Məhkəmə qərarları › İş №2(021)-346/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-346/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-346/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X12, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və həmin paya mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və həmin paya mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 avqust 1972-ci ildə Bərdə rayonu Yeni Əyricə İƏD-nin Nəcəfqulubəyli kəndində anadan olmuş və həmin kənddə daimi yaşayamışdır, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 doğma qardaşları, Cavabdeh3 İsə onun doğma bacısdır. X11 28 sentyabr 1998-ci ildə, anası X7 isə 18 aprel 2013-cü ildə vəfət etmişlər. Qardaşı Cavabdeh2 1978-ci ildən Azərbaycan Respublikasından getmiş, həmin vaxtdan hal-hazıradək Rusiya Federasiyasında yaşayır. Ona məlum olan sonuncu yaşayış yeri Moskva şəhəridir, ailəsi ilə birlikdə həmin şəhərdə yaşayır, lakin dəqiq ünvanı məlum deyildir və onunla heç bir əlaqəsi yoxdur. Bacısı Cavabdeh3 da 20 ildən artıqıdır ki, Moskva şəhərində yaşayır, lakin dəqiq ünvanı məlum deyildir, 2013-cü ildən etibarən Azərbaycana gəlib getmir. Ona məlum olan sonuncu qeydiyyat və yaşayış yeri Bərdə rayonunun Yeni Daşkənd kəndidir. Ailə quraraq Yeni Daşkənd kəndinə ərə getmiş, bir müddətdən sonra isə ailəliklə köçüb Rusiya Federasiyasına getmişlər. Qardaşı Cavabdeh1 15 ildən çoxdur ki, ailəsi ilə Bakı şəhərində yaşayır və işləyir. Onun da dəqiq ünvanı məlum deyildir. Lakin Bərdə rayonu Nəcəfqulubəyli kəndində təxminən 0,40 ha həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi, həmçinin özünə və ailə üzvlərinə məxsus olan 4-5 hektar kənd təsəüffatı təyinatlı torpaq sahəsi vardır. Evini kirayəyə, pay topağını isə icarəyə vermişdir. Ata-anadan aşağıda göstərilən daşınmaz əmlaklar miras qalmışdır: ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,25 ha həyatyanı torpaq sahəsi. JN-0064 KOD 61006068 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə xüsusi mülkiyyət 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpağı. Həmin daşınmaz əmlakların hamısı Bərdə rayonu Yeni Əyricə kənd İƏDnin Nəcəfqulubəyli kəndində yerləşirlər. Bunlardan başqa 2013-cü ildə anası vəfat edərkən 7 baş inək və danadan ibarət iribuynuzlu mal-qara, atası vəfat edərkən isə ona məxsus olan "Moskvic" minik markalı avtomobil miras qalmışdır. Həmin heyvanları və maşını qardaşı Muxtar satmış, onların satılmasından əldə edilən pul da ona qalmışdır. 2013-cü ildə anası da vəfat etdikdən sonra ata-anadan miras qalmış yuxarıda göstərilən daşınmaz əmlakları miras kimi faktiki olaraq o qəbul etmiş, onları o, idarə və istifədə edib, hazırda da evi və onun hayatyanı torpaq sahəsini o, idarə və istifadə edir. Anasının yas mərasimini o, keçirib, yas mərasiminin bütün xərclərini o, ödəyib, o, cümlədən də 800 manat pul verərək anasının qəbirüstü xatirə abidəsini hazırlatmışdır. Mərhum valideynlərindən miras qalmış 1.13 ha pay torpağına isə qardaşı Cavabdeh1 2015-ci ildən etibarən təkbaşına sahiblənmişdir və onu dəfələlə müxtəlif şəxslərə qeyri-rəsmi olaraq satmış, sonra pulunu qaytarmadan başqa bir şəxsə satmışdır. Hazırda həmin topağı əslən Kəlbəcər rayonundan olan Xosrov adlı şəxşə icarəyə vermişdir. Bu qayda ilə qardaşı Cavabdeh1 2015-ci ildən hal-hazıradək həmin 1.13 ha miras pay topağından hər il xeyli miqdarda qazanc əldə edir və qazancını heç kimlə bölməmişdir, hesab edir ki, miras əmlakdan payların bölgüsü zamanı məhkəmə bu faktı mütləq nəzərə almalıdır.Yuxarıda şərh etdiklərinə əsasən hesab edir ki, mərhum valideyinlərindən miras qalmış daşınmaz əmlaklardan evi və onun hayatyanı torpaq sahəsini və 1,13 ha pay torpağını miras olaraq onun qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən olunmalı, həmin miras əmlaklar o, və digar vərəsələr olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bölünərək hər birinin payı müəyyən edilməlidir. Həmçninin də bu mirasda onun üstün payı müəyyənlədşirilməlidir. Belə ki: 2013-cü ildən bu günədək həmin daşınmaz əmlaklardan evi və onun həyətyanı torpaq sahəsi faktiki olaraq o, qəbul edərək mühafizə edib qoruyub saxlamış, korlanmasına, zədələnməsinə və xarab olmasına imkan verməmişdir. Əksinə, onların vəziyyətinin daha da yaxşılaşdırılması üçün tədbirlər görmüş. Məsələn, həyətyanı torpaq sahəsinə yeni ağaclar əkərək onları böyütmüş, evdə isə cari və əsaslı təmir işləri aparmışdır. Miras qoyanlardan sonuncusu olan anasının bütün dəfn və yas mərasimi xərclərini o, çəkmiş, qəbrüstü xatirə abidəsini 800 manat verərək hazırlatmış, 800 manatı verməyinin şahidi bacısı Cavabdeh3 və onun övladıdır. Mərhum valideyinlərindən miras qalmış 7 (yeddi) baş inək və dananı, həmçinin mərhum atasından miras qalmış "Moskviç” markalı minik maşınını qardaşı Cavabdeh1 satıb, onların satışından əldə etdiyİ bütün pulları özünə götürmüşdür. Hesab edir ki, mirasda onun payı müəyyənləşdirilərkən məhkəmə bu faktı mütləq nəzərə almalıdır. Mərhum valideyinləri sağlığına öz şəxsi vəsaitləri hesabına qardaşı Cavabdeh1 qonşuluqlarındakı məhləni satın alıb, onun üçün orada fərdi yaşayış evi tikdirmiş, əlavə olaraq həyətyanı torpaq sahəsini də bölərək təxminən 0,30 ha hissəsini onun məhləsinə qataraq pay vermişlər ki, həyətyanı torpaq sahəsi böyük olsun. Hesab edir ki, mirasda onun payı müəyyənləşdirilərkən məhkəmə bu faktı da mütləq nəzərə almalıdır. Qardaşı Cavabdeh2 və bacısı Cavabdeh3 tərəfindən valideynlərinin mirasının saxlanılması və qorunması üçün hər hansı bir tədbir görülməmiş və xərc çəkilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, 2013-cü ildən hal-hazıradək marhum valideyinlərinin mirası olan yuxarıda göstərdiyi daşınmaz əmlaklardan ev və onun həyətyanı torpaq sahəsindən etirazsız istifadə etmişdir. Lakin son vaxtlarda qardaşı Cavabdeh1 həmin evi və onun həyətyanı torpaq sahəsini ondan gizlin satmaq istəməsi barəda məlumatları vardır. Odur ki, hazırda həmin əmlaklarda payının müəyyən edilməklə bölünməsİ üçün hüquqi prosedur başlatmışdır. Lakin digər vərəsələr olan qardaşı Qurban və bacısı Təşəkkül gəlməməklə rəsmiləşdirmənin aparılmasına İmkan vermirlər, nə də razılıqlarını və narazılıqlarını yazılı surətdə bildirmirlər. Qardaşı Cavabdeh1 isə miras əmlaka təkbaşına sahiblənmək istəyir. Onun mirasın bir hissəsi olan evi və onun hayatyanı torpaq sahəsini faktiki olaraq qəbul etməyi səbəbindən qanun üzrə vərəsə kimi tanınmağı və miras əmlakında payının müəyyən edilməsi barədə ərizəsinə isə Bərdə Regional "ASAN” Xidmət Mərkəzində Notariat Ofisi 05 oktyabr 2022-ci il tarixli 2457/2022 və 2458/2022 nömrəli cavablar ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mərhum atası X20 və mərhum anası X1 mülkiyyətində olan daşınmaz əmlaklar Bərdə rayonu Yeni Əyricə kənd i.ə.d-nin Nəcəfqulubəyli kəndində yerləşən ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 40 vk.m olan fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsini, həmçinin mərhum valideynləri X23, X3 və qardaşı X21 “Torpağın mülkiyyət hüququna dair” JN-0064 KOD 61006068 nömrəli Dövlət aktı əsasında paylı xüsusi mülkiyyət hüququ ilə məxsus olan 1.13 ha kənd təsərrüfatı təyinatlı torpağın mərhum valideynlərinə aid olan hissəsinə vərəsəlik hüququnun tanınaraq paylarının vərəsələr arasında müəyyən edilməsi və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər arasında müştərək bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X24 iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 771 nömrəli, 29 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşamış mərhum X4 aşağıdakı ailə üzvləri vardır: oğlu Cavabdeh2, oğlu Cavabdeh1, qızı İddiaçı, qızı Cavabdeh3. X6 naməlum ünvanda yaşayan və qeydiyyatda olan ailə üvzləri barədə məlumat: oğlu Cavabdeh2, oğlu Cavabdeh1, qızı İddiaçı, qızı Cavabdeh3. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli 180 nömrəli arayışdan müəyyən olunur ki, Rayon Dövlət Arxivində 77 saylı fondda mühafizə olunan Bərdə rayon Əyricə kənd İƏV-nin Nəcəfqulubəyli kənd üzrə 1995-2000-ci illərə dair 9 saylı təsərrüfatbaşına kitabın 650 saylı şəxsi hesabına əsasən vətəndaş, X6 ailə başçısı olduğu, 1998-ci ildə vəfat etdiyi, həyat yoldaşı X8 olduğu, adlarına olan cəmi torpağın 1995-2000-ci illərdə 0.25 olduğu, bu illərdə yaşayış evinin üümumi sahəsinin 56 kv.m olduğu, o cümlədən yaşayış sahəsinin 40 kv.m olduğu qeyd olunub. İş materiallarında olan Torpağın mülkiyyət hüququnda dair Dövlət Aktı JN 0064 KOD 61006068 surətindən müəyyən olunur ki, X22, X2, Cavabdeh2 Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Bərdə rayonu Kərimbəyli kəndində 1.13 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan X35 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən veilmiş İddiaçı ünvanlanmış 2457/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli və 2458/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1967-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Kərimbəyli Bələdiyyəsi tərəfindən veilmiş 20 nömrəli, 08 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum Nəcəfqulubəyli kəndinin sabiq sakini X22 və ailə üzvlərinə X29 zamanı 1.13 ha pay torpağı Nəcəfqulubəyli kənd ərazisində verilmişdir. İş materiallarında olan Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 04 avqust 1972-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-T 138052 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı 04 avqust 1972-ci ildə doğulmuşdur, X11, anası X5r. İş materiallarında olan arayışdan müəyyən olunur ki, X26 28 sentyabr 1998-ci ildə ölmüşdür. İş materiallarında ollan AZ-İ 580963 nömrəli arayışdan müəyyən olunur ki, X9 18 aprel 2013-cü ildə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 36764 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh3 ünvan 4 kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan ollan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X27 22 mart 1992-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 saylı, 09 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı qardaşı Muxtarın dediyinə görə 1990-cı ildə Bərdə şəhərinə ərə getmişdir, uzun müddət Bərdə şəhərində Daşlı Təpə deyilən yerdə yaşamışdır. Əlavə olaraq qardaşı Muxtar və yaxın qohumlarınnın dediyinə görə atası X6 və anası mərhumə X1 yas mərasimində qısa müddətli iştirak etmişdir. İş materiallarında olan may 1962-ci il tarixli, 04 saylı evlənmə haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X26 və X10 rəsmi olaraq evlənmişdir. İş materiallarında olan 09 sentyabr 1967-ci il tarixli 61 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1967-ci ildə doğulmuşdur, X11, anası X5r. İş materiallarında olan 10 avqust 1972-ci il tarixli 37 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, İddiaçı 04 avqust 1972-ci ildə doğulmuşdur, X11, anası X5r. İş materiallarında olan 13 oktyabr 1998-ci il tarixli, 20 nömrəli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X26 28 sentyabr 1958-ci ildə ölmüşdür. İş materiallarında olan 24 aprel 2013-cü il tarixli, 10 saylı ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X8 18 aprel 2013-cü ildə ölmüşdür. İş materiallarında olan 20 may 1963-cü il tarixli, 22 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh2 03 aprel 1963-cü ildə doğulmuşdur, X11, anası X5r. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə iki mühüm aspektdən yanaşmışdır. Birinci aspekt ondan ibarətdir ki, verilmiş iddia ərizəsində iddiaçı özü dolayı formada “.....mərhum valideynlərindən miras qalmış 1.13 ha pay torpağına isə qardaşı Cavabdeh1 2015-ci ildən etibarən təkbaşına sahiblənmişdir və onu dəfələlə müxtəlif şəxslərə qeyri-rəsmi olaraq satmış, sonra pulunu qaytarmadan başqa bir şəxsə satmışdır. Hazırda həmin topağı əslən Kəlbəcər rayonundan olan Xosrov adlı şəxşə icarəyə vermişdir. Bu qayda ilə qardaşı Cavabdeh1 2015-ci ildən hal-hazıradək həmin 1.13 ha miras pay topağından hər il xeyli miqdarda qazanc əldə edir və qazancını heç kimlə bölməmişdir. Bundan başqa iddia ərizəsində daha sonra qeyd edilmişdir ki “....Bunlardan başqa 2013-cü ildə anası vəfat edərkən 7 baş inək və danadan ibarət iribuynuzlu mal-qara, atası vəfat edərkən isə ona məxsus olan "Moskvic" minik markalı avtomobil miras qalmışdır. Həmin heyvanları və maşını qardaşı Muxtar satmış, onların satılmasından əldə edilən pul da ona qalmışdır. 2013-cü ildə anası da vəfat etdikdən sonra ata-anadan miras qalmış yuxarıda göstərilən daşınmaz əmlakları miras kimi faktiki olaraq o qəbul etmiş, onları o, idarə və istifədə edib, hazırda da evi və onun hayatyanı torpaq sahəsini o, idarə və istifadə edir....” Bununla da iddiaçı özü iddia ərizəsində valideynlərindən qalmış miras əmlakın qardaşı Cavabdeh1 tərəfindən qəbul edilməsini etiraf etmişdir. Lakin sonradan işə vəkil və nümayəndə qismində qoşulmuş Bərdə rayon vəkil Bürosunun vəkili X24 vermiş olduğu “iddia ərizəsinə dəqiqləşmə ərizəsində” iddiaçının faktiki olaraq iddia ərizəsində etiraf etdiyi halları qeyd etməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi əsaslarının ikinci aspekti kimi onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının X11 28 sentyabr 1998-ci il tarixdə və X9 isə 18 aprel 2013-cü il tarixdə ölmüşdür. Atasının ölümündən 25 il, anasının ölümündən isə 09 il keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək valideynlərindən miras qalmış əmlakları faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsini, daha sonra isə vərəsələr arasında bölünməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən bu halları əsas gətirərək iddia təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mərhum X11ndan və mərhum anası X1 mülkiyyətində olan daşınmaz əmlaklar Bərdə rayonu Yeni Əyricə kənd i.ə.dnin Nəcəfqulubəyli kəndində yerləşən ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 40 vk.m olan fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsini, həmçinin mərhum valideynləri X23, X3 və qardaşı X21 “Torpağın mülkiyyət hüququna dair” JN-0064 KOD 61006068 nömrəli Dövlət aktı əsasında paylı xüsusi mülkiyyət hüququ ilə məxsus olan 1.13 ha kənd təsərrüfatı təyinatlı torpağın mərhum valideynlərinə aid olan hissəsinə vərəsəlik hüququnun tanınaraq paylarının vərəsələr arasında müəyyən edilməsi və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər arasında müştərək bölünməsi barədə iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar