Məhkəmə qərarları › İş №2(021)-3465/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3465/2025

02.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3465/2025 02.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ona məxsus Bərdə şəhəri, A.Vəzirov küçəsi ev 38 də, yerləşən mülkiyyətində olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın, Dövlət Kadastrı və Reyestri Xidmətinin çıxarış qeydiyyat nömrəsi ********** ona məxsus 0.05 ha yaşayış torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə şəhər A.Vəzirov küçəsində uzun illərdi ki, yaşayır. Yaşadığı mülkiyyət Bərdə şəhəri A.Vəzirov küçəsi ev 38 ərazisində yerləşir. Yaşadığı torpağa məxsus çıxarışı, xx.xx.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Xidmətində, qeydiyat nömrəsi ********** nömrəli çıxarışla qeydiyata alınmışdır. Cavabdehin tikdirdiyi ev 0.05 ha torpaq sahəsinin üzərindədir. Həmin yaşadığım ünvanda qardaşı X4 ailəsi ilə birgə müvəqqəti yaşayırdılar. Onların ailələrində ailə daxili münaqişələr baş verdi. Qardaşı ikinci ailə quraraq Tovuz rayonuna getmək məcburiyyətində qaldı. Qardaşının birinci ailəsi həmin 0.05 ha hektar torpaq sahəsində 1 otaqlı evdə yaşayırdılar. Qardaşının birinci ailəsi olan Cavabdeh ilə onların sözü düz gəlmir. Ona məxsus 0.05 ha torpaq sahəsində tikilən evdən çıxarılmasını tələb edir. Onların bir torpaqda yaşamağı mümkünsüzdür. Dəfələrlə cavabdehə ona məxsus torpağın üzərində qanunsuz tikdirdiyi, evdən çıxıb getməsini xahiş etsə də mümkünsüz olmuşdur. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmədə izahat verərək bildirdi ki, cavabdeh onun qızıdır, öz şəxsi hesabına qızına 1 otaqlı ev tikib. Bundan əvvəl də iddiaçı qızını eyni iddia tələbli ilə məhkəməyə verib və iddia tələbləri rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2509/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbi təmin edilməmişdir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.5. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar