Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3235/2022 15.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2*17-ci il tarixdə Bərdə rayon Bəcirəvan kəndində anadan olmuş X3 doğum faktının müəyyən olunmasına, X1, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə 15 avqust 2*16-cı tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Nikahlarını 21 may 2*19-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründə 2 (iki) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 14 avqust 2*17-ci il tarixdə Bərdə rayon Bəcirəvan kəndində anadan olmuş X4 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, orda isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA 2*71199 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 2***-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA 2*712*1 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 24 fevral 1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 162 saylı *7.*9.2*22-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Bəcirəvan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 323925 saylı 21.*5.2*19-cu il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X1* 21 may 2*19-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş Tibbi Arayışdan görünür ki, 14 avqust 2*17-ci il tarixdə anadan olmuş Ağayev........Zəhra oğluna “ praktiki sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi deməsinə görə X2 və Ərizəçi birgə nikah dövründən dünyaya gələn 14.*8.2*17-ci il təvəllüdlü Ağayev.....Zəhra oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olunmuşdur və praktiki sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *8.*9.2*22-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş *8.*9.2*22-ci il tarixli ********* saylı qəbzdən görünür ki, ərizəçi tərəfindən 1** (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirdi ki, Ərizəçi ilə X2 birgə yaşadıqları müddətdə 14 avqust 2*17-ci ildə oğlan uşaqları anadan olmuşdur. Lakin nikahları olmadığından və başa düşmədiklərindən uşağa doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında X6 göstərmişdir ki, 2*16-cı ilin avqust ayında ərizəçi ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Nikahlarını 2*19-cu ilin may ayında rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 14 avqust 2*17-ci ildə oğlan uşaqları anadan olmuşdur. Lakin nikahları olmadığından və başa düşmədiklərindən uşağına doğum haqqında şəhadətnamə almamışlar. 14 avqust 2*17-ci ildə Ərizəçi doğulmuş oğlan uşağının atası olduğunu etiraf edir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X5 2*16-cı ildə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Aralarında olan nikah 21 may 2*19-cu ildə rəsmi qeydiyyata alınmışdır. Birgə yaşadıqları müddətdə 14 avqust 2*17-ci ildə X7 adlı uşaqları anadan olmuşdur. Nikahları olmadığından və başa düşmədiklərindən uşağa doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X7 14 avqust 2*17-ci il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. X3 doğum tarixinin 14 avqust 2*17-ci il, doğum yerinin Bərdə rayonu Bəcirəvan kəndi olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı X5, ana qrafasında ana adı Ərizəçi kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 1** manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 14 avqust 2*17-ci il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olması faktı müəyyən edilsin. X3 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı X5, ana qrafasında ana adı Ərizəçi kimi qeyd olunsun. İş üzrə ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3235/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3235/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver