Məhkəmə qərarları › İş №2(021)-363/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-363/2022

12.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-363/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq torpaqdan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bərdə rayon Uğurbəyli kəndində yerləşən Daşınmaz Əmlak Dövlət Reysteri Xidmətində **********06 saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0,1120 ha torpaq sahəsində olan tikilinin sökülməsinə, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq torpaqdan çıxarılmasına və hüquqi xidmətlərin aparılması üçün ödədiyi 500 (beş yüz ) manat pulun və məhkəmə xərci üçün ödədiyi 100 (yüz) manat dövlət rüsum pulunun alınıb ona verilməsinə dair qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Uğurbəyli kəndinin ərazisindən 0,1120 ha torpaq sahəsi onun mülkiyyətimdədir. Həmin torpaq sahəsi Daşınmaz Əmlak Dövlət Reysteri Xidmətində **********06 saylı çıxarışa əsasən xx.xx.2021-ci il tarixində onun adına rəsmiləşdirilərək tam şəkildə onun mülkiyyətinə verilmişdir. İki ay bundan əvvəl cavabdeh heç bir əsası olmadan qeyri-qanuni olaraq adı gedən torpaq sahəsində bünövrəli tikili tikərək zəbt etmişdir və həmin torpaq sahəsini yararsız vəziyyətə salmışdır. O, dəfələrlə cavabdehə bildirmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsində olan tikilini söksün və torpaq sahəsini əvvəlki vəziyyətinə gətirərək torpaqdan çıxsın,lakin cavdeh ona hədə-qorxu gələrək əmlakından çıxmayacağını bildirmişdir. O, cavbdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün Bərdə rayon Polis şöbəsinə müraciət etmişdir. Bərdə rayon Polis şöbəsində işə baxılararq mülki iş olduğu üçün məhkəməyə müraciət etməsi barədə arayış vermişdirlər. O, cavabdehin adigedən torpaq sahəsində tikdiyi tikintini sökərək torpağın əvvəlki vəziyyətinə gətirərək torpaqdan çıxarılmasını və cavbdehin qanunsuz hərəkətlərinə son qoyularaq gələcəkdə adıgedən torpaq sahəsinə heç bir maneələr yaratmamasını istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, tikilini o tikməyib ona kimin tikməsi ona bəlli deyil. İddianı tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 589 saylı xx.xx.2021ci il tarixli Arayışdan görünür ki, İddiaçı Tərtər rayon Mamırlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Uğurbəyli kəndində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” 0.1120 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AA№600516 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Uğurbəyli kəndində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” 0.1120 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Tərtər rayonu Mamırlı kəndində yaşayan İddiaçı Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndi ərazisində Bərdə rayon sakinindən 11 sot xüsusi torpaq sahəsi almasını, həmin torpaq sahəsinin X5 torpaq sahəsi ilə yanaşı olmasını, aldığı torpağın sərhəddini dəqiq müəyyən etmək üçün əmlak idarəsinə müraciət etməsini, orada ölçü aparılarkən aldığı torpağın 2 sotunda Alimin tikinti üçün bünövrə tökməsinin müəyyən olunmasını bildirmiş, araşdırma zamanı İddiaçı və Cavabdeh qanunsuz torpaq zəbt etmələri faktı toplanmış material üzrə təsdiq edilməmişdir. İddiaçı və Cavabdeh əməllərində Azərbaycan Resoublikasının CM-nin 188-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş “X7” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli 170 nömrəli müqavilədən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə 500 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-104 KOD 61023038 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Uğurbəyli kənd sakinləri X6, X1, X3, X4, X2 və Cavabdeh mülkiyyətinə 1.27 ha torpaq sahəsi verilmişir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydə qeyd olunur ki, cavabdehn iştirakı ilə cavabdehin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, Bərdə rayonu Şirvanlı təsərrüfatının Uğurbəyli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və Torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS) məlumat bazası ilə müqaisələndirildi. İddiaçı xüsusi mülkiyyətində olan **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmış Bərdə rayon Uğurbəyli kəndində yerləşən 0.1120 ha torpaq sahəsində Cavabdeh tərəfindən 85 kv.m (14.2 x 6) ölçüdə mişar daşından yarımçıq tikili inşa etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili TEKUİS-nə əsasən Torpağa mülkiyyət hüququna dair JN-104, KOD 61023038 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.27 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-ci maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Məhkəmə sadalanan hüquq normaların işin faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, həmin tikilinin cavabdeh tərəfindən tikilməsi müəyyən olunmadı. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu və hüquqi yardım üçün ödənilən 500 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq torpaqdan çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilən 500 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar