Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3353/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “şəxsin itkin düşməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X8 itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizəçi1 ərizəsini onunla əsaslandırmışdır ki, 25 avqust 1959-cu ildə Bərdə rayonu, Qaradağlı kəndində doğulmuş, X3 Tamilə Murtuza qızı ilə 1976-cı ildə nikah bağlayaraq ailə qurmuşdur. 1996-cı ilədək Bərdə rayonu, Şorǝlli kəndində yaşamışlar. Birgə nikahdan 4 uşaqları anadan olub. X6 1996-cı ildə Rusiya federasiyasına getmiş, bir daha geri qayıtmamışdır. Bu barədə Bərdə rayon Polis Şöbəsinə müraciət etmiş, lakin X6 barəsində heç bir məlumat yoxdur. Belə ki, X8 aqibəti barəsində xəbər olmadığından mühüm sənədlərin əldə olunmasında müəyyən çətinliklər yaranmışdır. X11 çox axtarmışlar bu günə qədər o, yaşayış yerində görünməmiş, onun aqibətindən xəbər çıxmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxxxx 1963-cü il tarixdə Bərdə rayon Cəyirli kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ №390439 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X9 arasında Bərdə rayon Güloğlular kənd XDS-nin İcraiyyə Komitəsində xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 266259 saylı Arayışdan görünür ki, X15 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlamılmış, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AЭ №266259 saylı Arayışdan görünür ki, X15 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlamılmış, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X10, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2025 nömrəli xx.xx.2019-cu il tarixli arayışda qeyd olunur ki, X15 1996-cı il tarixdə Rusiya Federasiyasına getmiş və həmin gündən ondan bir xəbər olmamışdır. Hal-hazırda ərazidə yoxdur və yaşamır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışda qeyd olunmuşdur ki, Dövlət Arxivində 71 saylı fondda mühafizə edilən Bərdə rayon X7 Qaradağlı kəndi üzrə 1974-1976-cı illərə dair 8 saylı Təsərrüfatbaşına kitabın 322 saylı şəxsi hesabına əsasən X4-ailə başçısı, Ərizəçi2, X15 olduğu tərkibdə qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışda qeyd olunmuşdur ki, X8 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən veriilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, il xx.xx.1959-cu təvəllüdlü Səfərov Qalib Qurban oğlu xx.xx.1994-cü il tarixdən hazırki vaxtadək Bərdə rayonu, Güloğullar kəndində qeydiyyatdadır İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi1 X6nun 1996-cı il tarixdə Rusiya Federasiyasına getməsi, lakin geri qayıtmaması haqqında müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, X8 tezliklə yaxın qohumları ilə əlaqəsinin bərpa olunması üçün tərəflərindən xx.xx.2022-ci il tarixdə 300311 /22 nömrəli yaxın qohumları ilə əlaqəni itirmiş şəxsin axtarılmasına dair iş açılmasına baxmayaraq əlaqənin bərpa edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(021)379/20 saylı qərardadından görünür ki,Ərizəçi2 ərizəsi üzrə X8 ölmüş elan edilməsi barədə mülki iş baxılmamış qalmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat dövlət rsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 25 avqust 1959-cu il tarixdə anadan olmuş X15 1996-cı ildə Rusiya Federasiyasına getmiş və bir daha ondan məlumat alınmamışdır. Bunula bağlı Bərdə rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmış, lakin məlumat əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 25 avqust 1959-cu il tarixdə anadan olmuş X15 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Güloğlular kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd olunur ki, X15 1996-cı ildə Rusiya Federasiyasına getmiş və halhazıra kimi ondan xəbər yoxdur. Lakin həmin arayışda dəqiq gün və ay məlum olmadığından onun itkin düşməsi tarixi MM-nin 40.2-ci maddəsinə əsasən 1997-ci ilin yanvar ayının birindən nəzərə alınmalıdır. Аzərbaycan Рespublikası MPM –nin 315.1- ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 25 avqust 1959-cu il tarixdə anadan olmuş X15 xx.xx.1997-ci ildən xəbərsiz itkin düşmüş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3353/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3353/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver