Məhkəmə qərarları › İş №2(021)-357/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-357/2022

24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-357/2022 24.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2021-ci il təvəllüdlü X3 doğum faktının, atasının X16 oğlu, anasının Ərizəçi qızı olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X16 oğlu ilə 22.09.2014-cü ildə rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 30 oktyabr 2021-ci il təvəllüdlü X8 adlı bir uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, ərizəsinin xahiş edir hissəsinin əlavə olaraq Bərdə şəhəri kimi başa düşülməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1996-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6809 saylı 10.11.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri H.Əliyev prospekti ev 112 A, mənzil 36 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 15987430 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 oğlu 01.08.1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri H.Əliyev prospekti ev 112 A, mənzil 36 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ № 991822 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 oğlu ilə Ərizəçi arasında Maraqlı şəxsndə 22.09.2014-cü il tarixdə 423 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X7 tərəfindən verilmiş 17.11.201-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş X17 tərəfindən verilmiş Ultrasəs Müayinəsi vərəqələrindən görünür ki, Ərizəçi 29.04.2021-ci il tarixdə 13-14 həftəlik, 06.07.2021-ci il tarixdə 23-24 həftəlik, 23.10.2021-ci il tarixdə 38-39 həftəlik hamilə olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş X16 oğlunun ərizəsindən görünür ki, uşağın atası olmasını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, Ərizəçi onun qızının eltisidir. X10 Əbülfəz Akif oğlu ilə ailəlidir. Onların birgə nikahlarından 30.10.2021-ci il təvəllüdü Yəhya adlı uşaqları vardır. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, Ərizəçi onun oğlu X16 oğlunun arvadıdır. Onların birgə nikahlarından 30.10.2021-ci il təvəllüdü Yəhya adlı uşaqları vardır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə X16 oğlu 22 sentyabr 2014-cü ildə rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 30 oktyabr 2021-ci il tarixdə Yəhya adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X8 oğlu 30 oktyabr 2021-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası Ərizəçi qızıdır. X3 doğum tarixinin 30 oktyabr 2021-ci il, doğum yerinin Bərdə rayonu olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X9, ana adı Ərizəçi qızı kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 doğum tarixinin 30 oktyabr 2021-ci il, doğum yerinin Bərdə rayonu olması faktı müəyyən edilsin. X3 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı X9, ana qarafasında ana adı Ərizəçi qızı kimi qeyd olunsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar