Məhkəmə qərarları › İş №2(021)-3237/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3237/2022

10.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3237/2022 10.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə birgə nikah dövründə tikdirdiyi, hazırda cehiz əşyaları olan evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, uşaqları ilə birlikdə həmin evdə yaşamışdır, cehiz əşyaları da mübahisəli evdədir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin olunmamasını xahiş etdi . Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi adiyyəti üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Ağdam rayonu Qiyaslı kəndində və Cavabdeh Ağdam rayonu Şıxlar kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair 2(021)- 3237/22 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Ağdam rayon Məhkəməsində göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35,44,45-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair 2(021)-3237/22 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar