Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3562/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X32 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış **-BC- *** dövlət qeydiyyat nişanlı VAZ-21063 markalı avtomobilin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, etibarnamə ilə idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ-21063 markalı avtomobil mərhum anası X5 məxsus olmuşdur. X11 xx.xx.2010-cu il tarixdə, anası X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Sözügedən avtomobilə aid sənədlər yəni, AB 469919 saylı qeydiyyat şəhadətnaməsi yanmışdır. Bu səbəbdən də DİN-nin 102 qaynar xətt xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. 23 mart 2022-ci ildə vəfat etmiş ünvan 1 ünvanında qeydiyyatda olmuş anası X2 qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bərdə regional "ASAN xidmət" mərkəzinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli, 2091/2023 saylı məktubla cavab verilmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə hilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsüz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək mərhum anası X2 miras qalmış VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və mirasın onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 göstərdi ki, ərizəçi qardaşıdır. X11 xx.xx.2010-cu il tarixdə, anası X12 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X18 mülkiyyətində VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobili etibarnamə əsasında qardaşı Ərizəçi idarə etmişdir. Anasının ölümündən sonra miras qalmış VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Ərizəçi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 göstərdi ki, ərizəçi qardaşıdır. X11 xx.xx.2010-cu ildə, anası X12 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. X18 mülkiyyətində VAZ- 21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobili etibarnamə əsasında qardaşı Ərizəçi idarə etmiş və ölümündən sonra miras əmlakı qardaşı Ərizəçi qəbul etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA Seriya ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1963-cü ildə Bərdə rayonunda anadan olmuşdur, ünvan 1-də qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli 1077- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X24 10 yanvar 2010-cu ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 fevral 2010-cu il tarixli 32 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli 1173- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X12 23 mart 2022-ci ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 aprel 2022ci il tarixli 397 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Yevlax RQİ və TBŞ-nin 23 avqust 2023-cü il tarixli 1447 nömrəli arayışından görünür ki, Ərizəçi etibarnamə ilə idarə etdiyi VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin AB 469919 saylı qeydiyyat şəhadətnaməsinin yanması barədə DİN-nin mərkəzi informasiya sistemində qeydiyyat aparılmışdır. X6 notarial qaydada təsdiq edilmiş 25 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum anası X12 23 mart 2022-ci il tarixdə vəfat etmiş və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nə də ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. X9 notarial qaydada təsdiq edilmiş 16 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, anası X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış əmlaklardan ona çatası paydan imtina edir. Bununla əlaqədar gələcəkdə məhkəmə orqanları qarşısında heç bir tələb və iddiası olmayacaq. X7 notarial qaydada təsdiq edilmiş 16 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, anası X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış əmlaklardan ona çatası paydan imtina edir. Bununla əlaqədar gələcəkdə məhkəmə orqanları qarşısında heç bir tələb və iddiası olmayacaq. X8 notarial qaydada təsdiq edilmiş 16 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, anası X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış əmlaklardan ona çatası paydan imtina edir. Bununla əlaqədar gələcəkdə məhkəmə orqanları qarşısında heç bir tələb və iddiası olmayacaq. X13 notarial qaydada təsdiq edilmiş 24 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum anası X12 23 mart 2022-ci il tarixdə vəfat etmiş və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nə də ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. X3 notarial qaydada təsdiq edilmiş 08 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum anası X12 23 mart 2022-ci il tarixdə vəfat etmiş və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nə də ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 12283 saylı məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan X20 xx.xx.2023cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsə stasionar müalicəyə qəbul olunmuşdur və hazırda müalicəsi davam edir. Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 2091/2023 saylı məktubdan görünür ki, Namiq Səfixanov 23 mart 2022-ci ildə vəfat etmiş ünvan 1 ünvanında qeydiyyatda olmuş anası X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, mirasın açıldığı gündən qanunla müəyyən edilmiş altı ay keçdiyindən mirasın qəbul edilməsi müddətinin uzadılması üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi izah olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X24 ilə X4 birgə nikahlarından Ərizəçi, X14, X17, X15, X16, X19, X10 və X20 adlı 8 uşaqları doğulmuşdur. VAZ-21063 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. Tofiq Səfixanov 10 yanvar 2010-cu ildə, Zərifə Səfixanova isə 23 mart 2022-ci ildə vəfat etmişlər. X1 miras qalmış VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Digər vərəsələr X14, X17, X15, X16, X19, X10 notarial qaydada təsdiq edilmiş ərizə verərək analarından miras qalmış əmlakdan onlara düşən paydan imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi X1 miras qalmış VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilməli və ərizəçinin X1 miras qalmış VAZ-21063 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobili miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X2 miras qalmış VAZ-21063 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilsin. X1 miras qalmış VAZ-21063 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-3562/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3562/2023
15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver