Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3348/2025 03.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 92,7 kvadrat metr fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiа ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə sasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə xatırladır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasənəsasən dövlət rüsumu dövlət orqanlarınının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüququ hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Məhkəmə xatırladır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat təşkil edir. İddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268 və 269-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3348/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3348/2025
03.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver