Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-331/2022 15.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1, Əliyeva Mehparə Vidadi qızının, X13 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X21, X22, X14, X31 və X32 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, X15, Əliyeva Mehparə Vidadi qızı, X39 və X33 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarı ilə ailə üzvlərinə verilmiş JN-0297 KOD 61000108 saylı Dövlət Aktında göstərilmiş 2.66 ha pay torpaqlarından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, X15, Əliyeva Mehparə Vidadi qızı, X39 və X33 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarı ilə ailə üzvlərinə 2.66 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0297 KOD 61000108 saylı Dövlət Aktı da verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvlərinin istifadəsindədir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də cavabdeh buna əhəmiyyət verməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh1, Cavabdeh2, X16, X17, X8, X24 və X25 ona məxsus 2.66 ha pay torpağından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə caavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1959-cu il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Bərdə rayon Əmirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 292 saylı 05.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Əmirli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AЭ №329176 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X40 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X6, anası X9r. İş materiallarına əlavə olunmuş İİ-ЖГ №487279 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X40 23.02.1982-ci il tarixdə Yevlax şəhər VVAQ Şöbəsində 78 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1962-ci il tarixdə Ağcabədi rayon Salmanbəyli kəndində anadan olmuşdur. Bərdə rayon Əmirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 293 saylı 05.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Əmirli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş XV-ЖГ № 380671 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X56 qızı xx.xx.1990-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 250396 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X34 ilə X56 qızı 27.01.2018-ci il tarixdə 2 saylı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 169 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 qızı xx.xx.1990-ci il tarixdə Bərdə rayon İmirli kəndində anadan olmuşdur. Bərdə rayon Əmirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 290 saylı 05.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 qızı Bərdə rayon Əmirli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Xİİ-ЖГ № 438855 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X60 qızı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə olunmuş AZ-İ № 434569 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 ilə X60 qızı 21.08.2008-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində 337 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X60 qızı xx.xx.1987-ci il tarixdə Bərdə rayon Əmirli kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş İX-ЖГ № 495203 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X51 qızı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 011692 saylı Çıxarışdan görünür ki, X45 ilə X51 qızı arasında 17.09.2002-ci il tarixdə Bərdə rayon Xanərəb İcra Nümayəndəliyində nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 qızı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 447 saylı 05.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı6 qızı Bərdə rayon Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 oğlu xx.xx.1960-ci il tarixdə Bərdə rayon Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayon Əmirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 294 saylı 05.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayon Əmirli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İX-ЖГ № 296851 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əliyeva Mehriban Vidadi qızı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə olunmuş AZ-İ № 600396 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X35 ilə Əliyeva Mehriban Vidadi qızı 14.01.22005-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 45 saylı akt qeydi ilə nikah bağlanmışlar. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 Vidadi qızı xx.xx.1983-cü il tarixdə Bərdə rayon İmirli kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 292 saylı 05.10.2021-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı4 Vidadi qızı Bərdə rayon Əmirli kəndində yaşayıb, ailə qurduqdan sonra Suraxanı rayonunda yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli № 292120 saylı Arayışdan görünür ki, X27 07.02.1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 322 saylı 12.10.2021-ci il tarixli arayışdan görünür ki, X27 vəfat edənə kimi, yəni 1998-ci ilə kimi İddiaçı1 himayəsində yaşamışdır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0297 KOD 61000108 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakinləri İddiaçı1, İddiaçı2, X1, Əliyeva Meyparə Vidadi qızının, X13, X7 və X28 mülkiyyətinə 2.66 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin müəyyən edilməsi barədə 09.02..2022-ci il tarixli 28 saylı Rəydən görünür ki, JN-0297 KOD 61000108 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 2.66 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X41, X42, X36, X46, X47 tərəfindən qanunsuz istifadə olunur. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-0297 KOD 61000108 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 2.66 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X41, X42, X36, X46, X47 tərəfindən qanunsuz istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X41, X42, X36, X46 və X47 JN-0297 KOD 61000108 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 2.66 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.2-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.2-cİ maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin qeyd edir ki, mütəxəsis xərci 150 manat cavabdehlərdən alınaraq Mobil MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X1, Əliyeva Mehparə Vidadi qızının, X13 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X21, X22, X14, X31 və X32 qarşı “torpaqdan çıxarılma ” tələbinə dair iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X41, X42, X36, X46 və X47 JN-0297 KOD 61000108 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 033 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 2.66 ha torpaq sahəsinin aşağı hissəsinin eni 40,73 metr, yuxarı hissəsinin eni 39,63 metr, uzunluğu 705 metr hissəsindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, X11, X4, X18 və X19 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, X5, Əliyeva Mehparə Vidadi qızına, X29 və X20 ödənilsin. Mütəxəssis xərci 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X41, X42, X36, X46 və X19 alınaraq Mobil MMC-yə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-331/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-331/2022
15.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver