Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-360/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh Cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olmuş 04.10.2011-ci il təvəllüdlü X8 və 22.01.2019-cu il təvəllüdlü X9 adlı övladları ilə birlikdə Cavabdeh məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh faktiki nikaha daxil olmuş, nikahlarını 04.08.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 04.10.2011-ci il tarixdə X8 və 22.01.2019-cu il tarixdə isə X9 adlı övladları olmuşdur. Cavabdehlə bir müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamış və Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(021)-398/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hazırda valideyinlərinin yaşadığı evdə yaşayır. Həmin ev darısqal olduğundan bütün cehiz əşyaları cavabdehə məxsus evdə qaldığından gəlin köçdüyü evə köçüb orada yaşamaq istəyir. Cavabdeh isə onların yaşadığı evdən istifadə etməsinə, orada yaşamasına imkan vermir. Hesab edir ki, birgə nikahlarından olmuş 04.10.2011-ci il təvəllüdlü X8 və 22.01.2019-cu il təvəllüdlü X9 adlı övladları ilə birlikdə Cavabdeh məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2010-cu ildə iddiaçı ilə evlənmiş, nikahlarını 2011-ci ilin avqust ayında rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçı iki uşağını evdə qoyaraq evdən qaçıb getmişdir. İddiaçının köçmək istədiyi evdə kirayədə yaşamışlar. Həmin ev ona məxsus deyildir, qardaşı Elgünə məxsusdur. Onun adına heç bir ev yoxdur. İddiaçı ilə 2019-cu ilin iyul ayına kimi mübahisəli evdə yaşamışlar. İddiaçının köçmək istədiyi ev ona məxsus olmadığından iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X12 Cavabdeh göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli nikah akt qeydindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh və X3 04 avqust 2011-ci ildə 27 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli arayışdan və AA ******* Seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 04 oktyabr 2011-ci ildə Soltan və 22 yanvar 2019-cu ildə Dünyamin adlı uşaqları anadan olmuşdur. 04 oktyabr 2011-ci il təvəllüdlü X4 və 22 yanvar 2019-cu il təvəllüdlü X5 atası Cavabdehdur. İş materiallarında Bərdə Rayon Məhkəməsinin 2(021)-398/2020 saylı 16 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nikahın pozulması, uşaqların alınıb verilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nikahın pozulması və uşaqların himayədə saxlanılması tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında 04.08.2011-ci il tarixdə 27 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 14.08.2011-ci il təvəllüdlü X8 və 22.01.2019-cu il təvəllüdlü X9 ata Cavabdeh alınıb ana İddiaçı verilməsi, 14.08.2011-ci il təvəllüdlü X8 və 22.01.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının 14.08.2011-ci il təvəllüdlü X8 22.01.2019-cu il təvəllüdlü X5 ata Cavabdeh alınıb ana İddiaçı verildiyi tarixdən müəyyən edilməsi, İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nikahın pozulması, uşaqların alınıb verilməsi və aliment tələbinə dair iddia qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nikahın pozulması pozulması və uşaqların himayədə saxlanılması tələbinə dair iddia qalan hissədə təmin edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02291 saylı 19 noyabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh həqiqətən Bərdə rayon Körpüsındıran kəndində fərdi yaşayış evində yaşayır. Ev 1 mərtəbəli, 2 otaqlı, 48,0 kv.m ümumi sahədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********61 saylı 09 dekabr 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 1ində yaşayan Cavabdeh yaşadığı ev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində ilk dəfə, ********** saylı qeydiyyat nömrəsi ilə 04.12.2019-cu ildə X1 adına qeydiyyata alınmışdır. 07.12.2019-cu ildə 193334Ə002372 nömrəli bağışlama müqaviləsinə əsasən X10 adına Bərdə regional “ASAN xidmət” mərkəzində özgəninkişəldirilmişdir. 27.12.2019-cu ildə ********** saylı qeydiyyat nömrəsi ilə X10 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmış və hal hazırda onun mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində 0,27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,5 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X1 adına, fərdi yaşayış evinin yerləşdiyi 0,27 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X7, X17, X13, X18, Cavabdeh və X1 adına 04 dekabr 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 21 dekabr 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verənlər- X11, X7, X17, X13, Cavabdeh Bərdə rayonu, Körpüsındıran kəndində ümumi birgə mülkiyyət üzrə 0,27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 101,6 kv.m, yardımçı sahəsi 92,9 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) hədiyyə alan X10 mülkiyyətinə verir(lər): -Hədiyyə verən X11 (tam hissə, 194,5 kv.m, 4 otaq) hədiyyə alan X14: ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,27 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) hədiyyə alan X10 mülkiyyətinə verir: -Hədiyyə verənlər X11, X7, X17, X13 və Cavabdeh (tam hissə, 0,27 ha) hədiyyə alan X14. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində 0,27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 194,5 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X10 adına 27 dekabr 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2010-cu ildə Cavabdeh ilə evlənmiş, birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçı cavabdehlə ailə həyatı qurarkən cavabdehin yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi mülkiyyət hüququ əsasında əvvəlcə X1 adına olmuş, daha sonra isə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 bağışlanmışdır. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi hazırda mülkiyyət hüququ əsasında X10 adına qeydiyyata alınmışdır. ünvan 1ində, 0,27 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 194,5 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X10 adına olsa da iddiaçı iddia tələbini mülkiyyətçiyə qarşı deyil, həmin evdə yaşamış şəxsə qarşı qaldırmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1ində, 0,27 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 194,5 kv.m olan fərdi yaşayış evi bağışlama müqaviləsi əsasında X10 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlanma müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.2.-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.3.-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə hesab edir ki, iddiaçı ünvan 1ində yerləşən X10 mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçürülərkən tərəflər arasında yazılı razılaşma olmadığından, cavabdeh tərəf üzərinə hər hansı bir öhdəlik götürmədiyindən, həmçinin ünvan 1ində, 0,27 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 194,5 kv.m olan fərdi yaşayış evi bağışlama müqaviləsi əsasında X10 mülkiyyətinə verildiyindən və hazırkı iş üzrə cavabdeh iddia tələbi üzrə cavabdeh olmayan şəxs olduğundan iddiaçının uşaqları ilə birlikdə cavabdehin yaşadığı, ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olduğundan və mülkiyyətçinin evdən istifadə hüququnu məhdudlaşdırdığından iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-360/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-360/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver