Məhkəmə qərarları › İş №2(021)-3282/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3282/2022

14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3282/2022 14.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs X22 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X22 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum X1* xüsusi mülkiyyətində olan Bərdə rayon Qaradağlı kəndində yerləşən *.165 ha ha torpaq sahəsinin mirası qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və vərəsəlik hüququnun tanınması tələbinə dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon sakini X13 ilə *2 mart 1993-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdirlər. Birgə nikah dövründən 3 (üç) övladları anadan olmuşdur. Mərhum həyat yoldaşı X13 28 iyun 2**7-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Həyat yoldaşı vəfat etməmişdən öncə Bərdə rayon Qaradağlı kəndində yerləşən *.25 ha torpaq almışdır. Vəfat edən müddətə qədər isə torpaq sahəsindən istifadə etmişdir. Lakin vəfat etməmişdən öncə xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğundan *.25 ha torpaq sahəsinin *.*85 ha torpaq sahəsini satmaq qərarına gəlmişdir. 19 yanvar 2**7-ci il tarixdə isə *.*85 ha torpaq sahəsini Daşınmaz Əmlakın AN- İN **97597 saylı Alqı-satqı müqaviləsi ilə Xocalı rayon sakini X1. *.*85 ha torpaq sahəsini satdıqdan sonra isə vəfat edən günə qədər qalan torpaq sahəsini istifadə etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra övladları ilə birlikdə qeyd etdiyi torpaq sahəsini yararlı hala salaraq o istifadə etmişdir. X2* vəfat etdikdən sonra o, qeyd etdiyi torpaq sahəsini miras olaraq o qəbul etmişdir. İndi isə hal-hazırda miras qalmış torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı X22 xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbidə onu göstərmişdirlər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, tələbini mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və mirasın qəbul edilməsi faktı kimi qeyd olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2*.1*.2*22-ci il tarixli 2(*21)-3282/22 saylı qərardadı ilə Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 mülki iş üzrə maraqlı şəxs kimi cəlb olunmuşlar. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 məhkəməyə notarial qaydada ərizə göndərərək mirasdan pay almaq niyyətlərində olmadıqlarını bildirmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı tərəf X22 Xidmət Mərkəzi Notariat Ofisinə və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, X22 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi və digər Maraqlı şəxs3 heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № 16*6644 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.197*-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ № 3*3912 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X7 arasında 12.*3.1993-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdn sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ №811454 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X6, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş XVİİİ-ЖГ №384*97 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. X6, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ №24726* nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 28.*6.2**7-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 452 saylı 13.*5.2*22-ci il tarixli arayışdan görünür ki, mərhum X13 vəfat edənə kimi Qaradağlı kəndində yaşamışdır, vəfatından sonra təsərrüfatında onunla birgə qeydiyyatda olan aşağıdakı ailə üzvləri qalmışdır: Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4. İş materiallarına əlavə edilmiş X13 ilə X8 rasında bağlanmış AN-İ № **97597 nömrəli 19.*1.2**7-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X4 rayon Qaradağlı kəndində yerləşən *.25 ha həyətyanı torpaq sahəsindən *.*85 ha torpaq sahəsini X5 75** manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 61**13**1*45 olan, qeydiyyat nömrəsi 18*7**877 olan, qeydiyyat tarixi 11.*4.2**7-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH, № ***1927 saylı Çıxarışdan görünür ki, Bərdə rayon Qaradağlı kəndində yerləşən *.*85 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş X22 Xidmət Mərkəzi Notariat Ofisinin 28.*6.2*22-ci il tarixli, 1493\2*22 saylı məktubdan görünür ki, Ərizəçi 28 iyun 2**7-ci il tarixdə vəfat etmiş əri X9 qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün X22 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından imtina edilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs2 notarial qaydada təsdiq olunmuş *6.11.2*22-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum X6 28.*6.2**7-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs4 notarial qaydada təsdiq olunmuş *6.11.2*22-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum X13 28.*6.2**7-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X9 miras qalmış Bərdə rayon Qaradağli kəndində yerləşən *.165 ha həyətyanı torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 3*7.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X9 miras qalmış Bərdə rayon Qaradağlı kəndində yerləşən *.165 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X9 miras qalmış Bərdə rayon Qaradağlı kəndində yerləşən *.165 ha həyətyanı torpaq sahəsinə mirasın qəbulu müddəti itirilməmiş hesab edilsin və Bərdə rayon Qaradağlı kəndində yerləşən *.165 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar