Məhkəmə qərarları › İş №2(021)-3588/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3588/2022

07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3588/2022 07.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X* iclas katibliyi ilə, Ərizəçi Sevı̇ ncək qızının maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi şəxsı̇ n 7 saylı Bərdə Ərazi idarəsinə, Bərdə Regı̇ onal ASAN Xı̇ dmət mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Sevı̇ ncək qızı maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi şəxsı̇ n 7 saylı Bərdə Ərazi ı̇ darəsinə, Bərdə Regı̇ onal ASAN Xı̇ dmət mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 saylı 24 dekabr 202*-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20**-ci il 3* mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.*-259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, Ərizəçi Sevı̇ ncək qızının maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi şəxsı̇ n 7 saylı Bərdə Ərazi idarəsinə, Bərdə Regı̇ onal ASAN Xı̇ dmət mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Sevı̇ ncək qızının maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi şəxsı̇ n 7 saylı Bərdə Ərazi idarəsinə, Bərdə Regı̇ onal ASAN Xı̇ dmət mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsun. Qərardaddan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar