Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3407/2023 28.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 25 avqust 2019cu il tarixdə Bərdə rayonunda anadan olmuş X4 doğum faktının, atasının X6, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə 22 iyul 2018-ci il tarixdə qeyrirəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Nikahlarını 28 avqust 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründə 1(bir) övladları anadan olmuşdur. Lakin 25 avqust 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 28 avqust 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 279 nömrəli xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X1 rayon İmamqulubəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 397215 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X3 28 avqust 2020-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Ultrasəs müayinəsi kağızından görünür ki, Ərizəçi həmin tarixdə 19-20 həftəlik hamilə olmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş Arayışda qeyd olunmuşdur ki, Ərizəçi deməsinə görə X7 ilə birgə nikah dövründən olan xx.xx.2019-cu il tarixli Səlimova ........ Elmir qızı Ailə Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olumuş ve pratktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X6 məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, Ərizəçi qızı ilə 22 iyul 2018-ci il tarixdə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Nikahlarını 28 avqust 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövrdən 25 avqust 2019-cu il tarixdə X8 anadan olmuşdur. Lakin onlar başa düşmədiyindən uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişdirlər. Onlar hal-hazırda Ərizəçi ilə birlikdə yaşayırlar. O, X4 atalığını qəbul edir. Həqiqətəndə 25 avqust 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X8 onun qızıdır. Anası da Ərizəçidır. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X9 bildirmişdir ki, Ərizəçi onun qızıdır, X6 isə yeznəsidir. Onların birgə nikahlarından bir övladları vardır. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X10 bildirmişdir ki, Ərizəçi onun gəlinidir, X6 isə oğludur. Onların birgə nikahlarından 25 avqust 2019-cu il tarixdə bir övladları vardır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X6 qeyri-rəsmi ailə qurmuş, nikahlarını daha sonra rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründə 25 avqust 2019-cu il tarixdə Gözəl adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Gülşən adlı uşaq 25 avqust 2019-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası Ərizəçidır. X4 doğum tarixinin “25 avqust 2019-cu il, doğum yerinin Bərdə rayon olması, atasının X6, anasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 25 avqust 2019-cu il tarixdə Bərdə rayonunda anadan olması, atasının X6, anasının Ərizəçi olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3407/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3407/2023
28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver