Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3447/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmənin tərkibinə verdiyi etiraza açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində Cavabdeh Əkbər oğlununzəbt etdiyi ona məxsus torpaq sahəsi üzrəində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və həmin torpaq sahəsindən istifadə hüququnun tanınmasına tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, Bərdə rayon İcra Hakimiyyəti 07 may 1998-ci il tarixli 20 saylı çıxırışla Bərdə şəhəri XDS icrayə komitəsinin 16 iyun 1986-ci il tarixli 9 saylı sərəncamı ilə Ağdam, Bərdə rayonlararası avtotexniki xidmət instaniyası üçün ayrılmış torpaq sahəsində öz şəxsi-vəsaiti hesabına orda tikili tikməyi barədə razılıq və sərəncam verilmişdir. Hətta 14 x 7 ölçüdə torpaq sahəsi onun adına keçirilmişdir. Səhhətində problem var. Son müddətdə baxmışdır ki, ona məxsus torpaqda obyekti söküb yerində Yavər İnşaat obyekti tikiblər. Sözügedən yerdə 1986-ci ildə torpaq verilib və 1998-ci ildə həmin yerdə obyekt tikdirmişdir. Obyektinin texniki pasportu da olub. 29 may 1986-ci ildə Bərdə XDS- 9 saylı iclas qərarı ilə 7x14 metr torpaq sahəsi ona ayrılıb və texniki pasportu da var. Göründüyü kimi cavabdeh ona məxsus yerdə obyek tikib. Sözügedən torpaq sahəsində tikilən qanunsuz tikilinin cavabdehin şəxsi hesabına sökülməsinə və torpağın boşaldılaraq özünə verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(021 )-641/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddiaçı Hüseyinov Namiq Şahməmməd oğlunun Cavabdeh Əkbər oğluna qarşı zəbt olunmuş torpaqdan çıxarılma, qanunsuz tikililərin sökülməsi və ona məxsus torpağın özünə verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Hüseyinov Namiq Şahməmməd oğlu apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1822/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - N.N.Quliyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ş.Q.Rzaquliyev) iddiaçı Hüseyinov Namiq Şahməmməd oğlunun apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(021 )-641/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı Hüseyinov Namiq Şahməmməd oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(102)-2013/2021 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1822/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qanuni sənədlə torpağın mülkiyyətçisi o, olsa da, cavabdeh ona məxsus torpağından istifadə etməyinə imkan vermir. Bu illər ərzində cavabdeh torpaqdan qanunsuz istifadə edərək üzərində tikili tikmişdir. Həmin tikilinim adı Yavər İnşat gedir. Bu səbəbdən məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 1998-ci il tarixli, 20 saylı qərarından çıxarışın surətindən görünür ki, Bərdə şəhər XDS İcraiyyə Komitəsinin 16 iyun 1986-cı il tarixli, 9 saylı iclasının qərarında dəyişikliklər edilərək Bərdə şəhəri, Koroğlu küçəsi, köhnə çay sahili ilə H.Aslanov küçəsinin kəsişməsinin yaxınlığında avtomobillərə texniki xidmət sexinin yerləşdiyi 14x7 m ölçüdə torpaq sahəsi X1 adına keçirilməlidir. İddiaçı məhkəməyə etiraz göndərərək məhkəməyə tam şəkildə etiraz etdiyini göstərmişdir. Məhkəmə iddiaçının göndərdiyi etirazı və mülki işin materiallarını araşdırıb hesab edir ki, İddiaçı məhkəmənin tərkibinə verdiyi etiraz baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Pprosessual Məcəlləsinin: 19.1 və 19.1.1-ci maddələrinə əsasən hakim Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.2-ci maddəsinə görə etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. 21.3-cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 21.4-cü maddəsinə görə əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh etirazının əsasına dair məhkəməyə sübut təqdim etməmiş, etirazın dəlillərini heç bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı məhkəmənin tərkibinə verdiyi etiraz baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 263, 264-cü maddəsini rəhbər tutub, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmənin tərkibinə verdiyi etiraz baxılmamış saxlanılsın. Sədrlik edənElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3447/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3447/2023
31.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver