Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3392/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 07 avqust 2023-cü il tarixdə Bərdə şəhərində anadan olmuş X3 doğum faktının müyyən olunmasına, atası X9, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X10 ilə 14 nooyabr 2022-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişlər, onların birgə nikah dövründə bir övladları anadan olmuşdur. Lakin baş qarşıdığından 07 avqust 2023-cü il tarixdə Bərdə şəhərində anadan olmuş X4 doğum haqqında şəhadətnamə ala bilməmişlər, hal-hazırda övladına doğum haqqında şəəhadətnamə almaq istəyir, buna görə Maraqlı şəxsnə müraciət ediblər, orda isə onllara bildiriblər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Ərizəçi gəlinidir. O, oğlu X12 ilə evləniblər. Birgə nikahlarından bir qızları anadan olub. Lakin doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi onun qızıdır. Nigar ilə Raufun birgə nikahdan bir qızları var. Doğum haqqında şəhadətnamə almamışlar. X10 məhkəməyə ərizə verərək, Ərizəçi ilə evləndiyini, birgə nikahdan 07 avqust 2023-cü ildə bir uşaqları olduğunu, uşağın atasının özü olduğunu göstərərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 2003-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 16902692 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 09 avqust 1991-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Ş.Mürvət küçəsi ev 64-də qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 24 sentyabr 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 13190512 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 07 aprel 1963-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə şəhərində qeydiyyatdır. İş materiallarında olan AZ-İİ 543764 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 Xidmət Mərkəzində Qeydiyyat X1 ilə X7 1534 saylı akt qeydi ilə rəsmi evlənmişlər. Nikahdan sonra Məmmədova soyadı verilmişdir. İş materiallarında olan ******* saylı yaşayış yeri haqqında arayışdan müəyyən olunur ki, X2 şəhəri Ş.Mürvət küçəsi ev 64-də qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi 07 avqust 2023-cü il tarixdə anadan olmuş qız uşağı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan X10 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Ərizəçi ilə birgə nikahlarından 07 avqust 2023-cü ildə bir qız uşaqları olub, uşağın atası odur. Lakin doğum haqqında şəhadətnamə almayıblar. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 3-16-5/8-15-429/23 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 07 avqust 2023-cü il tarixdə qız övladının olması, atası X10, anası Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 007 avqust 2023-cü il tarixdə Bərdə şəhərində bir qız övladının doğulması, atası X10, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3392/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3392/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver