Məhkəmə qərarları › İş №2(021)-3265/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3265/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3265/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X19 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1982-ci il təvəllüdlüdür. X5 ilə 18 dekabr 2001-ci ildə rəsmi nikaha daxil olaraq evləmişdir. Birgə nikah dövründə 16 noyabr 2001-ci il təvəllüdlü X4, 28 yanvar 2003-cü il təvəllüdlü X6, 13 iyun 2005-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Həyat yoldaşı X5 20 sentyabr 2022-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etməmişdən öncə Kredit Evi QSC-nin Bərdə rayon Filialından 625.40 manat dəyərində bir cüt sırğa, bir ədəd qadın üzüyü qoyaraq 03 avqust 2022-ci il tarixdə kredit müqaviləsi bağlamış və 625.40 manat pul götürmüşdür. Lakin pulu bir ay ödədikdən sonra vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra kreditin aylıq ödənişini o, edib bitirmişdir. Hazırda kredit ödənişi bitib, buna görə də qızıllar bankdan götürülməlidir. Lakin həyat yoldaşı vəfat etdiyi üçün Kredit Evi QSC-nin Bərdə rayon Filialı qızılları ona vermir. Səbəbi isə onun orada heç bir səlahiyyətinin olmamasıdır. Həyat yoldaşına məxsus olan kredit üzrə qızılların götürülməsi üçün vərəsəlik şəhadətnaməsinin alınması üçün X19 Xidmət Mərkəzində notariat ofisinə müraciət etdikdə isə onun adına lazımi sənəd verməkdən imtina ediblər. Bildiriblər ki, hər hansı mirası qəbul etmək müddətini ötürmüşdür. Buna görə də mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X19 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1982-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 338 saylı, 31 iyul 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Kürdborakı kəndində yaşayır. İş materiallarında olan AZ-İ 012120 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X9 18 dekabr 2001-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan 138975 nömrəli arayışdan müəyyən olunur ki, X2 16 noyabr 2001-ci ildə doğulmuşdur, atası X8, anası Ərizəçidir. İş materiallarında olan AZ-İİ 759254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 13 iyun 2005-ci ildə doğulmuşdur, atası X8, anası Ərizəçidir. İş materiallarında olan AZ-T 518529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 28 yanvar 2009-cu ildə doğulmuşdur, atası X8, anası Ərizəçidir. İş materiallarında olan AZ-İİ 278400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 20 sentyabr 2022-ci ildə ölmüşdür. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli BR0118603-2021 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, X8 "xxxx" QSC-nin Bərdə filialından kredit götürmüşdür. İş materiallarında olan girov müqaviləsindən müəyyən olunur ki, X8 "xxxx" QSC-nin Bərdə filialında götürdüyü kreditin təminatı olaraq 625.40 manat dəyərində bir cüt sırğa, bir ədəd qadın üzüyü girov qoymuşdur. İş materiallarında olan X19 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1825/2023 saylı, 22 iyul 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X1 miras qalmış əmlak vardır. Həmin əmlak faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməklə, mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum əri X1 qalmış əmlakın miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar