbi”nə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3234/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3234/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver