Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3468/2025 07.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “Qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakı mülkiyyət hüquqlarının tanınması” tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİM: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 rayon Şirvanlı kənd ərazisində yerləşən Daşınmaz Əmlak ona məxsus yaşayış torpaq sahəsi olan miras əmlaka mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı Ərizəçi ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənədi əlavə etsə də, həmin rüsum X3 tərəfindən ödənilmişdir, bununla da MPM-nin 152.1.5-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5 maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “Qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakı mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru-na qarşı “Qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakı mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. X3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3468/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3468/2025
07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver