Məhkəmə qərarları › İş №2(021)-3356/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3356/2023

04.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3356/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiaçı Alahverdi qızının Cavabdeh qarşı “evə köçmə” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Alahverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 ilə birgə gəlin köçdüyü Bərdə rayonu, Körpüqıran kəndində yerləşən evə övladları ilə birgə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Alahverdi qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 ilə el adəti ilə ailə qurmuş, xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 övladları dünyaya gəlib, 04.10. 2011-ci il təvəllüdlü X4, xx.xx.2019-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hazırda onun yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki, gəlin köçdüyü evə 2 azyaşlı övladlarıyla köçürülməlidir. Amma indi cavabdeh onu gəlin köçdüyü evdən uşaqlarıyla yaşamaqdan mahrum etmək istəyir. İddiasının təmin edilərək uşaqlarıyla birgə gəlin köçdüyü köçürülməyimizə dair məhkəmə qətnaməsinə ehtiyacları vardır. Beləki, sözgedan həyətdə onlar ev tikmişlər. Onlar boşanandan sonra həmin evi cavabdeh qardaşı X6 adına sənədləşdirilmişdir. Ora köçməyinə də imkan vermədilər. Hesab edir ki, mərhum qaynatam va qaynanama aid gəlin köçdüyü evə azyaşlı övladlarıyla birgə köçürülməlidir. Qeyd etmişdir ki, maddi imkanı yoxdurki cavabdehin qeydiyyatda olması barədə sorğu etdirsin arayış alsın buna görə də Azərbaycan Respublikasının MPM-nin 85.1-ci maddəsində deyildiyi kimi özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin edilməsini məhkəmədən xahiş edə bilər. O da hesab etmişdir ki, vəziyətinin ağır olmasını hakim nəzərə alıb cavabdehin qeydiyatda olması barədə sorğu edilməsinə köməkdarlıq edə bilər. Hətta medasiya şurasına müraciət etmişdir. Cavabdeh gəlmədi ona görə də medasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Bu barədə mediasiya şurasına etidiyi müraciətə görə xx.xx.2023-ci il tarixdə 02076 saylı rəsmi arayış verilmişdir ki, məhkəməyə müraciət etsin. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(021)-360/2021 nömrəli qətnaməsi ilə İddiaçı Alahverdi qızının Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(104)-2238/2021 nömrəli qətnaməsi ilə İddiaçı Alahverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(021)- 360/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-3178/2022 nömrəli qərarı ilə İddiaçı Alahverdi qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, İddiaçı Alahverdi qızının hazırkı iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə anadan olmuşdur. Tərtər rayon İcra Hakimiyəti Başçısının Mamırlı kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 135 nömrəli arayışdan görünür ki, İddiaçı Laçın rayonu, Qarabəyli kəndindən məcburi köçkündür. O halhazırda Tərtər rayonu, Poladlı kəndində müvəqqəti olaraq məskunlaşmışdır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 406500 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Kərimov, qadına Kərimova soyadı verilmişdir. Bu barədə niakhın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarix, 280 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Kələntərli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 911356 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarix, 47 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV 241725 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarix, 84 nömrə ilə qeydə alınmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-02076 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız İddiaçıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı Alahverdi qızı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Bərdə rayon məhkəməsinin 2(021)-360/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)- 170/2022 nömrəli qətanmənin ilə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı "mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən əmlakların çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 mülkiyyətində olan Bərdə şəhər Körpüsındıran kəndində yerləşən yaşayış evindən 1 ədəd mebel qonaq dəsti ( servant, qorko, stol 1 ədəd, stul, 6 ədəd, divan kreslo), mebel yataq dəsti (qoşa çarpayı 2 ədəd tumbuçkasi, termo, şifoner, 2 ədəd naçnik, 2 ədəd dəmir setka kravat). 2 ədəd lüstur, 4 gözlü mətbəx mebeli, ərində LG markalı ağ-qara televizor, 1 ədəd televizor altı, 1 ədəd balon stol üstü qaz, 1 ədəd duxovka, 1 qapılı soyuducu, 6 kq-lıq paltaryuyan maşın, cəmi 7 ədəd xalça, 1 ədəd mütəkkə, 12 ədəd döşəkcə, 8 ədəd döşək, 8 ədəd yoğran, 1 ədəd yastıq, 4 ədəd balış, qaşıq çamadanı (12 çəngəl, 12 qaşıq. 12 çay qaşığı, 12 bıçaq) 12 ədəd solyan stəkanı,. çay servisi, iki ədəd krafinka, 1 ədəd xrustal vaz, 2 ədəd meyvə qabı, 1 ədəd bagema güldan, 1 ədəd mikser, tefal çaydan çaynik, 3 ədəd qazan dəsti, 24 ədəd nəlbəki, 24 ədəd stəkan, razetka, 6 ədəd qənddan, 1 ədəd səbət ləpə qabı 1 ədəd 90 ütü və ütü stolu, 3 ədəd padnos, 1 ədəd elektrikli at maşini, xəmir ləyəni, şirli vedrə, 1 ədəd dəmir vedrə, 1 ədəd dəmir vanna, kapron vanna, 2 ədəd salfetka qabı, 3 ədəd meyvə qabı, 6 ədəd şirniyat səbəti, 1 ədəd sandıq, 1 ədəd dəst tort qabı, 3 ədəd güldan, 1 palma ağacı, 4 ədəd yekə güldan, 3 ədəd prostina, 3 ədəd çuxol dəsti, 7 ədəd can məhrəbası, 2 ədəd əl üz məhrabası, 12 ədəd çay məhrabası, 6 ədəd yastıq üzü, 3 ədəd süfrə, 5 ədəd karniz 4 ədəd pərdə, 1 ədəd çaydan 2 ədəd çaynik, 1 dəst divan kreslo üstü, 3 ədəd qab ləyəni, uşaq stəkanı, 50 ədəd 3 kq-liq banka, 50 ədəd aroma butulkası, 1 ədəd zibil qabı, 1 ədəd qab setkası, 1 ədəd qənd qıranın çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(102)-1678/2023 nömrəli qərarı ilə cavabdeh İddiaçı Alahverdi qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Belə olduğu halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Alahverdi qızının Cavabdeh qarşı “evə köçmə” dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Alahverdi qızının Cavabdeh qarşı “evə köçmə” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar