Məhkəmə qərarları › İş №2(021)-3240/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3240/2022

16.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3240/2022 16.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “28 dekabr 1985-ci il tarixli orderin onlara məxsus olması və qeyd olunmuş yanlışlıqlara düzəliş olunması ” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə verilmiş 28 dekabr 1985-ci il tarixli orderin onlara məxsus olması və qeyd olunmuş yanlışlıqlara düzəliş olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) 149-cu maddəsinin forma və məzmunla bağlı tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, hazırkı tələb mahiyyət baxımından xüsusi icraat qaydasında baxılan işlərə aid olduğu halda, iddia ərizəsi formasında verilmiş, tərəflər iddiaçı və cavabdeh kimi qeyd olunmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizələrə xüsusi icraat qaydasında baxılır. İddiaçılara izah olunmalıdır ki, məhkəməyə hazırkı tələblə müraciət edərkən ərizə formasında və tərəfləri ərizəçi və maraqlı şəxs kimi qeyd etməklə, müraciət olunmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “28 dekabr 1985-ci il tarixli orderin onlara məxsus olması və qeyd olunmuş yanlışlıqlara düzəliş olunması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçılara yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “28 dekabr 1985-ci il tarixli orderin onlara məxsus olması və qeyd olunmuş yanlışlıqlara düzəliş olunması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz ) manat dövlət rüsumu geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçılara yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar