Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-334/2023 06.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bərdə rayon Kələntərli Bələdiyyəsinə, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu keçmiş "Sosializm" kolxozu İdarə Heyətinin 19 may 1990-cı il tarixli, 3 saylı iclas protokolunun qərarı ilə ona Bərdə rayonu Kələntərli kəndində ayrılıb verilmiş 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X14 iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illər kolxozda çalışmağını və fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinə ehtiyacının olmasını nəzərə alaraq üzvü olduğu Bərdə rayonu keçmiş "Sosializm" kolxozu ona həyətyanı torpaq sahəsi ayrılması barədə ərizəsini təmin edərək kolxozun İdarə Heyətinin 19 may 1990-cı il tarixli 3 saylı iclasının protokolu ilə qərara alınmışdır ki, X5 0,08 ha torpaq sahəsi verilsin. ("Bağırova" soyadı onun qızlıq soyadı olmuşdur) . Həmin torpaq sahəsində qurunt suları üzə çıxması səbəbi ilə orada fərdi yaşayış evi tikmək qeyri-mümkün olduğuna görə ondan yalnız yardımçı təsərrüfat kimi istifadə edərək orada yalnız daxma tipli kiçik bir tikili tikmiş, bir neçə ağac əkmiş, əsasən heyvanlarınının otlaq sahəsi kimi istifadə etmişlər, Kənarlarına hasar da çəkməmişdir. 1995-ci ildə həmin torpaq sahəsini içərisindəki daxma tipli tikili ilə birlikdə hazırkı nominasiya ilə 4000 manata həmkəndlisi X2, lakin aralarında bir-birlərinə etibar olduğuna görə bu faktı notariat təsdiqli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirməmişdirlər. X14 da 2007-ci ilədək bu torpaq sahəsindən ancaq mal-qarasını otarmaq üçün istifadə etmiş, 2007-ci ildə isə övladları ilə yola getməyən, Bərdə şəhərinin "Qarabağtikinti" qəsəbəsindəki evindən qovulmuş qaynanası Əhmədova Səmərqǝ Tofiq qızını gətirib həmin torpaqdakı daxmaya yerləşdirilmiş, daxmanın üstünü şiferlə örtǝrǝk yaşayış üçün yararlı vəziyətə salmışdır. Əhmədova Səmərqǝ Tofiq qızı övladları ilə barışdığına və onlarla gediş-gəlişi bərpa etdiyinə görə 2020-ci ildən başlayaraq Mahir Əliyev ondan tələb etməyə başlamışdır ki, torpağı özünə qaytarsın və oradan köçüb getsin. Lakin Cavabdeh bundan imtina etmiş, əksinə nəvələrini də gətirib oraya yerləşdirmişdir. X1rşı "torpaq sahəsindən və tikilidən çıxarılma tələbinə dair" iddia ərizəsi Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1262/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sui-istifadə edən Cavabdeh əsassız olaraq iddia edir ki, həmin torpaq sahəsi ona məxsusdur, çünki, uzun müddətdir ki həmin torpaqdan istifadə edir və onun üzərindəki daxma tikilidə yaşayır. Halbuki həmin torpaq sahəsi ona 1990-cı ildə qüvvədə olmuş qanunlara uyğun olaraq ayrılmış və verilmiş torpaq sahəsidir. 2(021)- 1262/2022 nömrəli mülki işə Bərdə rayon məhkəməsində baxılarkən Bərdə rayonu Kələntərli bələdiyyəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 08 nömrəli arayış təqdim edilərək bildirilmişdir ki, guya Əhmədova Səmərqǝ Tofiq qızı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində betondan inşa olunmuş binada yaşayır. Beləliklə, cavabdeh Bərdə rayonu Kələntərli bələdiyyəsi də heç bir əsas olmadan onun sözügedən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnu şübhə altına alaraq onu bələdiyyə mülkiyyəti hesab etməklə hüquq barədə mübahisə üçün əsas yaratmışdır. Odur ki, Bərdə rayonu Kələntərli bələdiyyəsinin hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi əsaslı və qanunidir. Həmçinin sözügedən torpaq sahəsinə onun adına dövlət reyesterindən Çıxarış və texniki pasport verilməsi üçün xx.xx.2022-ci il tarixli ərizə ilə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdiR. Ərizəsinə verilmiş xx.xx.2022-ci il tarixli, **********52 saylı cavabda bildirilir ki, ərizənizin icrasının təmin olunması məqsədilə Bərdə rayonu Kələntərli kəndində yerləşən həyətyanı torpaq sahəsinə müayinə baxışı keçirmək məqsədilə idarənin mühəndis-inventarlaşdırıcısı həmin ünvanda olmuşdur. Bu zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə vardır. Belə ki, məlum olmuşdur ki, 0,08 ha torpaq sahəsində yerləşən evdə yaşayan şəxslə (yaşlı qadınla) ərizəçi İddiaçı arasında mübahisə vardır. Evdə faktiki yaşayan həmin şəxs bildirmişdir ki, o 18 ildən artıq müddətdir ki, orada yaşayır, həmin torpaq sahəsi ona məxsusdur. Torpaq sahəsinin ölçülməsinə icazə verməməsi səbəbindən müayinə baxışı keçirmək mümkün olmamış, ərizənizin icrasında imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizısinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Bərdə rayon Kələntərli Bələdiyyəsinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayon Sınıqkilsə kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1310 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İİ-JQ №301517 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonunun Kilsəli kənd sovetliyində 5 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-379A KOD- 61008018 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Bərdə rayon Kələntərli kənd sakinləri İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Dövlət Arxivindən verilmiş sorğuya cavabdan görünür ki, Bərdə rayon Dövlət Arxivi bildirir ki, həmin Arxivdə 73 saylı fondda mühafizə edilən Bərdə rayon “Sosializm” kolxozunun 1990-cı ilə dair sənədlərində həqiqətən də həmin kolxozun Qərarı ilə sıra sayı 27-də vətəndaş X5 0,08 ha. torpaq sahəsinin verilməsinə dair Arxiv sənədi olan “Sosializm” kolxozunun 19 may 1990-cı il tarixli heyət iclasının 3 saylı Protokolu vardır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Çıxarışından görünür ki, Bərdə rayon Dövlət Arxivində 73 saylı fondda mühafizə edilən Bərdə rayon “Sosializm” kolxozunun 1990-cı il tarixli heyət iclasında həmin kolxozun Qərarı ilə sıra sayı 27-də vətəndaş X5 0,08 ha. torpaq sahəsinin verilməsi təsdiq verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)1262\2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X14 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus Bərdə rayon Kələntərli kəndində yerləşən 0.08 ha torpaq sahəsindən və həmin torpaq sahəsindəki daxma tipli tikilidən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli həyətyanı torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına və Kələntərli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqaisələndirilmişdir. Bərdə rayon Sosializm kolxozunun 19 may 1990-cı il tarixli heyət iclasının 3 saylı protokoluna əsasən X5 verilmiş 0.08 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər-hansı sənəd (plan, sxem, ayrıc aktı, yerquruluşu sxemi) təqdim edilmədiyindən JN-379A saylı "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh Əhmədova Səmərqǝ Tofiq qızının faktiki istifadə etdiyi 0.24 ha həyətyanı torpaq sahəsi kompleks yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, istifadəçi barədə məlumat qeydə alınmamışdır (sahibsiz kimi qeyd edilmişdir). Qeyd: Məhkəmə məktubunda mübahisələndirilən həyətyanı torpaq sahəsi, iddiaçının mülkiyyətinə verilmiş JN-379A saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə məkan göstəricilərinə görə ayrı-ayrı yerlərdə yerləşir. (bu tərtib edilmiş sxemdə öz əksini tapmışdır). Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, “Sosializm” kolxozunun 19 may 1990-cı il tarixli heyət iclasının 3 saylı Protokolu (Qərarı) ilə X5 0,08 ha. torpaq sahəsinin verilmişdir. Həmçinin Aqrar islahat Komisiyyasının 22 iyun 1998-ci il tarixli qərarı ilə JN- 379A saylı "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-379A saylı "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi ilə “Sosializm” kolxozunun 19 may 1990-cı il tarixli heyət iclasının 3 saylı Protokolu (Qərarı) ilə X5 verilmiş 0,08 ha. torpaq sahələri ayrı-ayrı yerlərdə yerləşən torpaq sahələridir. “Sosializm” kolxozunun 19 may 1990-cı il tarixli heyət iclasının 3 saylı Protokolu (Qərarı) ilə X5 verilmiş 0,08 ha. torpaq sahəsini faktiki olaraq istifadə edən cavbdeh Əhmədova Səmərqǝ Tofiq qızıdır. (0,24 ha həyətyanı torpaq sahəsinin tərkibinə qatılmaqla) Lakin həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mütəxəsiss rəyində qeyd olunmuşdur ki, cavabdeh Əhmədova Səmərqǝ Tofiq qızının faktiki istifadə etdiyi 0.24 ha həyətyanı torpaq sahəsi kompleks yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, istifadəçi barədə məlumat qeydə alınmamışdır (sahibsiz kimi qeyd edilmişdir). Mübahisələndirilən həyətyanı torpaq sahəsi, iddiaçının mülkiyyətinə verilmiş JN-379A saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə məkan göstəricilərinə görə ayrı-ayrı yerlərdə yerləşir. İşin faktii halları isə ondan ibarətdir ki, mübahisəli torpaq sahəsini cavabdeh Əhmədova Səmərqǝ Tofiq qızı faktiki istifadə edir. Başqa bir mülki iş üzrə iddiaçı X14 cavabdeh Əhmədova Səmərqǝ Tofiq qızına qarşı torpaqdan çıxarma və həmin torpaq sahəsində olan daxma tipli tikilidən çıxarma tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi rədd olunmuşdur. Həmin iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı torpaq sahəsini X3 pul ilə almışdır. Əhmədova Səmərqǝ Tofiq qızı isə X9 qaynanasıdır və onu həmin torpaq sahəsindən çıxarmaq istəyir ki, özü orada yaşasın. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi bələdiyyə olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar islahat komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir. «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Bərdə rayon Kələntərli Bələdiyyəsinə, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-334/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-334/2023
06.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver