Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-350/2025 18.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçılar İddiaçı13 və İddiaçı16 iştirakları ilə, İddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, Cavabdeh1, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Lənbəran Bələdiyyəsinə qarşı “örüş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, Cavabdeh1, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Lənbəran kənd ərazisindən onlara verilmiş kənd təsərrüfat təyinatlı bələdiyyə mülkiyyətinə aid 13.39 ha örüş sahəsinin 1 ha hissəsindən Cavabdeh2 çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlara Bərdə rayon Lənbaran kəndində yerləşən 13.39 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı bələdiyyə mülkiyyətinə aid örüş sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1 ha hissəsini Laçın rayonundan məcburi köçkün olan Cavabdeh2 qanunsuz yolla zəbt etmiş və onların torpaqdan istifadə etməsinə, heyvanlarını otarmağa maneçilik törədir. Hal-hazırda da həmin örüş sahəsindən istifadə edə bilmədikləri üçün heyvanlarını otara bilmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsinin 2(021)-3316/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, X1 və qeyrilərinin Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bərdə rayon Lənbəran kənd Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı13 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı16 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Digər iddiaçılara və üçüncü şəxs Bərdə rayon Lənbəran Bələdiyyəsinə məhkəmə icasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də digər iddiaçılar və bələdiyyənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri üçün hər hansı bir səbəbin olması barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməyini üzürsüz hesab etdiyindən və icraatı qəsdən yubandırdığından cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 bütün məhkəmə iclaslarında iştirak etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh2 məhkəməyə öz etiraz ərizəsini göndərərək, bildirmişdir ki, ona qarşı verilən iddia ilə razı deyil. Belə ki, xx.xx.2014 cü il tarixdə bu hallara uyğun şikayət verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)1353 saylı qətanaməsi ilə torpaqdan çıxarılmaya dair Bərdə rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir. Hesab edir ki, sözügedən torpaq iddiaçıların iddia etdiyi yer deyil, əgər həmin yerdirsə onda bu barədə məhkəmə qətaməsi vardır ona görə də bir işə iki dəfə baxıla bilməz. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı X10 iddiasını müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, onlara Bərdə rayon Lənbəran kəndində yerləşən 13.39 ha sahəsi kənd təsərrüfat təyinatlı bələdiyyə mülkiyyətinə aid örüş sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1 ha hissəsini Laçın rayonundan məcburi köçkün olan Cavabdeh2 qanunsuz yolla zəbt etmiş və onların heyvanlarını otarmağa maneə törədir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı10 iddiasını müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, mübahisə edilən torpaq sahəsi onların örüş yeri olub. Sovet hökümətinin vaxtında bu sahələr qoyun ferması olmuşdur. Cavabdehin qudası köçkün vaxtı onları burda yerləşdirmişdir. Cavabdeh həmin torpaq sahəsini qışda düşərgə kimi istifadə edir, yayda isə başqa yaxınlarına verirlər. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı8 iddiasını müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, 9 ha yer iki tirəyə baxır. Yer bölünən zaman Abdulla ilə Məhəmməd 5 hektarı götürmüşdür. 4 hektarın bir hektarın Elman istifadə edir, orada ev tikmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı13 iddiasını müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, Abdulla və Məhəmməd hal-hazırda 5 hektar torpaq sahəsindən istifadə edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs Lənbəran kənd bələdiyyəsinin sədri X4 bələdiyyəsinin xəritəsini təqdim edərək bildirmişdir ki, 13.39 ha Lənbəran kənd bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsidir. Həmin torpaq sahəsi 2 tirədə, Qırğıllı və Hüsynxanbağlı tirələrində yerləşir. Tirələrdən birinin sahəsi 6.32 ha, digərinin isə 7.07 ha-dır. Cavabdeh2 7.07 ha olan örüş torpaq sahəsinin 1.34 ha hissəsindən istifadə edir. Qaçqınlıq vaxtı o gəlib orada məskən salıb. Məcburi köçkün olduğuna görə ona heç nə deməmişdir. Elmanla heç bir müqavilə bağlanmayıb. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı8 xx.xx.1953-cü il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı15 xx.xx.1958-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 1******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı13 xx.xx.1957-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı14 xx.xx.1981-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı9 xx.xx.1964-cü il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1977-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı7 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı10 xx.xx.1978-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı11 xx.xx.1980-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı12 xx.xx.1978-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE № 08095761 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1956-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 484 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı8 Bərdə rayon Lənbəran kəndində yaşayır. İş materiallarına əlavə olunmuş vəkilin sorğusuna əsasən Bərdə rayon Lənbəran Bələdiyyəsi tərəfindən verilmiş 13 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, ki, Lənbəran kənd sakinlərinin müraciət etdiyi torpaq sahəsinin hansı mülkiyyətə və kateqoriyaya aid olması barədə Lənbəran bələdiyyəsi xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Katastır və Reyestr Publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunmuşdur. Sözü gedən ərazi 13.39 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı bələdiyyə mülkiyyətinə aid örüş sahəsidir. Hal-hazırda həmin sahədən Hüseynxanlı və Qırğıllı tirəsinin sakinləri örüş sahəsi kimi istifadə edirlər. İş materiallarına əlavə olunmuş Bərdə rayon Lənbəran Bələdiyyəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətini tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Lənbəran kəndində xəritədə göstərilən 13.39 ha torpaq sahəsi Lənbəran kəndinin qırğıllı və hüseynxanbağlı tirələrinə aid örüş otlaq sahəsidir. İş materiallarına əlavə olunmuş vəkilin sorğusuna əsasən Bərdə rayon Lənbəran Bələdiyyəsi tərəfindən verilmiş 11 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Bərdə rayon Lənbəran kəndində müvəqqəti məskunlaşmış məcburi köçkün X14 məskunlaşdığı 0.80 ha torpaq sahəsi Lənbəran Bələdiyyəsinin örüş sahəsidir. Həmin örüş sahəsi Lənbəran kəndinin qırğıllı və hüseynxanbağlı tirələrinin örüş sahəsinə aiddir. İş materiallarına əlavə olunmuş Bərdə rayon X5 rayonu Lənbəran kəndi ərazisində yerləşən torpaq sahəsinin hansı mülkiyyətə və hansı kateqoriyalı torpaq sahəsinə aid olması barədə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məktubə əlavə edilmiş Lənbəran bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən iki hissədən ibarət torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən Kənd təsərrüfatı təyinatlı bələdiiyyə mülkiyyətinə aid, şoran Örüş sahəsidir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1353/2014 saylı 29 avqust 2014-cü il tarixli qətnaməsinən görünür ki, iddiaçılar X11 və X2 cavabdehlər X6 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq onların Bərdə rayonu Lənbəran kəndi Kəngərli qəbiristanlığının yanında yerləşən 4,0 hektar örüş sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(02l)-862/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(02l)-862/2014 saylı qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin olunmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh məcbur köçkün olmaqla Bərə rayonu Lənbəran kəndində yerləşən 13.39 ha örüş sahəsinin 1 ha hissəsini zəbt edərək kənd camaatının həmin torpaq sahəsində istifadə etməsinə maneə törədir. Bu da iddiaçıların narazılığına səbəb olur. Belə ki, həmin torpaq sahəsi Lənbərən bələdiyyəsinə məxsusdur və örüş sahəsinə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu 2.1-ci bəndinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 7.2-ci bəndinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli qərarına əsasən məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. Yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərirlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, Cavabdeh1, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Lənbəran Bələdiyyəsinə qarşı “örüş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 Bərdə rayonu Lənbəran kəndində yerləşən 13.39 ha örüş sahəsinin 1 ha hissəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-350/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-350/2025
18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver