Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3578/2022 14.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 oktyabr 2022-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş X4 doğum faktının müəyyən olunmasına, atası X5, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, həyat toldaşı X5 ilə*0 may 20*8-ci ildə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründə 2 övladları anadan olmuşdur. Lakin başları qarışdığından 08 oktyabr 2022-ci il tarixdə Bərdə rayon Xanərəb kəndində anadan olmuş X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orda isə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Ərizəçi məhkəməyə ərizə göndərərək, körpə uşağı olduğuna görə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ərizəçi anasıdır. Qızı X* ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Onların iki uşağı olmuşdur. Lakin uşaqlardan 08 oktyabr 2022-ci ildə doğulmuş X6 doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 izahatında göstərdi ki, Ərizəçi bacısı qızıdır. X8 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, uşaqlarından Davuda doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE *7576020 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 27 avqust *967-ci ildə Laçın rayonunda doğulmuşdur, Laçın rayonu, Şamkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 087875 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*3 02 noyabr *976-cı ildə Laçın rayonunda doğulmuşdur, Laçın rayonu, Ərikli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx *992-ci ildə Ağdam rayonunda doğulmuşdur, Laçın rayonu Bozdağan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *5986595 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 29 iyul *990-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, X2 rayonu, Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi Laçın rayonu, Bozdağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X*2 Şəxsi tərəfindən verilmiş 3669 saylı ** oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi 08 oktyabr 2022-ci il tarixdə anadan olmuş oğlan uşağı Səmədov----------Bilurə oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ 260554 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə Ərizəçi *0 may 20*8-ci ildə 536 nömrəli akt qeydi ilə nikahlarını X25 Xidmət Mərkəzində qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan AZ-İV *06460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*0 30 aprel 20*8-ci ildə doğulmuşdur, atası X5, anası Ərizəçidır. İş materiallarında olan AA 384226 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan X5 tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, Ərizəçi ilə birgə nikahlarından doğulmuş X*4 ev şəraitində doğulduğundan ona doğum haqqında şəhadətnamə ala bilməyiblər, Davudun atası özüdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *0 oktyabr 2022-ci il tarixli, 6*6-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi X3 08 oktyabr 2022-ci il tarixdə oğlan övladının olması, atası X5, anası Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi 08 oktyabr 2022-ci il tarixdə oğlan övladının olması, atası X5, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3578/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3578/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver