Məhkəmə qərarları › İş №2(021)-359/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-359/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-359/2021 26.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu iddiaçı HACİYEV SƏRVAN MİSİR OĞLU Cavabdeh1, HACİYEVA NARGİLƏ KAMANDAR, HACİYEV XƏQANİ MİSİR, HACİYEV MƏHƏMMƏD XƏQANİ, HACİYEVA NƏRGİZ XƏQANİ, HACİYEVA ALSU XƏQANİ qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı HACİYEV SƏRVAN MİSİR OĞLUCavabdeh1, HACİYEVA NARGİLƏ KAMANDAR, HACİYEV XƏQANİ MİSİR, HACİYEV MƏHƏMMƏD XƏQANİ, HACİYEVA NƏRGİZ XƏQANİ, HACİYEVA ALSU XƏQANİ oğluna qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ______ xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatda olduğu ünvan ______ ərazisinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı Cavabdeh1, HACİYEVA NARGİLƏ KAMANDAR, HACİYEV XƏQANİ MİSİR, HACİYEV MƏHƏMMƏD XƏQANİ, HACİYEVA NƏRGİZ XƏQANİ, HACİYEVA ALSU XƏQANİHACİYEV SƏRVAN MİSİR OĞLU iddia tələbi ilə çıxış etdiyi cavabdehin rəsmi qeydiyyatda olduğu ______ ərazisinə aid olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh1, HACİYEVA NARGİLƏ KAMANDAR, HACİYEV XƏQANİ MİSİR, HACİYEV MƏHƏMMƏD XƏQANİ, HACİYEVA NƏRGİZ XƏQANİ, HACİYEVA ALSU XƏQANİHACİYEV SƏRVAN MİSİR OĞLU mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar