Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3305/2022 19.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, iddiaçı Ərizəçi nümayəndəsi və vəkili X9, cavabdehlər Maraqlı şəxs7, Maraqlı şəxs8 və Maraqlı şəxs9 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdehlər Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və Maraqlı şəxs9 qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi tələbinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdehlər Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və Maraqlı şəxs9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən 2* nömrəli fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci il təvəllüdlüdür. X4, anası X1r. Onlar 3 uşaq olmuşlar. X27 28 fevral 1993-cü ildə, anası Kəklik Məhərrəmova isə 12 iyul 1984-cü ildə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə xüsusi mülkiyyətində Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 2* ünvanında torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi olmuşdur. Atası vəfat etdikdən sonra onun iki qardaşı da vəfat etmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini və torpaq sahəsinin üzərindən inşa edilmiş fərdi yaşayış evində o qalmış və istifadə etmişdir. Hal-hazırda da bütün kommunal sənədləri onun adınadır. Ailə üzvləri vəfat etdikdən sonra Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən 2* nömrəli fərdi yaşayış evini miras olaraq o qəbul etmişdir. Hal-hazırda həmin fərdi yaşayış evini adına sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional “ASAN-Xidmət” Mrkəzində Notariat Ofisinə müraciət etsə də onun adına sənədləşdirməkdən imtina edilərək mirası qəbul etmə müddətinin ötürülməsi göstərilmişdir. Baş düşməməzlikdən və ona başa salan olmadığından ərizə ilə müraciət etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ərizəçi nümayəndəsi və vəkili X17 məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və sözügedən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi Əli qızının nümayəndəsi və vəkili sonradan məhkəməyə dəqiqləşmə barədə ərizə verərək Bərdə şəhər X3* küçəsində yerləşən fərdi yaşayış evinin nömrəsinin 2/2* olaraq qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi X17 iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, iddiaçının miras qalmış əmlakı mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirərərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X1* iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun bibisidir. Atası Nizami iddiaçının qardaşıdır. Nənəsi və babası vəfat etdikdən sonra iddiaçı həmin evdə 5 il yaşamış, sonra isə həmin evi kirayəyə vermiş və kirayə pulunu almışdır. Hal-hazırda nənə və babasında miras qalmış əmlakdan atasına çatası pay tələb edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs9 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun bibisidir. Atası Nizami iddiaçının qardaşıdır. Nənəsi və babası vəfat etdikdən sonra iddiaçı həmin evdə 5 il yaşamış, sonra isə həmin evi kirayəyə vermiş və kirayə pulunu almışdır. Hal-hazırda nənə və babasından miras qalmış əmlakdan atasına çatası payı tələb edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs7 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun baldızıdır, mərhum əri Nizami iddiaçının qardaşıdır. Hazırda mərhum əri Nizamiyə çatası payı tələb edir və həmin paydan uşaqlarının xeyrinə imtina edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 2*-də qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *8 avqust 2*22-ci il tarixli, çıxarışdan görünür ki, X2 Kəklik Mədət qızı ilə 11 iyul 1955-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Bu barədə Nikah akt qeydləri kitabında 11 iyul 1955-ci ildə 85 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *8 avqust 2*22-ci il tarixli, 42158* nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxx 1957-ci ildə anadan olmuş, X4, anası X5 olmaqla bu barədə doğum akt qeydləri kitabında 1* avqust 1957-ci ildə 316 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə rayon icra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümnayəndəliyi tərəfindən verilmiş 25 may 2*22-ci il tarixli, 2563 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 2*-də yaşayır. *7 avqust 1998-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən 1 otaqlı ümumi sahəsi 53,2* kv.metr, 24.* kv.metr yaşayış, 29,2* kv. metr köməkçi sahədən ibarət olan 2/2* nömrəli fərdi yaşayış evi bütünlüklə X11 adına qeydiyyata alınmışdır. Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2 fevral 2*22-ci il tarixli, 165-*5/69 nömrəli arayışdan görünür ki, X14 3* noyabr 2*15-ci ildə vəfat etmiş, bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən *8 dekabr 2*15-ci il tarixli, 283 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 avqust 2*19-cu il tarixli, AZ- İİ*31367 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 avqust 2*19-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 avqust 2*19-cu il tarixli 91 nömrəli qeyd edilmişdir. Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 yanvar 2*22-ci il tarixli, 115-*5/69 nömrəli arayışdan görünür ki, X16 28 fevral 1993-cü ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 fevral 1995-ci il tarixli, 45 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5 may 2*22-ci il tarixli, arayışdan görünür ki, X3 12 iyul 1984-cü ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyul 1984-cü il tarixli, 1*5 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edən zaman 1**.** manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2*22-ci il tarixli, 28462***6284 nömrəli məktubdan görünür ki, X11 adına Bərdə şəhəri Q.B.Zakir küçəsi 2/2* saylı ünvanda yerləşən fərdi yaşayış evi Bərdə rayon DTİ və MHQ İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş abonentin saldosundan görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsi mənzil 29-da quraşdırılmış sayğac Ərizəçi adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 5 nömrəli Regional Su kanal İdarəsi Bərdə Sukanal Sahəsi tərəfindən verilmiş 16.12.2*22-ci il tarixli məktubdan görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 2* ünvnaında yaşayan Ərizəçi X18 abonent bazasında abonent kodu 37*6**85***** ailə tərkibi iki nəfər olmaqla sayğacsız qeydiyyatdadır. "xxxx" ASC- tərəfindən təqdim olunmuş cədvəldən görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən sayğac Ərizəçi adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki iddiaçı Ərizəçi cavabdehlər Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən 2* nömrəli fərdi yaşayış evinin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi nümayəndəsi X17 məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və mübahisə predmeti olan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi nümayəndəsi və vəkili sonradan məhkəməyə dəqiqləşmə barədə ərizə verərək Bərdə şəhər X3* küçəsində yerləşən fərdi yaşayış evinin nömrəsinin 2/2* olaraq qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2* oktyabr 2*11-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12*3.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2*11-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2*2*-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2*14cü il 18 iyul tarixli Qərarı). Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, X11 ölümündən sonra onun birinci növbə vərəsəsi olan qızı, hazırki iş üzrə iddiaçı Ərizəçi mərhum X7 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış Bərdə şəhəri Q.B.Zakir küçəsi 2/2* ünvanında yerləşən fərdi yaşayış evini həyatyanı torpaq sahəsi ilə birlikdə qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, iddiaçı mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçı Ərizəçi mərhum X7 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilməli, X7 miras qalmış Bərdə şəhəri Q.B.Zakir küçəsi 2/2* ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Ərizəçi mərhum X7 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilsin. İddiaçı Ərizəçi mərhum X7 miras qalmış Bərdə şəhəri, Q.B.Zakir küçəsi 2/2*-də yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə qəbul etməsi müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3305/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3305/2022
19.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver