Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3287/2023 15.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X1 onun oğlu olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, X3 03 avqust 1959-cu il tarixdə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuş, 21 iyul 2023-cü il tarixində vəfat etmişdir. X11 rayon Sarıcalı kənd qəbirsanlığında dəfn olunmuşdur. Ağayev Məcidə məxsus doğum haqqında şəhadətnamə Ağdərə rayonunda qalmışdır. Mərhumun doğumu ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin onun doğumu barəsində heç bir məlumat aşkar edilməmişdir. X1 onun oğlu olmasının müəyyən edilməsi ona miras qalmış əmlakların vərəsə kimi tərəfindən qəbul edilməsi ilə bağlı tələb olunur. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi XX.XX.1932-ci il tarixdə Ağdərə rayon Sırxavənd kəndində anadan olmuşdur. Ağdam rayon Sırxavənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1419 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Ağdam rayonu Divanlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA 427252 №-li Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü il tarixdən Bərdə rayon Divanlı kəndində məcburi köçkün kimi məskunlaşmışdır. Mülki işə əlavə olunmuş Seriya AZE 08323604 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1959-cu il tarixində Ağdərə rayon Qazançı kəndində anadan olmuşdur. Ağdam rayon Sırxavənd kəndində qeydiyyatda olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İİ 359195 №-li Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli №461- 05/15 nömrəli Arayışdan görünür ki, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə araşdırma aparılmış, nəticədə X5 doğumu ilə bağlı heç bir məlumat tapılmamışdır və məhkəməyə müraciət etməsi məsləhət olunmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 bildirdi ki, X2 Umud Əbil oğlunun oğludur. Məcid Ağayev 26 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Məcid Ağayev onun rəsmi nikahda olan həyat yoldaşı olub. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 bildirdi ki, o, Ərizəçi qızıdır. X9 onun qardaşı olmuşdur. O, 26 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə təqdim olunmuş sübutlar və verilmiş şahid ifadələrinə əsaslanaraq müəyyən etdi ki, X2 Umud Əbil oğlunun oğludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, X1 Ərizəçi oğlu olması faktı iş materialları ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməli, X1 Ərizəçi oğlu olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Mərhum X2 Umud Əbil oğlunun oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3287/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3287/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver