Məhkəmə qərarları › İş №2(021)-3436/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3436/2022

07.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3436/2022 07.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X*0, İddiaçı, Cavabdeh Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X*rşı işə bərpa və boşdayanmaya görə əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsinin 05 avqust 2022-ci il tarixli, PHŞ/6.28-3-2022-25* saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsinə və boşdayanma günlərində görə əmək haqqının ödənilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, *969-cu il təvəllüdlüdür, ailəlidir, bir uşaq anasıdır, ali təhsilli həkim, mama-ginekoloqdur.*996-cı ildən əmək fəaliyyətinə Bərdə rayon Mərkəzi Xsətəxanasının doğum şöbəsində həkim kimi başlamışdır. *996-cı ildən Bərdə rayon X9 şöbəsində həkim vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır, əmək qanunvericiliyinin bütün tələblərinə əməl edərək işləmişdir. Ailədə də yeganə işləyən şəxs o, olmuşdur. Ancaq bunlara axmayaraq, heç bir xəbdarlıq edilmədən PHŞ/628.-3-2022-25* saylı 05 avqust 2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. İşdən azad edilməyi barədə əmrin surətini 04 avqust 2022-ci il tarixdə almışdır. Onun barəsində tərtib edilmiş qeyd edilən əmr əsassızdır, qanunsuzdur, ədalətsizdir. Belə ki, *996-cı ildən işlədiyini, 26 illik nöqsansız əmək stajı, * azyaşlı uşağının olması, ixtisası və peşəkarlığı nəzərə alınmamışdır. O, işdən çıxarılarkən qanunvericiliyin kobud pozuntusuna yol verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsin nümayəndəsi və vəkili X*3 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan Mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. İş materiallarında olan Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 5 avqust 2022-ci il tarixli, PHŞ/6.28-3-2022-25* saylı məktubda göstərilmişdir ki, “Sizinlə bağlanmış Əmək müqaviləsinə 28*2-l saylı əmrlə 04 avqust 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Nəzərinizə çatdırırıq ki, sizə məxsus NT-İ *406639 nömrəli əmək kitabçanız Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsin İnsan resursları şöbəsində saxlanılır. Xahiş edirik 3 iş günü ərzində əmək kitabçanızı götürəsiniz. Əks təqdirdə sizin əmək kitabçanız qanuna müvafiq qaydada Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsi arxivinə təhvil veriləcəkdir.” İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət agentliyi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli 09-02-*3972/y-*55/20 nömrəli məktubda göstərilmişdir ki, Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsi tərəfindən təqdim olunmuş məlumatda tibb müəssisəsinin 760-K nömrəli əmri İddiaçı mama-ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 25 iyun *995-ci il tarixli, AB-İ 0*9835 nömrəli diplomun surətindən müəyyən olunur ki, həmin diplom İddiaçı məxsusdur. İş materiallarında olan Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsi tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli, 3/3845 nömrəli arayışdan müəyyən olunur ki, X** *2 fevral 2002-ci il təvəllüdlü - Diaqnozu:-Toksiki hipoksik ensefalopatiya. Hipertenzion sindrom, qıcolma tutmaları ilə. Sol tərəfli hemiparez. İntelektin ləngiməsi. Xarici çəpgozlük. Zəif dərəcəli hipermetropiya. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi – Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, X** üçüncü dərəcəli əlildir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı tibb müəssisəsinin direktorunun 760-K nömrəli əmri ilə öz ərizəsinə əsasən 2* aprel 2020-ci il tarixdən Doğum evində 2-ci mamalıq Şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə *.0 ştat vahidi ilə qəbul edilmişdir. İş materiallarında olan X7 surətindən müəyyən olunur ki, İddiaçı ilə *7 sentyabr 20*9cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Rayon Mərkəzi Xəstəxanasının 323-K nömrəli, *7 sentyabr 20*9-cu il tarixli əmrinin surətindən müəyyən olunur ki, İddiaçı *7 sentyabr 20*9-cu il tarixdən əmək müqaviləsi əsasında Doğum evinin 2-ci Mamalıq Şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə *.0 ştat vahidi qəbul edilmişdir. İş materiallarında olan Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsinin *00 nömrəli, 29 mart 202*-ci il tarixli əmri ilə 0* aprel 202*-ci il tarixdə Ginekologiya Şöbəsindən həkim mama ginekoloq işindən azad olunmuş, X25 *.0 oklad həkim mama ginekoloq işinə təyin edilmişdir. İş materiallarında olan AZE *865*68 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx *969-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 54*9 nömrəli, 26 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X4 Təşkilatının iclasının 02 avqust 2022-ci il tarixli protokolundan 03 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Əmək intizamını və etik davranış qaydalarını heç bir üzürlü səbəb olmadan kobud surətdə pozduğuna, öz əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Doğum evində həkim mama-ginekoloq işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməyi nəzərdə tutan müdriyyətin qərarının məqsədəuyğun olduğu tövsiyyə edilmişdir. İş materiallarında olan Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 X43 67 nömrəli, 0* avqust 2022-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, doğum evində həkim mama-ginekoloq işləyən İddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxılması, Tibbi Şuranın qərarına münasibət bildirmək üçün Bərdə RMX-nin həmkərlar təşkilatına göndərilməsi, qərarına icrasına nəzarətin İnsan resursları şöbə müdiri H.Yusifzadə və Doğum evinin müdiri G.Şərifzadəyə tapşırılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsinin direktoruna ünvanlanmış 26 iyul 2022-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı 0* avqust 2022-ci il tarixdən *6 gün müddətinə əmək məzuniyyətindən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsi tərəfindən *7 saylı region üzrə X*5 verilmiş 04 may 2022-ci il tarixli 583 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 0* avqust *996-cı il tarixdən Bərdə RMX-nın Doğum evinin həkim mama-ginekoloq işinə qəbul edilmişdir. *7 iyul 20*9-cu il tarixdə sertifikasiyadan təkrar keçə bilmədiyinə görə Bərdə RMX-nın *57*-ı saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və 278.7* manat son haqq hesab ödənilmişdir. İddiaçı sertifikasiyadan keçdiyinə görə *8 sentyabr 20*9-cu il tarixdə Bərdə RMX-nının doğum evinə *.0 ştat vahidi ilə həkim mama ginekoloq işinə qəbul edilmişdir. 0* aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. 2* aprel 2020-ci il tarixdən əmək müqaviləsi əsasında doğum evinin *-ci mamalıq şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə *.0 ştata vahidi qəbul edilmişdir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Almaz həkim növbədə olarkən qəbul şöbəsinə doğuş sancısı ilə xəstə müraciət etmiş, lakin xəstə Almaz həkimdən imtina edərək, Şəfəq həkimi tələb etmiş, Şəfəq həkim qəbul şöbəsinə göndərildikdə Almaz həkim qışqıraraq xəstəyə, xəstə yaxınına və Şəfəq həkimə “bu gün növbətçi mənəm, xəstəni mən qəbul etməliyəm demiş və lazımsız səs-küy salması aktlaşdırılmışdır.” İş materiallarında olan 29 iyul 2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Doğum Şöbəsinin həkim mama ginekoloqu X*6 ümumi şöbəyə dəvət olunaraq orada 2* iyul 2022-ci il tarixdə X*2 qardaşının həyat yoldaşı haqqında həkimin (İddiaçı) onu təhqir etməsi, saymamazlıq etməsi və barəsində şikayətinin olduğunu, məsələnin izahı haqqında 0* avqust 2022-ci il tarixdə növbədənkənar Tibbi Şuranın iclası olduğunu və orada iştirak etməsinin vacib olduğu bildirilmişdir, əlavə olaraq əmək məzuniyyəti ərzizəsinə növbədənkənar keçirilən Tibbi Şuranın iclasından sonra baxılacağı bildirilmiş və A.X26 iştirak etməsi ilə əlaqədar bildirişlə tanış olmağı və imza edərək bir nüsxəsinin onda olacağı bildirilmişdir. Daha sonra İddiaçı bildirişdə qeyd olunan məsələləri oxumuş, tanış olmuş, lakin imza etməkdən imtina etmişdir, imza etməməsinin səbəbini “bu haqsızlıqdır, heç kimi təhqir etməmiş, heç bir iclasa getməyəcəyini, öz əmək məzuniyyətinə çıxacağını, həmçinin qeyri lüzumsuz məsələlər haqqında fikirlərini uca səslə bildirərək, otağı tərk etmiş, deyilənlərlə razılaşmayaraq, onları hədələyərək getmişdir. İş materiallarında olan X34 baş həkimi əvəzi G.Şərifzadə tərəfindən verilmiş təqdimatda göstərilmişdir ki, 28 iyul 2022-ci il tarixdə növbətçi həkim İddiaçı Doğum Şöbəsində xəstə yaxınları və nəzarətçi həkim ilə insident yaratmışdır, xatırladır ki, belə hallar dokrotun növbələrində mütamadi olaraq beş verir, bu haqda tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, “04 avqust 2022-ci il tarixdə saat **.30 radələrində həkim mama-ginekoloq İddiaçı Bərdə RMX PHŞ-in insan resursları şöbəsinə dəvət olundu, İddiaçı bildirildi ki, əmək və icra intizamını kodub surətdə pozduğuna, etik davarnış qaydalarına riayət etmədiyinə, vətəndaşlarla, iş yoldaşları ilə dava-dalaş saldığına, rəhbər haqqında müxtəlif instansiyalara şər, böhtan xarakterli ərizələr yazdığına görə 0* avqust 2022-ci il tarixdə Tibbi Şurada müzakirə olunduqdan və 02 avqust 2022-ci il tarixdə Həmkarlar Təşkilatının razılığı alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə müdriyyət xitam verməyi nəzərdə tutur. Bərdə RMX PHŞ-nin rəhbərliyi İddiaçı humanistlik göstərərək Bərdə RMX Ailə Sağlamlıq Mərkəzində həkim mama ginekoloq vəzifəsində işləməsini təklif etsə də, ona edilən təklifi qəti surətdə rədd edərək, razılaşmamış, işçilərə qarşı şər, böhtan xarakterli ifadələr işlətmiş, təhdid etmişdir. Bundan sonra səs-küy salaraq, qışqıraraq, hamının başına oyun açacağını deyərək çıxıb getmişdir.” İş materiallarında olan Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X20 Şəxsin həkim mama ginekoloqu İddiaçı ünvanlanmış bildirişdə göstərilmişdir ki, Bərdə rayonu Böyük Qəcər kənd sakini X2* 2* iyul 2022-ci il tarixdə şikayət xarakterli ərizə yazaraq bildirmişdir ki, qardaşının həyat yoldaşı X*7 doğuş məqsədi ilə Doğum Mərkəzinə gətirilmişdir, həmin vaxt doğum şöbəsində növbədə olduğunuz zaman xəstəyə (Günel Zeynalovaya) saymamazlıq edilmiş, xəstə təhqir olunmuş və xəstənin ünvanına nalayiq sözlər, qarğışlar edilərək, təhqir edildiyi qeyd olunmuşdur. Odur ki, vətəndaş X*2 yazılı şikayət ərizəsi yazıldığı gündən mahiyyəti üzrə araşdırılmış, yoxlanılmış, yekun nəticəyə gəlinərək, qeyd olunan məsələ ilə bağlı 0* avqust 2022-ci il tarixdə, saat *5:00-da Tibbi Şuranın növbədən kənar iclası keçirilməsi nəzərdə tutulmuşdur. Sizin 0* avqust 2022-ci il tarixdə saat *5:00-da Tibbi Şuranın iclasında iştirak etməyiniz vacibdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, sizin təqdim etdiyiniz əmək məzuniyyəti ərizənizə 0* avqust 2022-ci il tarixdə təyin olunmuş növbədən kənar Tibbi Şuranın iclasından sonra baxılması nəzərdə tutulmuşdur. İş materiallarında olan X2* tərəfindən yazılmış şikayətdə göstərilmişdir ki, qardaşının həyat yoldaşı X*7 doğuş üçün xəstəxananın doğum evində İddiaçı tərəfindən xəstəyə təsir, təhqir, saymazlıq olmuşdur, xəstəyə qarğış edir, xəstənin həkimi olmamasına baxmayaraq xəstəyə müdaxilə edir. Xahiş edir ki, həkim barəsində tədbir görülsün. İş materiallarında olan X22 tərəfindən Bərdə RMX-nə ünvanlanmış ərizədə göstərilmişdir ki, İddiaçı həkimdən imtina edir. İş materiallarında olan baş tibb bacısı Z.Teymurova tərəfindən Bərdə Rayon Mərkəzi X20 şəxsinin direktoruna ünvanlanmış 28 aprel 2022-ci il tarixli məlumatda göstərilmişdir ki, “Bu gün doğum evində səhər toplantısından sonra heç bir səbəb olmadan ginekoloq Almaz həkim dəhlizdə mama ginekoloq Nərgiz həkimi etik olmayan sözlərlə təhqir etməyə başlamışdır, doğum evinə təhkim edilmiş ümumi cərrah T.Əlləzovanın müdaxiləsindən sonra Nəgriz həkimdən uzaqlaşmışdır, Almaz həkim bu cür hərəkətləri ilə demək olarq ki, hər gün həkimləri narahat edir.” İş materiallarında olan aktın surətindən müəyyən olunur ki, 03 mart 2022-ci il tarixdə doğum evində növbətçi həkim olan İddiaçı icazəsiz, özbaşına növbəni tərk etmişdir, növbə şöbənin həkimi ginekoloq Məmmədova Afətə təhvil verilmişdir. İş materiallarında olan doğum evinin mama-ginekoloqu X23 tərəfindən yazılmış izahatda göstərilmişdir ki, İddiaçı qəbul şöbəsində səz küy salmışdır. İş materiallarında olan icbari Tibbi Sığorta üzrə Dövlət Agetliyi tərəfindən vətəndaş müraciəti ilə bağlı sorğuya cavabdan müəyyən olunur ki, İddiaçı *996-cı Bərdə RMX PHŞnin Doğum Mərkəzində mama ginekoloq vəzifəsində işləyən İddiaçınln çalışdığı xəstəxanada bütün işlər bilavasitə doğum mərkəzinin rəhbərliyi tərəfindən mövcud qanunvericilik tələblərinə uyğun olaraq tənzimlənir və onun əmək funksiyasının yerinə yetirilməsinə şərait yaratmışdır. Ancaq bütün bunlara baxmayaraq İddiaçı həmişə narazı qalmış, sistematik olaraq əmək və icra intizamını pozur, müəssisə daxili qaydalara əməl etmir. Müntəzəm olaraq vətəndaşlar tərəfindən və Doğum mərkəzinin tibb heyətində İddiaçı yarıtmaz fəaliyyəti ilə bağlı şikayətlər daxil olur. Belə ki, Bərdə RMX PHŞ-nin 26 oktyabr 20*7-ci il tarixli 2205-k saylı əmri ilə etik davranış qaydalarını pozduğuna görə İddiaçı xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan başqa Bərdə RMX PHŞ-nin 07 noyabr 20*9-cu il tarixli 2752-k saylı əmri ilə etik davranma qaydalarını pozduğuna görə İddiaçı Əmək Məcəlləsinin *86-cı maddəsinin İİİ hissəsinə əsasən şiddətli töhmət verilmişdir. Bundan sonra Bərdə RMX-nın 0* aprel 2020-ci il tarixli 668-k saylı əmri ilə əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, əmək məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq 2* aprel 2020-ci iltarixli 760-k əmrə əsasən rəhbərlik hümanistlik göstərərək onu yenidən işə qəbul etmişdir. İddiaçı bu tədbirlərdən nəinki müsbət nəticə çıxarmamış hətta öz yarıtmaz hərəkətlərini daha da artırmışdır. Belə ki, Bərdə RMX PHŞnin 03 avqust 202*-ci il tarixli *649-saylı əmri ilə etik davranış qaydalarını pozduğuna görə İddiaçı Əmək Məcəlləsinin İİİ hissəsinə əsasən xəbərdarlıq edilmişdir. İddiaçı yenidən intizamını pozub müəssisə daxili intizam qaydalarına əməl etmir, həkimlik nüfuzuna xələl gətirən hərəkətlərə yol verir, həkim yoldaşlarına qarşı hörmətsizlik, kobudluq göstərir onları təhqir edir, hətta zor-güc tətbiq etməkdən belə çəkinmir. İddiaçı müntəzəm olaraq həkimləri və rəhbərliyi şərliyir, onlara iftira atır, mütamadi olaraq inzibati orqanlara şantaj xarakterli məktublar göndərərək onları ləkələməyə çalışır. İddiaçı hal-hazırda da əmək və icra intizamını, etik davranış qaydalarını pozmaqda davam edir. Belə ki, X34 bir qrup həkim heyyəti 03 mart 2022-ci il tarixdə akt tərtib edərək İddiaçı öz həmkarı Bəşirova Tünzaləni də vurub təhqir etdiyini qeyd etmişdir. İş materiallarında olan aktın surətindən müəyyən olunur ki, 03 mart 2022-ci il tarixdə Bərdə RMX PHŞ-nin İİ korpusunda İ mərtəbədə vətəndaşların yanında həkim ginekoloq Bəşirova Tünzaləni həkim ginekoloq İddiaçı təhqir edib və vurmuşdur. İş materiallarında olan *7 iyul 20*9-cu il tarixli, *57*-K saylı əmrin surətindən müəyyən olunur ki, Bərdə Rayon Mərkəzi X27 2-ci Mamalıq Şöbəsinin həkimi mama ginekoloqu İddiaçı ilə bağlanmış 974 nömrəli əmək müqaviləsinə *7 iyul 20*9-cu il tarixdən xitam verilmiş, ƏM-nin *44-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətində görə 30 təqvim günü ödənilməsi, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. İş materiallarında olan Bərdə Rayon Prokurorunun köməkçisi X*8 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 28 mart 20*6-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış 38 c-*6 saylı material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Qasımova Yeganə tərəfindən Bərdə Rayon Mərkəzi X20 şəxsinin direktoruna ünvanlanmış *0 fevral 202*-ci il tarixli məlumatda göstərilmişdir ki, doğum evinin həkimi İddiaçı onların iş rejimini pozur, işləməyə imkan vermir, xəstə ilə təmasda olarkən iş fəaliyyətinə maneələr törədir, həkimlərə qarşı güc tətbiq edir, təhqiramiz hərəkətlər edir, həkimləri yalandan şantaj edir, bu barədə ölçü götürülməsini xahiş etmişdir. İş materiallarında olan Doğum evinin ginekologiya Şöbəsinin həkimi X29 tərəfindən Bərdə Rayon Mərkəzi X20 şəxsinin direktoruna ünvanlanmış *9 aprel 202*-ci il tarixli izahatında göstərmişdir ki, doğum evinin həkimi İddiaçı iş fəaliyyətinə mane olur, iş rejimini pozur, həm fiziki, həm psixoloji cəhətdən digər həkimlər də daxil olmaqla onları istismar edir, təhqir və şantaj etməklə iş fəaliyyətini pozur, haqqında tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X8 Doğum evi həkim mama ginekoloqu İddiaçı verilmiş xasiyyətnamədə göstərilmişdir ki, İddiaçı *995-ci il tədris ilində Azərbaycan Tibb Universitetinin “müalicə işi” fakultəsini bitirərək, *997-ci il tarixdən mama ginekoloq ixtisasına yiyələnmişdir. İddiaçı *996-cı il tarixdən halhazıradək Bərdə RMX-nin Doğum evinin doğum şöbəsində mama ginekoloq vəzifəsində işləyir, 07 noyabr 20*9-cu il tarixdə etik davranış qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. 30 mart 2020-ci il tarixdə etik davranış qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin ikinci hissəsinin b bəndinə əsasən üçüncü xəbərdarlıqla şiddətli töhmət verilmişdir, əmək intizamını pozur, xəstəxananın daxili nizam intizamına riayət etmir, həkimlik nüfuzuna xələl gətirən hərəkətlərə yol verir, həkim yoldaşlarına qarşı hörmətsizlik, kobudluq göstərir, onları təhqir edir, hətda güc tətbiq edir. Xəstələrlə qarşı münasibət qura bilmir, tibbi savadı aşağı olduğu və eşitmə qüsurlu olduğu üçün xəstələri düzgün qiymətləndirə və qərar çıxara bilmir, həkim sertifikasiya imtahanından hər dəfə kəsilmişdir, son imtahanı güzəştlə dəyərləndirilmişdir. İddiaçı həkimləri və rəhbərliyi şərləyir, onlara iftira edir, müxtəlif inzibati orqanlara şantaj xarakterli məktublar göndərir, onları ləkələməyə çalışır, öz həkim yoldaşlarının ailələrinə belə iftira ataraq onları qıcıqlandırır, doğum evində yatmış xəstələrin evlərinə zəng edərək, onları həkimlərə qarşı yalan şaiyələrlə günahlandırır. İddiaçı hərəkətləri xəstəxananın tibbi şurasının iclaslarına qoyulmuş, dəfələrlə töhmətlər, xəbərdarlıq verilmiş, işdən belə qovularaq yenidən işinə bərpa olunmuşdur, həkim İddiaçı nizam intizama cəlb edilməsi mümkün deyil, onun psixoloji yardıma ehtiyacı vardır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X4 Təşkilatının iclasının 3* mart 2020-ci il tarixli protokolundan 22 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, əmək intizamını və etik davranış qaydalarını heç bir üzürlü səbəb olmadan kobud surətdə pozduğuna, öz əmək funksiyaalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Doğum evində həkim mamaginekoloq işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməyi nəzərdə tutan müdriyyətin qərarının məqsədəuyğun olduğu tövsiyyə edilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən *7 saylı region üzrə X*5 verilmiş 6/92 saylı 07 may 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Bərdə RMX-nın Doğum evinin mamalıq-2 Şöbəsində həkim mama-ginekoloq işləyən İddiaçı 0* aprel 2020-ci il tarixdə 668-k nömrəli əmrə əsasən 70-ci maddəsinin ç bəndinə əsasə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad olunmuşdur. İstifadə etmədiyi əmək məzuniyyətinə görə *9 təqvim günü ödənilmişdir. (343.94 AZN) 2* aprel 2020-ci il tarixdən 760 –k nömrəli əmrə əsasən işə qəbul olunmuşdur. (öz ərizəsində işlədiyi müddətdə yol verdiyi nöqsanlara bir daha yol verməyəcəyini göstərmişdir.) İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən *7 saylı region üzrə X*5 verilmiş 6/9* saylı, 07 may 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Bərdə RMX-nın Doğum evinin mamalıq - Şöbəsində həkim mama ginekoloq işləyən İddiaçı 760-k nömrəli əmrə əsasən işə qəbul olunmuşdur. (öz ərizəsində işlədiyi müddətdə yol verdiyi nöqsanlara bir daha yol verməyəcəyini göstərmişdir.) İş materiallarında olan ** aprel 2020-ci il tarixli imtina aktında göstərilmişdir ki, doğum evinin həkim mama ginekoloqu İddiaçı işdən azad edilməsinə aid əmr və əmək kitabçası ona təqdim edilmişdir, ancaq sənədləri alması barədə qeydiyyat kitabına imza etməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış 28 aprel 2020-ci il tarixli ərizədə göstərilmişdir ki, “işlədiyi dövrdə yol verdim nöqsanlar hamısı keçmişdə qalsın, bir daha nöqsanlara yol verməyəcəyəm, öz işimə qayıtmağa sərəncam verməyinizi xahiş edirəm.” İş materiallarında olan Bərdə Rayon Mərkəzi X20 şəxsinin 760-k saylı, 2* aprel 2020ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, İddiaçı 2* aprel 2020-ci il tarixdən əmək müqaviləsi əsasında Doğum evinin *-ci mamalıq şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə *.0 ştat vahidi qəbul edilsin. İş materiallarında olan 2* noyabr 20*9-cu il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı etik davranış qaydalarını pozur, müəssisədaxili nizam intizam qaydalarına riayət etmir, şöbə daxilində növbədə olarkən məlumat verilməsindən imtina edir, səhər iclaslarında iştirak etmir, doğum evinin müdiri T.Quliyevanın qanuni tələblərinə tabe olmur. İş materiallarında olan 06 noyabr 20*9-cu il tarixli aktın surətindən müəyyən olunur ki, 06 noyabr 20*9-cu il tarixdə **.30 radələrində Bərdə RMX-də keçirilən iclas zamanı doğum evinin həkim mama ginekoloqu İddiaçı icazəsiz olaraq, aqresiv şəkildə zala daxil olmuş, Bərdə RMX-nın keçmiş baş həkimi R.Mustafayevanın və Doğum evinin müdiri T.Quliyevanın ünvanına təhqiredici ifadələr işlətmiş, onlara şər böhtan atmış, iclasın normal ahəngini və həkim dieontologiya qaydalarını pozmuşdur. İş materiallarında olan *3 mart 20*9-cu il il tarixli sertifikasiya ilə bağlı bildirişin surətindən müəyyən olunur ki, İddiaçı imtahanda *2 bal toplamış, keçid balının *6 olduğu nəzərə alınaraq sertifikasiyadan keçməmiş hesab olunur. İş materiallarında olan 0* aprel 2020-ci il tarixli, 7 saylı protokoldan çıxarışın surətindən müəyyən olunur ki, Bərdə doğum evində mama giekoloq işləyən İddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X20 şəxsinin 668-k saylı, 0* aprel 2020ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Bərdə Rayon Mərkəzi Xəstəxansı Doğum evinin 2-ci Mamalıq Şöbəsinin həkimi mama ginekoloq İddiaçı ilə bağlanmış 54 nömrəli əmək müqaviləsinə 0* aprel 2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanasının 30 avqust 20*2-ci il tarixli Protokolundan ** nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Tibbi Şurası növbətçi mama-ginekoloq İddiaçı, həkim mama ginekoloq X.Mustafayevaya və neontoloq L.Qədirovaya nöqsanlara görə töhmət verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X4 Təşkilatının İclasının 07 noyabr 20*9-cu il tarixli *3 saylı protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bərdə RMX-nın Doğum evində həkim mama ginekoloq işləyən İddiaçı etik davranış qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıq edilməsinin məqsədə uyğun olduğu tövsiyyə edilmişdir. İş materiallarında olan 23 aprel 20*5-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Doğum evinin həkim mama ginekoloqu İddiaçı ginekologiya şöbəsinin arakəsməsinin açarını qırmış, xadimə Abbasova Yetəri isə qapını bağladığı üçün döymüşdür, rəhbərliyin ünvanına nalayiq sözlər demişdir, həkim İddiaçı qeyri etik davranışları ilə həm xəstələri, həmdə tibb işçilərini və həkimləri narahat etmişdir. İş materiallarında olan *5 avqust 20*5-ci il tarixli aktın surətindən müəyyən olunur ki, saat *5.*0-da ginekologiya şöbəsinin həkimi Hümbətova Nərgiz xəstə müayinə edərkən növbətçi həkim İddiaçı müayinə otağına daxil olaraq xəstəni müayinə etməsinə mane olmağa çalışmış, həkimi təhqir etmiş, qaynayan sterilizatoru götürüb onun başına vurmaq istəyərkən tibb bacısı Quliyeva Ayna ona mane olmuşdur. Nəticədə tibb bacısı və həkim yüngül xəsarətlər almışdır. Növbətçi həkimi sakitləşdirmək mümkün olmamışdır, müayinə otağının qapısını zorla bağlamaq istəyərkən qırmışdır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinə verdiyi */285 saylı *4 dekabr 20*5-ci il tarixli məktubdan müəyyən olunur ki, hamilə qadın, Tərtər rayonu Qarağacı kənd sakini *982-ci il təvəllüdlü X*4 *7 oktyabr 20*5-ci il tarixdə, saat 23.00 radələrində Bərdə Doğum evinə 4*- 42 həftəlik hamiləlik, ciftin hissəvi ayrılması diaqnozu ilə daxil olmuşdur, növbətçi həkim İddiaçı hamiləni müayinə etməkdən çəkinmiş, ona görə də şöbə müdiri Xuraman Bəylərovanı yardıma çağırmışdır. Hamilə qadın *8 oktyabr 20*5-ci il tarixdə, 05.30 radələrində Xuraman Bəylərova və K.Hacıyeva tərəfindən keysəriyyə əməliyyatı olunmuş, çəkisi 2700, boyu 45 sm, diri, vaxtlı qız uşağı doğulmuşdur. Döl bətndaxili aspirasiya olduğundan tələf olmuşdur. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən Səhiyyə Nazirliyinin Tibbi Yradımın Təşkili şöbəsinə verilmiş */60 nömrəli *8 iyun 20*5-ci il tarixli məktubda göstərilmişdir ki, Doğum evində mama ginekoloq işləyən İddiaçı sistematik olaraq əmək intizamını pozur, müəssisədaxili intizam qaydalarına əməl etmir, həkim vəzifəsinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən hərəkətlərə yol verir, müntəzəm olaraq doğum evinin tibb heyyətindən və vətəndaşlar tərəfindən İddiaçı yarıtmaz fəaliyyətindən şikayətlər daxil olur. Əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı Əmək Məcəlləsinin *86-cı maddəsinə uyğun olaraq dəfələrlə xəbərdarlıq edilmiş və töhmət verilmişdir. Ancaq İddiaçı bu tədbirlərdən nəinki nəticə çıxartmış, əksinə öz yarıtmaz hərəkətlərini daha da artırmışdır. Odur ki, həkim mama ginekoloq İddiaçı haqqında müvafiq tədbirlərin görülməsi zəruri hesab edilmişdir. İş materiallarında olan 5 mart 20*5-ci il tarixli prootokolun surətindən müəyyən olunur ki, 05 mart 20*5-ci il tarixdə növbədə olmuş bütün tibb personalı gecə növbəsində olan İddiaçı xəstə sahiblərindən pul alıb içəri buraxmasını, nalayiq sözlərlə tibb personalını təhqir etməsini, xəstələrlə kobud rəftar etməsini, palatalarda yatan xəstələrə yerli yersiz suallar verib telefona çəkməsini bildirib, onların İddiaçı ilə birlikdə növbəyə salınmamasını xahiş etmişlər. İş materiallarında olan Doğum evinin ginekologiya şöbəsinin tibb bacısı işləyən Quliyeva Ayna ədalət qızı tərəfindən verilmiş 27 avqust 20*5-ci il tarixli izahatında göstərilmişdir ki, *5 avqust 20*5-ci il tarixdə Ginekologiya Şöbəsində işləyən mama ginekoloq Hümbətova Nərgiz və İddiaçı arasında olan münaqişə zamanı Almaz həkim qaynayan stelizatoru Nərgiz həkimin üstünə atan zaman mane olmuş, bu zaman o, da Nərhiz həkimdə yüngül yanıq xəsarətləri almışdır. İş materiallarında olan aktın surətindən müəyyən olunur ki, 05 may 20*5-ci il tarixdə saat *0.00-da Bərdə rayon Doğum Evinin ginekologiya şöbəsində həkim İddiaçı şöbənin həkimlərinə qarşı kobudluq etmiş, təhqiramiz sözlər işlətmiş, şöbədə yatan xəstələrin narahatlıqlarına səbəb olmuşdur. Bu hal bir neçə dəfə təkrar olunmuşdur. İş materiallarında olan *3 fevral 20*4-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Doğum evində mama ginikoloq işləyən İddiaçı Bərdə RMX-da işləyən vətəndaşlar tərəfindən daxil olmuş ərizə və şikayətlərin araşdırılması üzrə komissiyaya çağırılmışdır. İddiaçı inzibati Şöbəyə gələrək Bərdə RMX-nin rəhbər işçilərini hədələmiş, şantaj edəcəyini bildirmiş, idarə heyyətinin ünvanına böhtan, söyüş və təhqirlər etmişdir. İddiaçı həkim dentologiya qaydalarını və Səhiyyə Nazirirliyinin 29 dekabr 20**-ci il tarixli, *37 saylı “Həkimlərin etik davranış qaydaları haqqında” əmrini kobud surətdə pozmuşdur. İş materiallarında olan X*9 tərəfindən yazılmış ərizədə göstərilmişdir: “Mən X2 rayonunda məskunlaşmış, Laçın qaçqını, Almaz həkimdən şikayətçiyəm, ona görə ki, o, zornan kolidorda tutdu abort elədi, qan axmaya saldı, iki aydır ki, qanaxmam kəsmirdi, sağ olsun Tünzalə həkim məni vəziyyətdən çıxartdı, xahiş edirəm, belə həkimlər haqqında ölçü götürəsiniz.” İş materiallarında olan xxxxxxx202*04*5*70 nömrəli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Bərdə Rayon Mərkəzi X20 şəxsi ilə İddiaçı arasında bağlanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı *996-cı ildən 05 avqust 2022-ci il tarixə kimi Bərdə rayon X9 evində həkim mama ginekoloq işləmiş, 05 avqust 2022-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasının İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbаycаn Respublikаsının Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 7*-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, habelə, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Yuxarıda göstərilənlər halları və qanunvericiliyin tələblərini nəzərə almaqla məhkəmə hesab edir ki, verilmiş iddia tələbi təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdeh Tibbi Ərazi X3 Publik Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X*rşı işə bərpa və boşdayanmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 0* (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar