Məhkəmə qərarları › İş №2(021)-349/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-349/2025

10.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-349/2025 10.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçılar İddiaçı1 Şəkaralı qızı, İddiaçı2 və onların vəkili X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 Şəkaralı qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Şəkaralı qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçaılar iddia tələbini belə əsaslandırılmışlar ki, mərhum X21 İddiaçı1 əri olmuşdur. İddiaçı1 X21 ilə Bərdə rayon Qeydiyyat Şöbəsində 12 may 1972-ci il tarixdə 37 nömrəli nikah bağlayaraq evlənmişlər. Vaqif Orucov ilə birgə nikahdan övladları İddiaçı2, İddiaçı3, Cavabdeh4, İddiaçı5, Cavabdeh3, Cavabdeh2 və İddiaçı4 anadan olmuşlar. Təsərrüfatı həmişə birgə idarə etmişlər. X21 21 sentyabr 2021-ci ildə beyindaxili qansızma səbəbindən vəfat etmişdir. İddiaçı1 həyat yoldaşı Vaqif Orucovla birgə nikah dövründə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən 7 saylı fərdi yaşayış evi tikdirmişlər. Vaqif Orucov öləndən sonra ondan qalan bütün miras əmlakları, o cümlədən ünvan 1 ünvanında yerləşən, 741 kv.metr torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 117,33 kv.metr, yaşayış sahəsi 54,93 kv.metr, köməkçi sahəsi 62,40 kv.metr olan fərdi yaşayış evini qəbul etmişdir. Həmin ev X33un və İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. Qeyd edilən xüsusi mülkiyyət olan yaşayış evinə X21 və İddiaçı1 xüsusi mülkiyyəti olmasına dair xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin inventar nömrəli X4 X27 pasportu və Bərdə rayon Texniki İnventarlaşdırma Bürosunun 23 noyabr 1989- cu il tarixli 2409 inventar saylı qeydiyyat vəsiqəsi ilə təsdiq edilmişdir. X33 öləndən sonra iddiaçılar miras qalan yaşayış evini və həyətyanı sahəni qəbul edib, mirası idarə etməkdə davam etmişlər. İddiaçılar mərhum X12 vəfatından sonra mirası qəbul etdikləri üçün daha heç bir yerə müraciət etməyi lüzum bilməmişlər. Miras açılandan əvvəl və sonra bütün miras əmlakı, o cümlədən fərdi yaşayış evini və həyətyanı sahəni faktiki qəbul edib sahib durduqlarından, idarə etdiklərindən, əvvəllər də istifadə etdiklərindən mirasın qəbul edilməsinin müəyyənləşdirilmiş qanunvericiliklə tələb edilən müddəti ötürməmişlər. Miras əmlakı faktiki qəbul etmələri və miras əmlak üzərində paylarının müəyyən edilməsi üçün cavabdehlərlə dəfələrlə söhbətlər aparsalarda onlar miras əmlaka vərəsəlik işi açılması və Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaları üçün notariat ofisinə getməkdən imtina etmişlər. Mirqasın qəbulu ilə əlaqədar Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmişlər, Notariat ofisi xx.xx.2024-cü il tarixli, 2017\2024 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğundan məhkəməyə müraciət etmələri izah edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Şəkaralı qızı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçini bildirdi ki, həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalan evdə o və oğlu Şahin yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirdi ki, onun özünün evi var və o öz evində yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Bənövşə Əlizadə məhkəməyə məlumat göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən idiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 bildirmişdirlər ki, ataları vəfat etməzdən öncə onlar ailə qurub köçmüşdürlər və həmin evdə yaşamırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Şəkaralı qızı xx.xx.1953-cü ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1973-cü ildə doğulmuşdur. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı5 ünvan 2 ünvanda yaşayır. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1980-cı ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. Bərdə rayon İcra hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 980 saylı arayışdan görünür ki, İddiaçı3 Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayır. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1979-cu ildə Bərdə şəhərində doğulmuşdur, ünvan 6-də qeydiyyatdadır. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3355 saylı arayışdan görünür ki, İddiaçı2 ünvan 6 ünvanda yaşayır və ailə üzvü İddiaçı1 Şəkaralı qızıdır. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1982-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Muğanlı kəndində qeydiyyatdadır. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1977-ci ildə Bərdə şəhərində doğulmuşdur. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3372 saylı arayışdan görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda yaşayır. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1975-ci ildə Bərdə şəhərində doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.1972-ci ildə Bərdə şəhərində doğulmuşdur. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3370 saylı arayışdan görünür ki, Cavabdeh4 ünvan 6 ünvanda yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 225855 saylı çıxarışdan görünür ki, X21 ilə X8 xx.xx.1972-ci ildə 37 saylı nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına Orucova soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 339878 saylı arayışdan görünür ki, İddiaçı5 xx.xx.1973-cü ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 386246 saylı arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1975-ci ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 369776 saylı arayışdan görünür ki, X16 xx.xx.1980-cı ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 308025 saylı arayışdan görünür ki, X22 xx.xx.1982-ci ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445799 saylı arayışdan görünür ki, Cavabdeh4 xx.xx.1973-cü ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 339878 saylı arayışdan görünür ki, İddiaçı2 xx.xx.1979-cu ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 339878 saylı arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1977-ci ildə doğulmuşdur. X6 anası İddiaçı1 Şəkaralı qızıdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 201186 saylı arayışdan görünür ki, X21 xx.xx.2021-ci ildə beyindaxili qansızma səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfidən X12 adına verilmiş X4 X27 Pasportunun surətindən (əlavə olunan: X28, Yaşayış evinin Planı, Tikilinin Planı) görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi X1. Bərdə rayon Texniki İnventar Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bərdə şəhəri, Çay sahili küçəsində yerləşən bir otaqlı 27.0 kv.m yaşayış, 39,6 kv.m köməkçi sahə, 66,6 kv.m ümumi sahəsi olan 7 saylı fərdi mənzil fondu bütünlüklə Bərdə rayon XDS İcraiyyə Kömitəsinin xx.xx.1989-cu il tarixli, 4 nömrəli qərarı ilə X12 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-3701/24 saylı cavab məktubundan görünür ki, X12 adına olan fərdi yaşayış evi Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 6 ünvanı ilə, ünvan 5ının Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/072684-24 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə dair xx.xx.2021-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1944-cü ildə doğulmuş, xx.xx.2021-ci ildə vəfat etmiş X12 xx.xx.1953-cü il təvəllüdlü İddiaçı1 Şəkaralı qızı (arvadı), xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı5, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1979-cü il təvəllüdlü İddiaçı2, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı3, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı4 övladlarıdır. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23 saylı cavab məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən İddiaçı1 Şəkaralı qızı, Cavabdeh3, X9 və X13 faktiki yaşadığı müəyyən edilmişdir. İddiaçı1 Şəkaralı qızının Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə verdiyi ərizəsindən görünür ki, İddiaçı1 Şəkaralı qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 ölümündən sonra miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1 Şəkaralı qızına verilmiş xx.xx.2024-cü il tarixli, 2017/2024 saylı məktubdan görünür ki, İddiaçı1 Şəkaralı qızının xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan X12 xx.xx.2021-ci il tarixdə vəfatından sonra miras qalmış əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı digər vərəsələrlə aralarında ixtilaflar olduğundan qanuna müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə edir. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı1 Şəkaralı qızı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Həmin qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Bərdə şəhəri, Koroğlu küçəsi ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi X12 mülkiyyətində olmuşdur. X32 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı1 Şəkaralı qızı mərhumun arvadı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 isə mərhumun övladları olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsələridir. Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23 saylı cavab məktubundan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən İddiaçı1 Şəkaralı qızı, Cavabdeh3, X9 və X13 faktiki yaşadığı müəyyən edilmişdir. Bununla yanaşı iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 özləri də ataları vəfat etməzdən əvvəl həmin evi tərk etdiklərini bildirmişdirlər.Buradan məlum olur ki, həmin mübahisəli miras fərdi yaşayış evini mərhum X21 vəfat etdikdən sonra rəsmi nikahda olduğu arvadı İddiaçı1 Şəkaralı qızı və Cavabdeh3 faktiki olaraq qəbul edərək idarə etmişdir. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarından əvvəl, yəni 2021-ci il tarixdən yarandığından hazırki iş üzrə Mülki Məcəllənin həmin Qərarın qəbul olunmasına qədər qüvvədə olan 1246 və 1273-1ci maddələri tətbiq olunaraq iddia tələbi ddiaçı İddiaçı1 Şəkaralı qızına münasibətdə qismən təmin olunmalı, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Bərdə rayon Texniki İnventar Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi verilmişdir və həmin vəsiqə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasıdır. Buna görə də iddia fərdi yaşayış evinə münasibətdə təmin olunmalıdır. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün sənəd olmadığından vərəsəlik hüququ torpaq sahəsinə münasibətdə təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, X2 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 117,33 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə İddiaçı1 Şəkaralı qızı və Cavabdeh3 hər birinin 1/2 hissədə vərəsəlik payı müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 Şəkaralı qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia tələbi qismən təmin edilsin. X2 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 117,33 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə İddiaçı1 Şəkaralı qızı və Cavabdeh3 hər birinin 1/2 hissədə vərəsəlik payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı1 Şəkaralı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar