Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3260/2021 20.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 31-də yaşayan İddiaçı evə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Məhiyəddin oğlunun mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydası müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində cavabdehin Qazaxıstan Respublikasında yaşadığı qeyd edilsə də faktiki ünvanı göstərilməmişdir. Göründüyü kimi iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər kserosurət olmaqla təsdiqlənməmiş, bəzi sənədlər Qazaxıstan Respublikasında verilsə də tərcümə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1.-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3.-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı evə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı Cavabdeh Məhiyəddin oğluna qarşı evə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3260/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3260/2021
20.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver