Məhkəmə qərarları › İş №2(021)-343/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-343/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-343/2023 24.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “uşaqlar ilə birlikdə evə köçmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh X3 yaşadığı Bərdə rayonu, X19 yerləşən evə istifadə hüququnun tanıdılması və üç uşağı ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul olunmasini xahiş etmişdir. İddiaçı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, o, 17 yanvar 2002-ci il tarixdə X20 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdurlar. Toylarından sonra o, cehiz əşyaları ilə birlikdə cavabdehin yaşadığı Bərdə rayonu, X25 116 ev 19-da yerləşən evə gəlin köçmüşdür. Həyat yoldaşı ilə birgə nikahlarından 25 oktyabr 2002-ci il X11, 14 iyun 2007ci il X21, 10 avqust 2009-cu il X15 adlı 3 övladları dünyaya gəlmişdir. 20 ildən artıqdır ki, həmin evdə yaşamışlar. Həyat yoldaşı X20 avtoqəza nəticəsində vəfat etmişdir. Həyat yoldaşım rəhmətə getdikdən sonra qaynanası onu övladları ilə birlikdə evdən çıxarıb atmışdır. Onun cehiz əşyaları həmin evdədir. Cavabdehin bəhanəsi isə bu olmuşdur ki, onların nikahı pozulmuşdur. Ancaq buna baxmayaraq o, mərhum həyat yoldaşı ilə barışaraq birgə o evdə yaşamışdır. Əvvəllər bir qədər mehriban yaşamışlar, lakin sonralar cavabdehlə aralarında ziddiyyətlər, düşmənçilik münasibəti yaranmışdır. Hal-hazırda Bərdə rayonu, 866 saylı qəsəbədə anası ilə birgə yaşayır. Üç övladı var. İkisi məktəblidir. Onlar bu gün təhsildən kənar qalır. O, üç övladı ilə birgə küçələrdə qalmışdır. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində ünvan 1 ünvanın H. Əliyev prospekti ünvan 2ddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 vəkili və nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 567 saylı xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı Bərdə şəhər H.Əliyev prospekti 116/1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA 314246 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş AZ-İ № 924323 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. X2, anası X9r. Mülki işə əlavə edilmiş AZ-İİ № 015220 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. X2, anası X9r. Mülki işə əlavə edilmiş AZ-İİ № 360084 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. X2, anası X9r. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(0210435/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, X16 ilə X17 arasında 18 aprel 2007-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 207 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, 25 oktyabr 2012-ci il tarixdə anadan olmuş X11, 14 iyul 2007-ci il tarixdə anadan olmuş X12, 10 avqust 2009-cu il tarixdə anadan olmuş X4 anaları X7 yanında qalması, cavabdeh X5 hər ay hər uşağa 50 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X10 verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş AZ-İ № 192934 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X16 arasında bağlanmış nikah xx.xx.2014cü il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra ərə Hüseynov, arvada Muradova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş AZ-İİ № 278243 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 19 nömrəli mənzil X3 xx.xx.1995-ci il tarixdən mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli №05/Q-2959/70 nömrəli Arayışdan görünür ki, X20 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. X1, anası X8r. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X13 “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı cavabdeh X3 oğlu X20 ilə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Onlarin birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Daha sonra onların nikahları məhkəmə qaydasında pozulmuşdur. X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 xüsusi mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə X3 adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, cavabdehin mərhum oğlu ilə iddiaçı rəsmi ailə quraraq sözügedən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan münasibətə MM 228-ci maddəsi tətbiq edilməlidir. Belə ki, MM-nin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İşdən müəyən olundu ki, belə bir hüquq dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X6 qarşı “uşaqlar ilə birlikdə evə köçmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar