Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-356/2023 08.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, İddiaçı və vəkili X8 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxslər X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə regional “ASAN” Xidmət Mərkəzində notariat Ofisinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzrə alınmış xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə və Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və üçüncü şəxs X17 onun doğma bacılarıdır. X1, anaları isə X4r. X28 18 dekabr 2003-cü ildə, anası Şamama Məmmədova isə 20 oktyabr 2012-ci ildə vəfat etmişlər. Həyat yoldaşı vəfat etdikdən sonra o 3 övladı ilə birlikdə anasının xüsusi mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında 1987-ci ildə tikilmş 1 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 111,8 kv. metr, yaşayış sahəsi 44.2 kv. m olan fərdi yaşayış evində yaşamışdır. O və övladları həmin evdə qeydiyyatda olmuş və həmin ünvandan şəhər 1 saylı orta məktəbdə məktəbə getmişlər. 2006-cı ildə qızı ailə quran zaman maddi imkanızlıqdan həmin evdə olan bütün cehiz əşyalarını qızına cehiz vermişdir. Onun cehiz əmlaklarından yalnız bir ədəd sandıq qalmışdır. Anası vəfat edən günə kimi anası ilə birlikdə yaşamış, anasının bütün qayğılarını o çəkmiş, hətta anasının dəfn və yas mərasimini də o keçirmişdir. Anası vəfat edəndən sonra övladları Bakı şəhərindən ev almış, buna baxmayaraq o anasının evində yaşamağa davam etmişdir. Son illər səhhətində yaranmış problemlərlə əlaqədar olaraq tez-tez Bakı şəhərinə gedib gəlsə də anasının evində yaşamaqda davam etmişdir. Bir ay bundan qabaq Bakı şəhərindən qayıdan zaman cavabdeh bacısı Cavabdeh ona həmin evdə yaşamağa maneçilik törədərək həmin evin ona məxsus olduğunu bildirmişdir. Bunu ona hansı əsasla söylədiyini bildirdikdə ona məlum olmuşdur ki, bacısı anası vəfat etdikdən 2 ay sonra həmin evə qanunsuz olaraq xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış almışdır. Anası xəstə olduğu vaxt bacısı anasına baxmaq bəhanəsi ilə həmin evə gəlmiş, anası vəfat etdikdən sonra isə vaxt itirmədən həmin evi öz adına sənədləşdirmişdir. Halbuki, həmin evdə o yaşamış və evdən istifadə etmişdir. Bacısının onun xəbəri olmadan evi öz adına sənədləşdirməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbə olmuşdur. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X18 çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ailədə üç bacı olmuşlar. İddiaçı ailə qurduqdan sonra Bakı şəhərində yaşamışdır. İddiaçı xəstə olduğundan onun uşaqlarına da o baxmış, qızının cehizini də o vermişdir. Atası vəfat etdikdən sonra 11 il anasına o baxıb qulluq etmiş, anası vəfat edən zaman miras qalmış əmlakı o qəbul edib idarə etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər X9 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə regional “ASAN” Xidmət Mərkəzində notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, notariat ofisinin xüsusi notariusu məhkəmə iclasında iştirak etməməsinin üzürlü hesab edilərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxslər X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinn və Bərdə regional “ASAN” Xidmət Mərkəzində notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 10, mənzil 7-də qeydiyyatdadır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 3622 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X2 adına 29 fevral 1988-ci il tarixli, 429 saylı qeydiyyat vəsiqəsi ilə DTİ və MHQ idarəsində qeydə alınmışdır. xx.xx.2011-ci il tarixli, 2 V-147 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bərdə şəhəri, Nüşabə küçəsində mülkiyyətində 0,04 ha torpaq sahəsində yerləşən 1987-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 111,8 kv.metr, yaşayış sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evi X5 vərəsəlik edilmişdir. xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsilə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Fərdi yaşayış evi halhazırda Cavabdeh adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Bərdə Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, AZ- İ556711 nömrəli arayışdan görünür ki, X11 20 oktyabr 2012-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 12 noyabr 2012-ci il tarixli, 281 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, İNE910762 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1960-cı ildə anadan olmuş, atası X13, anası X11 olmaqla bu barədə doğum akt qeydləri kitabında 14 oktyabr 1960-cı il tarixli, 477 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, İNE837657 nömrəli arayışdan görünür ki, X14 07 yanvar 1957-ci ildə anadan olmuş, atası X13, anası X11 olmaqla bu barədə doğum akt qeydləri kitabında 26 fevral 1960-cı il tarixli 53 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, 5675 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 evdə yaşayır. Bərdə Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, AZ- İ556711 nömrəli arayışdan görünür ki, X11 20 oktyabr 2012-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 12 noyabr 2012-ci il tarixli, 281 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, AZ- İ074331 nömrəli arayışdan görünür ki, X10 18 dekabr 2003-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 23 dekabr 2003-cü il tarixli, 223 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 saylı reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 oktyabr 2012-ci ildə vəfat etmiş X3 vərəsəsi Bərdə şəhəri Nüşabə küçəsi ev 7 döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 29 iyun 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli **********68-10301 reyestr nömrəsindən çıxarışa əsasən ünvan 3 ünvanda mülkiyyətində olan 0,4 ha torpaq sahəsində yerləşən 1987-ci ildə tikilmiş 2 otaqlı, 111,3 kv.metr ümumi, 44,4 kv.metr yaşayış, 69.9 kv.metr yardımçı sahədən ibarət olan yaşayış evindən ibarətdir. Bərdə regional “ASAN” Xidmət Mərkəzində notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 05 dekabr 2012-ci il tarixli, 4-Ə2257 saylı reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 oktyabr 2012-ci ildə vəfat etmiş X3 vərəsəsi Bərdə şəhəri Nüşabə küçəsi ev 7 döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Bərdə rayon 013 filialında ******* nömrəli hesabda olan əmanət pulu və onun faizindən ibarətdir. İş materiallarında olan Bərdə Rayonu Zaqs Bürosu (Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş 14 dekabr 1960-cı il tarixli İ-İE295240 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X15 14 oktyabr 1960-cı il tarixdə nikah bağlamışlar. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 114 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Zaqs Bürosu (Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş 15 oktyabr 1960-cı il tarixli, İ-İE 910773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22 noyabr 1958-ci ildə anadan olmuş, atası X13, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 mülkiyyətində olmuş, Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 21 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh və üçüncü şəxslər X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə regional “ASAN” Xidmət Mərkəzində notariat Ofisinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzrə alınmış xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə və Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili iddianı müdafiə edərək təmin edilməsini, cavabdeh isə iddianı qəbul edilməyərək rədd edilməsini xahiş etmiş, iş üzrə üçüncü şəxs X17 və digər üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi müvafiq Çıxarışın verilməsinə əsas Bərdə rayon xüsusi notariusu tərəfindən təsdiq edilmiş 05 dekabr 2012-ci il tarixli, 4 Ə2257 saylı reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə olmuşdur. Həmin Şəhadətnamədə göstərilmişdir ki, 20 oktyabr 2012-ci ildə vəfat etmiş X3 vərəsəsi Bərdə şəhəri Nüşabə küçəsi ev 7 döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 29 iyun 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli **********68-10301 reyestr nömrəsindən çıxarışa əsasən ünvan 3 ünvanda mülkiyyətində olan 0,4 ha torpaq sahəsində yerləşən 1987-ci ildə tikilmiş 2 otaqlı, 111,3 kv. metr ümumi, 44,4 kv. metr yaşayış, 69.9 kv. metr yardımçı sahədən ibarət olan yaşayış evindən ibarətdir. Həmçinin, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşməklə X3 mülkiyyətində olmuş və onun vəfatından sonra miras qalmış fərdi yaşayış evi İddiaçı tərəfindən miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində qəbul edilməmiş, yaxud faktiki sahiblik və istifadə edilməmiş, bununla bağlı lazımi müddət ərzində notariusa mirasın qəbulu ilə bağlı ərizə verilməmiş, həmçinin mərhumə X3 mülkiyyətində olmuş və ondan miras qalmış Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşən fərdi yaşayış evi hazırda tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir və bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 21 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Göründüyü kimi cavabdehin mirası qəbul etməsi və mülkiyyət hüququ 13 dekabr 2012-ci ildə qeydiyyata alınmışdır. Lakin, əmlakın qeydiyyat tarixindən 10 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı hazırda anasından miras qalmış və hazırda cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsini tələb edir ki, bu da yolverilməzdir. Çünki, iddiaçı tərəfindən sənədlərin etibarsız hesab edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür. Həmçinin, iddiaçı mirasın açılması, yəni mərhumə Şamama Məmmədovanın ölümündən məlumatlı olsa da nə mirası qəbul etmiş, nə də mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir ki, bu da mülki qanunvericiliklə mirasın qəbulu üçün müddətin ötürülməsinə səbəb olmuşdur ki, bu hal da məhkəmə tərəfindən mirasın qəbulundan imtina kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Əqdlərin və sənədlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Lakin, hazırki işdə çıxarışın etibarsızlığını ehtiva edən hər hansı hal mövcud deyil. Eyni zamanda iddiaçı anasından mirası qalmış fərdi yaşayış evini qəbul və idarə etməmişdir və ya iddiasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iş materiallarında yalnız bir arayış iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığını göstərir ki, bu hal digər mötəbər sübutlarla təsdiq edilmir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh, üçüncü şəxslər X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə regional “ASAN” Xidmət Mərkəzində notariat Ofisinə qarşı “xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi » tələbinə dаir iddiası təmin edilməməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh, üçüncü şəxslər X9 , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-356/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-356/2023
08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver