Məhkəmə qərarları › İş №2(021)-3485/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3485/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3485/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X* iclas kаtibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzinin * saylı Notariat Kontoruna qarşı “Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzinin * saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum Qasımova (Bağırova) Yasəmən Alyoldaş qızından miras qalmış Bərdə rayonu Qarayusifli kəndində 0.36 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən * mərtəbəli * otaqlı 60.* kv.m. yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və digər vərəsələrin miras əmlakdan imtina etdiklərindən, həmin əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı barədə bildiriş tərəflər tərəfindən şəxsən qəbul edilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzinin * saylı Notariat Kontoruna qarşı “Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar