Məhkəmə qərarları › İş №2(021)-3516/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3516/2025

17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3516/2025 17.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim X10 оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi faktı” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1995-ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olması, atasının X7, anasının isə X6 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxx 1995-ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadajn olmuşdur. X2, anası isə X4r. Anadan olduğu zaman valideyinləri ona doğum haqqında şəhadətnamə almışlar. O həmin şəhadətnamə ilə orta məktəbə getmişdir. Lakin hu zamana qədər şəxsiyyət vəsiqəsi almamışdır. Naməlum səbəblərdən o doğum haqqında şəhadətnaməsini itirmiş və heç zaman bərpa etməmişdir. Hal-hazırda klinikada müalicə almaq istəir lakin ondan sənədlərinin hazırlanmasında vəsiqəsini tələb edirlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır..O, bununla bağlı Bərdə rauyon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ona bildirmişlər ki, doğum akt qeydi Qeydiyyat Şöbəsində olsa da lakin şəxsiyyət vəsiqəsi olmadığından məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən və özünü Ərizəçi kimi təqdim edən şəxs ərizənin məzmununa uyğun olaraq izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb, ərizəçinin ərizəsinə qiymət verib belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı və ərizəçi müvafiq iddia ilə Maraqlı şəxs rəsmi imtinasından yaşayış yeri üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə ki, ərizəçiyə məxsus doğum haqqında akt qeydi mövcuddur. Belə ki, iş materiallarında Bərdə Rayon Həsənqaya kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 1997-ci il tarixli, XX-JQ 489655 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 23 dekabr 1995-ci ildə anadan olmuş, X2, anası isə X6 olmaqla bu barədə doğum haqqında akt qedyləri kitabında 23 sentyabr 1997ci il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. Ərizəçi ərizəsində şəxsiyyət vəsiqəsi olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildiyini, buna görə də doğum akt qeydinin bərpa olunması tələbini irəli sürdüyünü bildirmişdir. Məhkəmə bu halla bağlı ərizəçinin nəzərinə çatdırır ki, MPM-in 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. İş materialında olan nikah haqqında şəhadətnamədən göründüyü kimi tərəflər arasında akt qeydində qeyd edilməklə rəsmi nikah bağlanmış və nikah haqqında şəhadətnamə verilmişdir. Belə olan halda nikah faktını müəyyən etməyə zərurət yoxdur. Belə olan halda ərizəçi inzibati orqan olan Maraqlı şəxs hərəkət və ya hərəkətsizliyindən Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Buna görə məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 9.1.-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, X3 rayon məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərkən 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəməklə ümumilikdə 100,40 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi faktı” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın (Qəbz nömrəsi: **********, büdcə təsnifat kodu********). Qərardadın icrası rüsumun geri qaytarılması hissəsində Bərdə rayon Maliyyə Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar