Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3356/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Cəfərova Cəmalə Qabil qızının iştirakı ilə, Ərizəçi X5 doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi X11 ərizə ilə məhkəməyə müraciət edərək övladı 25 iyun 2016-cı il tarixdə Bərdə rayonu Zümürxan kəndində anadan olmuş X2 doğum qeyd edilmə faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Cəfərova Cəmalə Qabil qızı ərizəsini onunla əsaslandırmışdır ki, 13 mart 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə, ailə qurmuşdur, birgə nikahlarından 25 iyun 2016-cı il tarixdə Cəfərova Mələk Cəmaləddin qızı adlı bir övladları olmuşdur. Onlar həmin vaxtı Bakı şəhərində yaşadıqları üçün uşağa doğum haqqında şəhadətnamə almamışlar. İndi isə bu səbəbdən uşağa doğum haqqında şəhadətnamə ala bilmirlər. Uşaq məktəbə getməlidir, doğum haqqında şəhadətnaməyə ehtiyac var. Bu barədə Maraqlı şəxsnə müraciət etmişlər, orada ona bildiriblər ki, onlar doğumun qeyd edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də məcbur olub məhkəməyə müracit etmişlər. Məhkəmə iclasında ərizəçi Cəfərova Cəmalə Qabil qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Paşayev Qabil Fərman oğlu bildirmişdir ki, ərizəçi Cəfərova Cəmalə Qabil qızı onun qızıdır. Qızı Cəmalə X6 ilə rəsmi evlənmişdir. Bir qızları olmuşdur, lakin uşağa doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə iclasında şahid X3 şahid Paşayev Qabil Fərman oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 15213039 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cəfərov Cəmaləddin Şükür oğlu 17 yanvar 1972-ci ildə doğulmuşdur, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, X11 xx xxxxxx 1978-ci ildə doğulmuşdur, Bərdə rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04253118 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Paşayev Qabil Fərman oğlu 02 dekabr 1946-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04647297 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Paşayeva Qəşənggül Məhərrəm qızı 18 yanvar 1949-cu ildə doğulmuşdur, Bərdə rayonu Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 934407 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə, Paşayeva Cəmalə Qabil qızı arasında nikah 13 mart 2014-cü ildə 08 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan Bərdə rayonu Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli, 21 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X4 Bərdə rayonu Zümürxan kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli 615-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Cəfərova Cəmalə Qabil qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamənin surətindən müəyyən olunur ki, Paşayeva Cəmalə Qabil qızının 25 iyul 2016-cı ildə bir qız uşağı doğumuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi X5 bir qız övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X5 25 iyun 2016-cı il tarixdə Bərdə rayonunda bir qız övladının doğulması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3356/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3356/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver