Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3414/2022 25.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçilər Maraqlı şəxs1 və Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçilər Maraqlı şəxs1 və Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 19 sentyabr 2016-cı ildə Bərdə şəhərində doğulması faktının, atası Ərizəçi, anası isə Maraqlı şəxs1 olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Maraqlı şəxs1 və Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 08 mart 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. 19 sentyabr 2016-cı ildə anadan olmuş azyaşlı Rzanın doğumunu qeydə aldırmayıblar, hazırda azyaşlı Rzanın doğum haqqında şəhadətnaməsini əldə etmək istəyirlər. Onlar uşağa doğum haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət ediblər, orada isə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəçi Maraqlı şəxs1 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçilərlə qonşu olmaqla qohumdur. Onlar rəsmi nikaha daxil olmaqla evləniblər, lakin uşağa doğum haqqında şəhadətnamə almayıbldr. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs1 xx xxxxxxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1981-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 301656 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi və X3 08 mart 2007-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X2 hüquqi şəxsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi və X1 birgə nikah dövründə dünyaya gəlmiş 19 sentyabr 2016-cı il təvəllüdlü Rzayev -------Qamət oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzinin həkim pediatrı tərəfindən qeydiyyata götürüldü, Aynurə Abbasovanın övladı müayinə olundu və praktiki sağlam olması təsdiq olundu. İş materiallarında olan Bərdə rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş 2463 saylı, 02 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 19 sentyabr 2016-cı ildə doğulmuş övladı hal hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarında olan Bərdə Doğum evi tərəfindən verilmiş dəyişmə vərəqindən müəyyən olunur ki, Maraqlı şəxs1 19 sentyabr 20116-cı ildə bir oğlan uşağı doğmuşdur. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2021ci il tarixli, 579-05/15 nömrəli məktubdan müəyyən olunur ki, Maraqlı şəxs1 doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçilər Ərizəçi və Maraqlı şəxs1 19 sentyabr 2016-cı ildə bir oğlan övladının doğulması, Ərizəçi uşağın atası və Maraqlı şəxs1 isə anası olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi və Maraqlı şəxs1 19 sentyabr 2016-cı il tarixdə bir oğlan övladının doğulması, uşağın atası Ərizəçi və anası isə Maraqlı şəxs1 olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3414/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3414/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver