Məhkəmə qərarları › İş №2(021)-3492/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3492/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3492/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın yaşayış evindən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh aid yuxarıda qeyd etdiyi cehiz əmlakların ona məxsus olan Bərdə rayonu, Nifçi kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu, Nifçi kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Bərdə rayonu, Nifçi kəndində ona məxsus olan fərdi yaşayış evi vardır və həmin evdə oğlu X16 ilə yaşayır. Fərdi yaşayış evi 0,23 hektar həyətyanı torpaq sahəsi üzərində tikilmişdir. Ev 1 mərtəbəlidir və 2 otaqdan ibarətdir. Lakin otağın biri hazır deyildir və yaşayış yoxdur. Onlar evin balkonunun bir hissəsini mətbəx, bir hissəsini isə qonaq otağı etmişlər. Cavabdeh oğlu X9 həyat yoldaşıdır. Belə ki, oğlu Aqil İbrahimov 13 oktyabr 2021-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Onların birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh Aqil İbrahimovla evlənəndə öz cehiz əşyalarını onun evində hazır olan otağa yığıb. Cavabdeh 08 mart 2022-ci il tarixdən otağın qapsını açarla bağlayıb, skoçla lentlədiyi üçün onun evində həmin otaqda hansı cehiz əşyaları olduğunu bilmir. Qeyd etmişdir ki, Cavabdeh 08 mart 2022-ci il tarixdən ata evinə çıxıb getmiş, gedərkən də otağın qapsını açarla bağlayıb, skoçla lentləmişdir. Hətta uşaq da onun ata evində doğulmuşdur. Cavabdeh Bərdə rayon Məhkəməsinə aliment tələbi ilə iddia ərizəsi vermiş və Bərdə rayon Məhkəməsinin 2(021)-2939\2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün aliment təyin edilmişdir. Hazırda tərəflər Bərdə rayon Məhkəməsinə nikahın pozulması haqqında iddia ərizəsi vermişlər və mülki iş məhkəmə baxışındadır. Cavabdeh uzun müddətdir evi tərk etməsinə və nikahın pozulması haqqında məhkəmədə mülki iş olmasına baxmayaraq öz cehiz əşyalarını onun evindən aparmamışdır. Lakin qeyd etdiyi kimi evi çox kiçik olduğuna görə evdə darısqallıq yaradır, öz əşyalarını qoymağa yer tapmır və sərbəst hərəkət edə bilmir. Onların yatmağa otaqları belə yoxdur, uzun müddətdir oğlu Aqil İbrahimovla birlikdə qonaq otağında yatmağa məcbur olmuşlar. Ancaq dəfələrlə cavabdehdən onun evində olan əşyalarını çıxarmasını xahiş və tələb etsə də onun haqlı tələbini yerinə yetirmir. Beləliklə də cavabdeh, onun mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozur. İlkin mediasiya sessiyasında iştirak etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X11 iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi X7 dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan 28904 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat məbləğində mediyasiya xərci ödəmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı – xx.xx.1956-cı il tarixdə Bərdə rayonu, Nifçi kəndində anadan olmuş, Bərdə rayonu, Nifçi kəndində yaşayır. AZE seriyalı, 17975326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 – xx.xx.1989-cu il tarixdə Bərdə rayonu, Nifçi kəndində anadan olmuş, Bərdə rayonu, Nifçi kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 aprel 2023-cü il tarixli, 220 nömrəli arayışdan görünür ki, X3 rayonu, Nifçi kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 aprel 2023-cü il tarixli, 224 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Nifçi kəndində yaşayır. İş materiallarında olan Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İMS-də iştirak edən tərəflər İddiaçı və Cavabdeh, prosesi davam etdirməyə razılıq verməyən tərəf İddiaçıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 iyun 2023-cü il tarixli, 405 nömrəli arayışdan görünür ki, Bərdə rayonu, Nifçi kəndində yerləşən İddiaçı adına qeyd edilmiş yaşayış evinin ümumi torpaq sahəsi 0.23 ha, yaşayış evinin tikinti altı sahəsi 0.03 ha, binadakı mənzillərin sayı 3, binanın mərtəbə sayı 1, tikildiyi il 1992, otaqların sayı 2-dir. O, həmin evdə X16 ilə birlikdə qalır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli aktdan görünür ki, aktı imzalayan şəxslər olan Bərdə rayonu, Nifçi kəndində yaşayanlar: İddiaçı, X17, X15 və X12 tərtib edirlər həmin aktı ondan ötrü ki, gəlini, yəni oğlu X1 arvadı Cavabdeh onun evindən çıxıb valideynlərinin evinə gedərkən öz cehiz əşyalarını evində keçmiş əri, oğlu X16 yaşadığı otağa yığıb, 08 mart 2021-ci il tarixdən otağın qapısını açarla bağlayıb, skoçla lentləmişdir. Cavabdeh həmin tarixdən valideynlərinin evində yaşayır və evdə həmin otağın qapısı açarla bağlı və skoçla lentlənmiş vəziyyətdədir. Ona görə evdə bağlı olan otaqda Cavabdeh məxsus hansı əşyalarının olmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 2939/2022 nömrəli qətnaməsindən görünür ki, iddiаnın qismən təmin edilməsi, xx.xx.2022ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cаvаbdeh X8 hər ay, bir uşağa 150 (yüz əlli) manat məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 50 manat saxlama xərci tutularaq iddiaçı Cavabdeh verilməsi, Aliment və uşağın 3 yaşına çatanadək saxlama xərcinin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 avqust 2022-ci il tarixdən müəyyən edilməsi, Qətnamə alimentin və uşağın saxlama xərcinin tutulması hissəsində dərhal icra olunması, Ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməsi, cavabdeh X8 50 mаnаt dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xİİİ-ЖГ № 319063 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 16 yanvar 1989-cu ildə doğulmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, AA*******, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh xx.xx.1992-ci il tarixdə Naftalan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan fotoşəkillərdən fərdi yaşayış evinin 1 otağı və skoçla lentlənmiş bağlı qapının olması görünür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh aid yuxarıda qeyd etdiyi cehiz əmlakların ona məxsus olan Bərdə rayonu, Nifçi kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının yaşadığı və istifadə hüququ əsasında məxsus olan fərdi yaşayış evini tərk etməsinə baxmayaraq oradan cehiz əmlaklarını və əşyalarını çıxarmaması iddiaçının sözügedən əmlaka olan hüquqlarının “şərti və qeyrisabit” xarakter almasına dəlalət edir. Cavabdehin əmlakının iddiaçının yaşayış evində qalması nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bərdə rayonu, Nifçi kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı istifadəsində olması, Cavabdeh həmin evdə yaşamaması, lakin ona məxsus cehiz əşyaların evdə qalması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilərək Bərdə rayonu, Nifçi kəndində yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əmlakı (əşyalar) çıxarılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediyasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh aid cehiz əmlakları (əşyalar) İddiaçı məxsus Bərdə rayonu, Nifçi kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediyasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar