Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-326/2024 09.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “uşaqları ilə birlikdə evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhərində yaşayırlar. Həyat yoldaşı X9 ilə nikaha daxil olandan sonra həmin ünvana, yəni ünvan 2 həmin evə gəlin köçmüşdür. Onun həyat yoldaşı X9 ilə onlar uzun müddət bu evdə yaşamışlar. Həyat yoldaşından aralarında nazazılıqlar olmuşdur. O, atası evinə müvəqqəti sığınmışdır. O, həmin evə gəlin köçmüşdür. Ona məxsus cehiz əşyaları həmin evdədir. Atasıgildə ailə sayı çox olduğu üçün orada yaşaya bilmir. Gəlin köçdüyü evdə onun yaşamaq hüququ var. Onların yaşamağa başqa yerləri yoxdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddiaçının ünvan 3 ünvanında 0.0581 torpaq sahəsində yerləşən ümumi sahəsi 123.1 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan ¾ hissəsinə köçüb yaşamasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin qəbul etdiyini və iddiaçının iddia etdiyi evə köçüb yaşamasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan AZ-İV № 413244 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə anadan omuşdur. Ata qrafasında ata adı X9, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X4 adına verilmiş **********46-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0581 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 123.1 kv.m olan fərdi yaşayış evi X5 ( fərdi yaşayış evi 1/2 hissə, torpaq sahəsi 1/8 hissə), Cavabdeh1 ( fərdi yaşayış evi 1/2 hissə, torpaq sahəsi 1/8 hissə), Cavabdeh2 (torpaq sahəsi 1/8 hissə), X2 (torpaq sahəsi 1/8 hissə), X6 (torpaq sahəsi 1/8 hissə), X7 (torpaq sahəsi 1/8 hissə), X1 (torpaq sahəsi 1/8 hissə) və X3 (torpaq sahəsi 1/8 hissə) paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 31 avqust 2011-ci ildə vəfat etmiş X5 vərəsələri : oğlu-X11, oğlu: -Cavabdeh1dur və onların hər biri miras emlakdan bərabər hissələrde irs almalidir, Şahadətnamə verilən miras emlak, ƏMDKY DƏDRX 7 saylı Ərazi İdarəsinin 07 noyabr 2014-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəsindən çıxarışına əsasən Barda şəhəri ünvan 4 ünvanda 0.0581 ha torpaq sahəsində yerləşən 123.1 kv.m ümumi, 70.1 kv m yaşayış. 53 kv.m yardımçı sahəsi olan 3 (üç) otaqlı yaşayış evinin hissəsindən, torpaq sahəsinin isə 1/8 hissəsindən ibarətdir. İş materiallarında olan X3 adına verilmiş **********46-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0581 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 123.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 ( fərdi yaşayış evi ¾ hissə, torpaq sahəsi 3/16 hissə), Cavabdeh2 (torpaq sahəsi 2/16 hissə), X2 (torpaq sahəsi 2/16 hissə), X6 (torpaq sahəsi 2/16 hissə), X1 (fərdi yaşayış evi torpaq sahəsi 2/16 hissə), X7 (torpaq sahəsi 2/16 hissə), X3 fərdi yaşayış evi 1/4 hissə, torpaq sahəsi 3/16 hissə) paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə vəfat etmiş - X3 vərəsəsi: oğlu - BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, VAQİF KÜÇƏSİ, EV 2/15 ünvanında qeydiyyatda olan MUXTAROV QARAKİŞİ AYDİN oğludur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə MUXTAROV AYDİN İBRAHİM OĞLUNA verilmiş **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən Ümumi sahəsi 123.1 kv/m, yaşayış sahəsi 70.1 kv/m, yardımçı sahəsi 53 kv/m, 3 otaqlı olan fərdi yaşayış evinin 1/4 hissəsindən və ümumi sahəsi 0.05811 ha olan torpaq sahəsinin 3/16 hissəsindən ibarətdir. İş materiallarında olan X1 adına verilmiş **********46-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0581 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 123.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 ( fərdi yaşayış evi ¾ hissə, torpaq sahəsi 3/16 hissə), Cavabdeh2 (torpaq sahəsi 2/16 hissə), X2 (torpaq sahəsi 2/16 hissə), X6 (torpaq sahəsi 2/16 hissə) və X1 (fərdi yaşayış evi 1/4 hissə, torpaq sahəsi 5/16 hissə) paylı mülkiyyətindədir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 övladı ilə ailə qurmuşlar. Birgə nikahlarından 1 uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulmuşdur. İddiaçı ailə qurduğu vaxtdan həmin mübahisəli evdə yaşamışdır. Cavabdehlə ailə münasibətləri pozulduqdan sonra həmin yaşayış evindən çıxarılmışdır. Həmçinin fərdi yaşayış evi qaynatası Cavabdeh1 paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı övladı- 05 iyun 2017-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 3 ünvanında 0.0581 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 123.1 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-326/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-326/2024
09.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver