Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3366/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Bayramov Şahmar Musa oğlunun və nümayəndəsi X17 oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyytli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bayramova (Hüseynova) Diləzbər Muxtar qızının atası Bayramov Musa Şükür oğlunun anası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Bayramov Şahmar Musa oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi oğlu 04 yanvar 1967-ci ildə anadan olmuşdur, atası Bayramov Musa Şükür oğlu, anası X6r. Onun valdeyinlərindən miras qalmış Bərdə rayonu Seyid Yusifli (keçmiş Canavarlı) kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi nənəsi X3 və atası Bayramov Musa Şükür oğlunun adına qeydə alınmışdır. Dövlət Notariat Kontoru tərəfindən onun Bayramov Musa Şükür oğlunun vərəsəsi olduğu tanınmış və Dövlət Kontoru tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli 1663/2019 saylı məktubda da qeyd edilmişdir. Lakin atası X21 oğlunun doğum qeydi Bərdə rayon Qeydiyyat Şöbəsində aşkar olmadığından nənəsi X1 vərəsəliyini və ondan miras qalmış torpaq sahəsini qəbul edə bilmir. Ona görə ki, atası Bayramov Musa Şükür oğlunun anası yəni nənəsinin soyadı arxiv sənədlərində Bayramova (Hüseynova) Diləzbər Muxtar qızı kimi qeyd edilmişdir. Belə ki, nənəsi Diləzbərin qızlıq soyadı Hüseynova olmuş, babası Şükür Bayramov ilə ailə qurduqdan sonra bəzi kolxoz sənədlərində nənəsi Siləzbərin soyadı ər soyadına uyğun Bayramova kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra hakimiyyəti Bərdə rayonu Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 171 saylı arayışda qeyd edilmişdir ki, Bərdə rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Mehdixanlı kənd XDS-nin Canavarlı kəndi üzrə 1980-1982-ci illər üzrə 4 saylı Təsərrüfatbaşına kitabın 105 saylı şəxsi hesabına əsasən mərhum X21 oğlunun ailə başçısı olduğu və 1934-cü ildə anadan olduğu qeyd olunmuş, anası Bayramova (Hüseynova) Diləzbər Muxtar qızıdır, lakin Dövlət Notariat Kontoru Arxiv İdarəsi tərəfindən verilmiş arayışı qəbul etmir. Bildirilir ki, Bayramov Musa Şükür oğlunun doğum haqqında şəhadətnaməsi lazımdır. X22 Şükür oğlunun doğum şəhadətnaməsi lazımdır. X2 doğum şəhadətnaməsi mövcud deyildir. Bu anlaşılmazlıqların aradan qalrırılması üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bayramova ( Hüseynova) Diləzbər Muxtar qızının eyni şəxs olması, Bayramov Musa Şükür oğlunun anası olmaqla, onun nənəsi olmasını başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi Bayramov Şahmar Musa oğlu ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X17 oğlu məhkəmə iclasında ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən İsmayılov Ziyafət Əli oğlu bildirmişdir ki, ərizəçi Bayramov Şahmar Musa oğlu ilə qonşudurlar. Hüseynova Diləzbər Muxtar qızı Ərizəçi Musa oğlunun nənəsidir. Məhkəmə iclasında şahid qisminddə izahat verən Quliyeva Şəfəq Baxış qızı şahi İsmayılov Ziyafət Əli oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin, nümayəndənin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə Bərdə rayonu, Canavarlı kəndində anadan olmuşdur, Bərdə rayonu, Seyidyusifli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 14282034 nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, X10 19 sentyabr 1979-cu ildə Bərdə rayonu, Canavarlı kəndində anadan olmuşdur, Bərdə rayonu, Seyidyusifli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16795086 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 10 aprel 1982-ci ildə Bakı şəhərində doğulmuş, Bərdə rayonu Seyidyusifli kəndində qeydiyyatdadır. İş materiallarında olan 63705/69 nömrəli, 14 mart 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Hüseynova Diləzbər Muxtar qızı 16 fevral 1999-cu ildə Bərdə rayonu, Canavarlı kəndində ölmüşdür. İş materiallarında olan 314-05/69 nömrəli, 09 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bayramov Musa Şükür oğlu 05 dekabr 2012-ci ildə Bərdə rayonu, Seyidyusifli kəndində ölmüşdür. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X14 1932-ci ildə doğulmuş, 2012-ci ildə ölmüşdür. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, Hüseynova Diləzbər Muxtar qızı 1897-ci ildə doğulmuş, 1999-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Mehdixanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 540 nömrəli, 06 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi oğlu Bərdə rayonu Seyid Yusifli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə Rayon icra hakimiyyəti Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli, 171 nömrəli məktubundan müəyyən olunur ki, Bərdə rayon Dövlət Arxivində 70 saylı mühafizə olunan mehdixanlı kənd XDS-nin Canavarlı kəndi üzrə 1980-1982-ci illər üzrə 4 saylı Təsərrüfatbaşına kitabın 105 saylı şəxsi hesabına əsasən mərhum Bayramov Musa Şükür oğlunun ailə başçısı olduğu və 1934-cü ildə aanadan olduğu qeyd olunub, anası Bayramova (Hüseynova) Diləzbər Muxtar qızı olduğu qeyd olunub. İş materiallarında olan X23 Xidmət Mərkəzi tərəfindən verilmiş 1663/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, Bayramov Musa Şükür oğlunun 05 dekabr 2012-ci ildə ölməsi barədə Bərdə Regional Asan Xidmət Mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur, Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş Bayramov Şahmar Musa oğlu mərhum Bayramov Musa Şükür oğlunun qanun üzrə 21-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 631-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Musa oğluna mərhum atasının doğum haqqında akt qeyidini bərpa etmək üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Bayramova (Hüseynova) Diləzbər Muxtar qızının ərizəçinin atası X21 oğlunun anası olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Bayramova (Hüseynova) Diləzbər Muxtar qızının Bayramov Musa Şükür oğlunun anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür, Hakim Elsun Əhmədov İş №-2(021)-3366/2021 Çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 03 noyabr 2021-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Bayramov Şahmar Musa oğlunun və nümayəndəsi Musazadə Vüsal Şahmar oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyytli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Bayramova (Hüseynova) Diləzbər Muxtar qızının Bayramov Musa Şükür oğlunun anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3366/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3366/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver