Məhkəmə qərarları › İş №2(021)-3337/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3337/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3337/2022 23.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi cavabdehlər Bərdə regional ASAN Xidmət mərkəzində Notariat kontorunun xüsusi notariusuna, Maraqlı şəxs2 , Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin miras kimi qəbul olunması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) *49-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə riayət edilmədən tərtib olunmuş, tərəflər ərizəçi və cavabdeh kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə dair olduqda ərizə formasında tərtib olunmaqla tərəflər ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında baxılan işlərə dair olduqda isə iddia ərizəsi formasında tərtib olunmaqla tərəflər iddiaçı və cavabdeh kimi qeyd olunmalıdır. Azərbaycan Respulikası MPM-nin *52.*.*-ci maddəsinə əsasən bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddi ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi cavabdehlər Bərdə regional ASAN Xidmət mərkəzində Notariat kontorunun xüsusi notariusuna, Maraqlı şəxs2, Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *49- *52-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi cavabdehlər Bərdə regional ASAN Xidmət mərkəzində Notariat kontorunun xüsusi notariusuna, Maraqlı şəxs2 , Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ərizənin verilməsinə görə ödənilmiş *00 (bir yüz) manat ödənilmiş dövlət rüsumu ona geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar