Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3448/2025 28.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X20 Xidmət X3maqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 28 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxx 1955-ci ildə Ermənistan Basarkeçər rayonunda anadan olmağı, X1, anası isə X6 olması faktının müəyyən edilməsinə dair qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxx 1955-ci ildə Ermənistan Basarkeçər rayonunda anadan olub, X1, anası isə X4r. Atası 25 dekabr 1988-ci il tarixdə, anası isə 28 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. O anadan olduğu zaman valideynləri ona doğum haqqında şəadətnaməsi almışlar. O həmin doğum haqqında şəadətnamə ilə orta məktəbə gedib. Daha sonra doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi alıb. Ermənistanda olarkən müharibə başlayanda atası ermənilər tərəfindən öldürülmüş və Ermənistanda basdırılmışdır. Həmin vaxt yaranmış baş qarışıqlığı ucbatından ölüm haqqında şəhadətnamə almayıblar. Daha sonra 1988-ci il tarixində Azərbaycana məcburi şəkildə köçürüldükdən sonra da savadsızlıqdan atası üçün ölüm haqqında şəhadətnamə ala bilməyib. Onlar məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşıb. Yas mərasimində olarkən onun doğum haqqında şəhadətnaməsi ehtiyatsızlıqdan yağışın altında qalmış, zədələnmişdir. Hal-hazırda ondan bir çox sənədlərin hazırlanmasında doğum haqqında şəhadətnamə tələb edirlər. O anasından miras qalan evi hazırda öz adına sənədləşdirmək istəyir. Amma bunun üçün ondan doğum haqqında şəhadətnamə tələb edirlər. Doğum haqqında şəhadətnamə zədələndiyi üçün üçün sənədlərin hazırlanmasında bir çox problemlər yaranır. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O bununla bağlı Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edib, orda isə ona bildirirlər ki, doğum akt qeydimlə əlaqədar sənədlər Ermənistan Basarkeçər rayonunda qaldığı üçün Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur və bunun üçündə məhkəməyə müraciət etməyini məsləhət gördülər. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X20 xidmət X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirdi ki, X12 kəndində anadan olub, ondan təxminən 1 yaş kiçikdir. X21, anası isə Gülxanım Babayevadır.1988-ci ildə qaçqın düşüblər, 1990-cı ildən Bərdə rayonunda qəsəbədə yaşayırlar. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat verən X8 bildirdi ki, X15 kənd tam orta məktəbində bir sinifdə oxuyublar. Vardenis kəndində anadan olub. X21, anası isə Gülxanım Babayevadır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixdə verilmiş Bərdə rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Öldüyü tarixədək subay olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 96 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş mərhumə X2 aşağıdakı ailə üzvləri var. Qızı Ərizəçi, qızı X9 və oğlu X5. xx.xx.2025-ciil tarixli 3-16-5/8-7xx/xx-2025 saylı Asan Xidmət mərkəzi Qeuydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi aid doğum akt qeydi aşkar edilmədiyindən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Doğum haqqında şəhadətnamə surətindən görünür ki, X5 xx.xx.1965-ci ildə anadan olmuşdur. X1, anası X4r. Doğum haqqında şəhadətnamə surətindən görünür ki, X9 xx.xx.1959-cu ildə anadan olmuşdur. X1, anası X4r. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azırbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə vərəsəlik və sosial məsələlərin həlli ilə əlaqədar lazımdır. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmiş, hesab olunur ki, həmin rüsum iddiaçının özünə aid edilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizə təmin edilisin. Ərizəçi xx xxx 1955-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olması faktı müəyyən edilməklə, ata qrafasında X11, ana qrafasında X6 yazılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir ay) keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev