Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3486/2025 25.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı etibarnamə üzrə nümayəndəsi( atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılma” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə Cavabdeh əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bərdə rayonu Qazıqurdalı kəndində 0,08 ha həyətyani torpaq sahəsində yerləşən 92.7 k.v metr fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi( atası) Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Qazıqurdalı kəndində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 92,7 kv.m fərdi yaşayış evi 14 iyul 2015-c il tarixdən X1 mülkiyyətindədir. İddiaçı onun doğma qızıdır. Bərdə Rayon Məhkəməsinin 10.06 2025-ci il tarixli qətnaməsinə esasen Hüseynov inayet Hidayət oğlu ile Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh keçmiş gəlinləridir. hazırda o, Ş.Abdullayevnın mülkiyyatində olan evdə yaşayır. Yaxın qohum olduqları üçün X5 evi onlara müvəqqəti yaşamaq üçün vermişdir. Hazırda maddi ehtiyyacı oldğu üçün həmin evi satmaq istəyir. iddiaçı mülkiyyətində olan evdən cavabdehdən dəfələrlə əmlakları ilə birlikdə evdəə çıxmasını taleb etmiş, lakin bir nəticəsi olmamışdır. Hazırda iddiaçı mülkiyyətində olan eve köçüb yaşamaq isteyir, lakin cavabdeh həmin evdən çıxmaq istemir. Hazırda həmin evde cavabdehə məxsus 1 ədəd qoşa çarpayı, 1 ədəd şfoner, qab-qacaq, yorğan-döşək qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları və qanunla qorunan mənafeləri kobud surətdə pozulur. Cavabdeh evdən çıxmadığı üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Qazıqurdalı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 02.7 kv. metr fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla bu barədə daşınmaz əmlakın dövlət Reyestirində 2 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-531/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “İddiaçı X2 (bundan sonra iddiaçı və ya İnayət Hüseynov) Cavabdeh qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh) “Nikahın pozulması və uşaqların himayədə saxlanılması” tələbinə dair iddia tələbi qismən təmin edilərək iddiaçı X7 ilə Cavabdeh arasında 09 sentyabr 2011-ci ildə Bərdə rayonu Nazırlı kənd İcra Nümayəndəliyində bağlanmış və 19 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 24 avqust 2012-ci ildə anadan olmuş X8 atası X2, 20 iyun 2017-ci ildə anadan olmuş X13 anası Cavabdeh himayəsində saxlanılması, iddiaçı X2 xx.xx.2017-ci ildə anadan olmuş X13 ilə hər ayın İ və İİİ həftəsinin altıcı günü saat 1000-dan bazar günü saat 1900-dək, hər ilin “Yeni il” bayramı vaxtı yanvar ayının 2-si saat 1000-dan yanvar ayının 3-ü saat 1900-dək və hər ilin “Novruz bayramı” vaxtı mart ayının 21-i saat 1000-dan mart ayının 23-ü saat 1900-dək uşaq gecəni yanında qalmaq şərti ilə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, 438765 nömrəli arayışdan görünür ki, X6 xx xxxxxx 1981-ci ildə anadan olmuş, atası Nümayəndə, anası X9 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 13 yanvar 1981-ci ildə 05 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş 12nömrəli MİS tərəfindən verilmiş 49 nömrəli, 03 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 74 mənzil 47-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Nazırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli,150 nömrəli arayışdan görünür ki, Nümayəndə hal-hazırda Bərdə rayonu Nazırlı kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ilsə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 74 mənzuil 47-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1952-ci ildə Bərdə rayonu Nəzirli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan ünvan verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/MT039-2024- 01250 nömrəli arayışdan görünür ki, tərəflər razılığa gələ bilməmişdirlər. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh Bərdə Rayonu Qaratəpə kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin materiallarından görünür ki, cavabdeh İddiaçı Cavabdeh keçmiş həyat yoldaşı X2 bacısıdır. Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququna malikdir. İddiaçı əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirə bilmir. Belə ki, həmin fərdi yaşayış evində hazırda cavabdeh məskunlaşmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq məhkəmə hesab edir ki, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Cavabdehin həmin fərdi yaşayış evi üzərində istifadə hüquqlarının tanınmadığını, tərəflərin yaxın qohum münasibətlərində olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 50.00 manat mediasiya xərci isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əmlakları ilə birlikdə İddiaçı məxsus olan Bərdə rayonu, Qazıqurdalı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 92.7 kv.m fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3486/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3486/2025
25.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver