Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-359/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X49 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qaynanası X3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi *24.9, yaşayış sahəsi 53.6, yardımçı sahəsi 7*.3 kv.m olan, bir mərtəbəli, iki otaqlı (həmçinin sonradan əlavə edilmiş bir otaq və bir mətbəxdən ibarət) fərdi yaşayış evinin və mərhum əri X8 VAZ-2*063 markalı, *985-ci il istehsalı olan, ** BJ *** dövlət qeydiyyat nişanlı minik vasitəsinin miras əmlakları kimi onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin ünvan 1 ünvanı olaraq müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qaynanası X3 onlara miras əmlak olaraq ünvan 2 ünvanında fərdi yaşayış evi qalmışdır. Mərhum qaynanası X*4 mərhum qaytanası X2* ilə *959-cu ildə ailə qurmuşdur. X2* 20 oktyabr *994-cü ildə vəfat etmişdir. X*4 isə *0 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahından dünyaya gələn 09 aprel *965-ci il təvəllüdlü X27 ilə o, *2 may *983-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Azər Məmmədov 27 noyabr 202*-ci il tarixdə vəfat edibdir və ondan da miras olaraq onlara VAZ-2*06 markalı, *985-ci il istehsalı olan, ** BJ *** dövlət qeydiyyat nişanlı minik vasitəsi miras qalmışdır. Həm mərhum qaynanasından qalan daşınmaz əmlaka dair mirasın qəbulu müddətini və həm də mərhum ərindən qalan nəqliyyat vasitəsinin miras əmlak kimi qəbulu müddətini ötürmüşdür. Buna səbəb ailə məişət problemləri ilə başının qarışması və hüquqi savadının olmaması, maddi imkanının bu məsələlər ilə məşğul olmaq üçün vəkil tutmaq üçün maliyyə vəsaitinin olmaması olmuşdur. Həm mərhum ərinin sağlığında, həm də onun vəfatından sonra da qaynanasından qalan daşınmaz əmlak mirasa da və ərinin ölümündən sonra ondan qalan nəqliyyat vasitəsinə də faktiki sahibliyi o, qəbul etmişdir. Həm mərhum qaynanasından, həm də mərhum ərindən sonra onlardan qalan miras əmlaklarına o, faktiki şəkildə qəbul edib, sahiblik etsə də, ancaq həmin mülkiyyətləri adına rəsmiləşdirə bilməmişdir. Miras əmlakın oun tərəfindən qəbul edilməsini mübahisələndirəcək heç kim yoxdur və miras əmlakların da adına rəsmiləşdirilməsinə də etiraz yoxdur. X49 xidmət mərkəzinin notariat kontorundan vərəsəlik şəhadətnaməsi almaq istəyərrəkən oradan ona verilmiş məktubla bildirilmişdir ki, miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müddət buraxılmışdır və işin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Mirasın qəbulu müddətini üzürsüz səbəbdən və altı aydan daha çox müddətə buraxdığı üçün mirasın vərəsə kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı ərizəylə müraciət etməli olmuşdur. Daha sonra ərizəçi X9 ərizəyə dəqiqləşmə verərək onun tərəfindən mərhum qaynanası X3 qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *24,9 yaşayış sahəsi, 53,6 yardımçı sahəsi 7*,3 kv.m. olan, bir mərtəbəli, iki otaqlı (həmçinin sonradan əlavə edilmiş bir otaq və bir mətbəxdən ibarət) fərdi yaşayış evinin və mərhum əri X8 miras qalmış VAZ-2*06 markalı,*985-ci il istehsaslı olan, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X49 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Ərizəçi qohumudur. Qaynanasından və həyat yoldaşından qalmış mirası neçə illərdir qəbul etmiş və idarə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*5 izahatında göstərmişdir ki, X*4 nənəsi, Ərizəçi isə mərhum dayıları X*0 həyat yoldaşıdır. O, mərhum nənəsindən ona miras qalmış paydan Ərizəçi xeyrinə imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında göstərmişdir ki, X*4 nənəsi, Ərizəçi isə mərhum dayıları X*0 həyat yoldaşıdır. O, mərhum nənəsindən ona miras qalmış paydan Ərizəçi xeyrinə imtina edir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *962-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 8*3689 nömrəli ölüm haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, X23 20 iyun 20*6-cı ildə ölmüşdür. İş materiallarında olan AC 9*9333 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinini surətindən müəyyən olunur ki, AZ 2*06 manrkalı, 22 BJ 78 dövlət nömrə nişanlı avtomobil X*0 adına qeyydiyyata alınmışdır. İş materiallarında olan XV-JQ 274853 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 09 aprel *965-ci ildə doğulmuşdur, atası X24, anası X**r. İş materiallarında olan AZ-İ 256874 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*6 *0 noyabr 2007-ci ildə ölmüşdür. İş materiallarında olan İİ-JQ 44069* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2* 20 oktyabr *994-cü ildə ölmüşdür. İş materiallarında olan İ-İE *027** nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 ilə X*2 07 fevral *959-cu ildə rəsmi nikah qeydiyyatdından keçməklə evlənmişlər. İş materiallarında olan V-JQ 35606* nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 ilə X4 *2 my *983-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan AZ-İİ 229356 nömrəli ölüm haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, X27 27 noyabr 202*-ci ildə ölmüşdür. İş materiallarında olan AZE 09302904 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur k, X2 *9 yanvar *958-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, H.Aslanov küçəsi ev *00 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE *3*97502 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*7 20 mart *963-cü ildə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 04647889 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 0* iyul *939-cu ildə Mirbəşir rayonunda doğulmuşdur, Bərdə şəhəri, Gəncə küçəsi ev 3* ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 58-52 nömrəli, *2 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X27 vəfat edənə kimi ünvan 9 ünvanında yaşayıb, vəfat edəndən sonra təsərrüfatında onunla birgə yaşayan ailə üzvləri arvadı X9, oğlu X29, oğlu X30 qalmışdır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 58-** nömrəli, *0 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X* şəhəri, Gəncə küçəsi 33 nömrəli evdə yaşayır. İş materiallarında olan X25 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Ərizəçi dayısı X*0 həyat yoldaşıdır, o, nənəsi X3 ona düşən paydan Ərizəçi xeyrinə imtina edir. İş materiallarında olan X*8 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Ərizəçi dayısı X*0 həyat yoldaşıdır, o, nənəsi X3 ona düşən paydan Ərizəçi xeyrinə imtina edir. İş materiallarında olan AZE *6276947 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*5 28 mart *998-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, M.Cəfəroov küçəsi ev *5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA 379**36 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 0* dekabr *994-cü ildə doğulmuşdur. İş materiallarında olan X49 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 25*0/2022 saylı, *0 oktyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhumə X6 miras qalmış Bərdə şəhəri Gəncə küçəssi 33 ünvanında fərdi yaşayış evi, mərhum X8 miras qalmış VAZ-2*06 markalı,*985-ci il istehsaslı olan, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin ev və avtomobil faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*3-2*4, 2*6-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum qaynanası X3 qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *24,9 yaşayış sahəsi, 53,6 yardımçı sahəsi 7*,3 kv.m. olan, bir mərtəbəli, iki otaqlı (həmçinin sonradan əlavə edilmiş bir otaq və bir mətbəxdən ibarət) fərdi yaşayış evinin və mərhum əri X8 miras qalmış VAZ-2*06 markalı,*985-ci il istehsaslı olan, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-359/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-359/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver