Məhkəmə qərarları › İş №2(021)-343/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-343/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-343/2025 07.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “övladının faciəli şəkildə şəhid olması” barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəsində olmuş övladı kimi böyütdüyü mərhum X4 1992-ci ildən Şuşa RPŞ-də işləyə-işləyə Mərqüşavan kəndində xidməti vəzifəsini yerinə yetirərkən döyüş bölgəsində faciəli şəkildə şəhid olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadından iddiaçı Ərizəçi tərəfindən şikayət verilmişdir. Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2382/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadı ləğv edilmiş və iddiaçı Ərizəçi cavabdeh Bərdə Rayon Qeydiyyat Şobəsinə qarşı “öhdəsində olaraq övladı kimi böyütdüyü mərhum X4 1992-ci ildən Şuşa RPŞ-də işləyəişləyə Mərqüşavan kəndində xidməti vəzifəsini yerinə yetirərkən döyüş bölgəsində faciəli şəkildə şəhid olması” tələbinə dair iş materialları hüquqi qiymət verilməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi qərardanını onunla əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsi işə baxılmasının ümumi məhkəməyə aid olmamasını və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə düzgün gəlsə də prosessual qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsinin qaytarılmalı olması ilə bağlı düzgün nəticəyə gəlməmiş, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli olduğunu göstərmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qətnamə, qətnamədən çıxarışın surətləri və iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, X4 xx.xx.1994-cü il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən Marquşavan kəndi ərazisində elektrik vurmadan vəfat etməsi faktı məhkəmə qaydasında (xx.xx.1996-cı il tarixli, №2-303 nömrəli qətnamədən çıxarış) müəyyən olunmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)1694/2017 nömrəli qətnaməsi ilə 12 avqust 1969-cu ildə anadan olmuş mərhum X1 yetkinlik yaşına çatana kimi ərizəçi Quliyeva (Ağayev) Simizar Mürsəl qızının öhdəsində olması faktı müəyyən olunmuşdur. X4 xx.xx.1994-cü il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən Marquşavan kəndi ərazisində elektrik vurmadan vəfat etməsinin ölüm səbəbi ilə xx.xx.1996-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeydiyyat aparılmış və xx.xx.2024-cü il tarixdə A-İİ № 434605 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı öhdəsində olmuş X4 ölüm akt qeydinə düzliş edilməsi və ölüm səbəbinin “xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissədə şəhid olması” kimi göstərilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bölməsinin 2-ci bəndinə istinadən düzəlişin məhkəmə qətnaməsi əsasında aparılmalı olması əsasın ilə imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə olan hüquqi marağı 12 avqust 1969-cu ildə anadan olmuş mərhum X5 şəhidlik statusunun verilməsindən ibarətdir və iddiaçı bu marağı təmin etmək üçün 12 avqust 1969-cu ildə anadan olmuş X4 şəhid olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd edilməsi zəruri hesab edilir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 14-cü bəndində izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd edilən qərarda şəxsin şəhid olması faktının müəyyən olunması ilə bağlı göstəriş mövcud olmasa da şəxsin şəhid olub-olmamasının başqa qaydası mövcuddur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarının 4.1-ci bəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Belə olan halda şəxsin şəhid olması faktının müəyyən olunmasına dair işə hüquqi əhəmiyyətli faktın müəyyən olunması qismində baxılması mümkün deyildir. İddiaçı ona şəhid ailəsi statusunun verilməsi ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməli və sonuncunun müraciətin təmin olunmasından imtina olunduğu və hərəkətsizlik göstərildiyi halda inzibati orqanın hərəkət və ya hərkətsizliyindən müdafiəyə dair iddia vasitəsi ilə İnzibati Məhkəmələrə müraciət olunmalıdır. Bundan başqa hazırki iş üzrə iddiaçı ölüm akt qeydində düzəliş edilməsi ilə bağlı hazırki iş üzrə inzibati orqan olan cavabdehə müraciət etmiş və sonuncu müraciətinin təmin olunmasından imtina etmişdir. Belə olan halda iddiaçı inzibati orqan olan Qeydiyyat şöbəsinin hərəkətində müdafiəyə dair iddia vasitəsi ilə İnzibati Məhkəməyə müraciət etməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddiaçı qərardaddan şikayətində öncədən İnzibati Məhkəməyə müraciət etdiyini, iddia ərizəsinin həmin məhkəmə tərəfindən geri qaytarıldığını qeyd etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hətta iddiaçının belə bir müraciətinə İnzibati Məhkəmələr tərəfindən qeyd edildiyi kimi münasibət göstəriləcəyə təqdirdə qəbul edilmiş məhkəmə aktından hüquq müdafiə vasitələrindən istifadə edilməsi iddiaçıya tövsiyyə edilir. Beləliklə məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı övladının faciəli şəkildə şəhid olması barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Məhkəmə həmçinin qeyd edir ki, Ərizəçi mərhuma şəhid statusunun verilməsi üçün müvaqif orqana müraciət etməsi, imtina olunduğu halda inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar