Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-337/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun xx.xx.2009-cu ildə anadan olmuş qızı X7 ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il qeydiyyat nömrəsi **********, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21-10301 olan çıxarışa əsasən tam pay hüququ ilə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyinə və hazırki iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 100 (bir yüz) manatın Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən 58.6 kv/m ümumi sahədən ibarət olan fərdi yaşayış evi üzərində tikdirdiyi 0.047 ha ölçülü torpaq sahəsi ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il qeydiyyat nömrəsi ********** olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********21-10301 olan çıxarışa əsasən tam pay hüququ ilə onun xüsusi mülkiyyətindədir. Həmin evin üzərində tikdirdiyi torpaq sahəsini 2003-cü ildə onun mülkiyyətçisi X2 qeyri-rəsmi surətdə 800 ABŞ dolları məbləğində pul verməklə bacısı X9 almış, 2005-ci ildə isə onun elə həmin qiymətə ona və həyat yoldaşı X1. Odur ki, 2005-2006-cı illərdə həmin torpaq sahəsi üzərində o və həyat yoldaşı 30000 (otuz min) manat şəxsi vəsaitlərini xərcləyərək 58.6 kv/m ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir və həmin evdə yeganə övladları olan qızı Fatimə ilə birlikdə yaşayırlar. Cavabdeh keçmiş qaynı olan Cavabdeh 2017-ci ildə həyat yoldaşı X3 vəfatından istifadə edərək həmin evi və onun üzərində tikdirdiyi torpaq sahəsini gizlin surətdə saxta sənədlərlə qeyri-qanuni olaraq ələ keçirib 2020-ci ilin sentyabr ayında onun və azyaşlı qızı Fatimənin evdən çıxarılmasına nail olmuşdur. Cavabdeh həmin evdə 2020ci ilin sentyabr oktyabr aylarında, yəni cəmi 1-2 ay yaşadıqdan sonra həyətə giriş darvazasının və evin giriş qapısının kilidlərini dəyişərək naməlum yerə getmiş, onun yaşadığı və ya olduğu yer məlum deyildir. Odur ki, 2020-ci ilin sonlarından etibarən yəni 3 il 8 aydan çoxdur ki, ev və onun torpaq sahəsi istifadəsiz olaraq qalır və heç kim yaşamır. 2020-ci ilin sentyabr ayından ötən 4 il ərzində o sözügedən fərdi yaşayış evinə və onun üzərində tikdirdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının tanınması üçun qanunlar daxilində mübarizə aparmış və xüsusi mülkiyyət hüquqları tanınmışdır. Dörd ildə məcburiyyət qarşısında övladı X7 ilə birlikdə bacısı X8 məxsus olan Bərdə rayonu Şatırlı İƏD-nin Qazaxlar kəndində yerləşən fərdi yaşayış evində bacısı Fatmanın himayəsində yaşamışlar. Faktiki olaraq mülkiyyətindən məhrumdur və yaşayış evinə və həyətyanı torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, cavabdehin hal-hazırda mübahisəli mənzildə olmadığını və mənzilin qapısının bağlı oluğunu göstərmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Tərtər rayonu Xoruzlu kəndində anadan olmuşdur. Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 206 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şatırlı İƏD-nin Qazaxlar kəndində yaşayır. Vətəndaş 2009-cu il təvəllüdlü qızı X7 ilə birgə bacısı X8 məxsus evdə yaşayır. Mülki iş materiallarına əlavə olunmuş AZ-İİ 472504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X5r. Mülki iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi Bərdə şəhər Mehdi Hüseynzadə küçəsi ev 74də 58.6 kv/m olmaqla ,0.047 ha torpaq sahəsi ilə İddiaçı adına ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabınının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan şəxsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. ünvan 3 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə rayon Məhkəməsinin 2(021)-117/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçıun Cavabdeh qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ləğv edilmiş həmin hissədə yenidən qətnamə qəbul edilməsi və həmin iddianın təmin edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2(104)-1437/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 369/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli 2(21)-1688/2024 saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda formasında vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilməsi, Cavabdeh əldən çıxmış fayda qismində 3920 manat pul vəsaiti və 65 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu xx.xx.1974-cü il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bərdə rayon Məhkəməsinin 8(021)-365/2022 saylı qərardadından görünür ki, icra məmurunun təqdimatı təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1974-cü ildə anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh ölkədən getmək hüquqları həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. AZ-İ 582043 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2010-cü il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində 325 saylı rəsmi nikah aktı qeyd edilmişdir. AZ-İ 875364 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə yuxarıda qeyd olunan mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, İddiaçı mübahisəli yaşayış evi mülkiyyət kimi hüquqi qeydə alındığından 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməklə mübahisə həll edilməlidir. Belə ki, həmin maddənin 11.1-ci bəndinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2.-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2.–ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi təmin edilməli, İddiaçı xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X7 birlikdə xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: 1.İddia təmin edilsin. 2.İddiaçı xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X7 ilə birlikdə ünvan 6 ünvanında yerləşən yaşayış evinə köçürülsün. 3.Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. 4.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-337/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-337/2025
06.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver